loading
Beynəlxalq Əlaqələr

Beynəlxalq Əlaqələr

BEYNƏLXAlQ ƏLAQƏLƏR

         Azərbaycan Kooperasiya Universitetinin (AKU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq elm-nəzəri və təhsilin problemlərinə həsr edimiş konfranslarda iştirakı, universitetə əcnəbi tələbələrin cəlb ediıməsini, Təhsil yarmarka və sərgilərində fəal iştirakı və digər istiqamətləri əhatə edir.

         AKU-nun xarici ölkə ali məktəbləri ilə əməkdaşlığı tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini, elmi konfransların və seminarların təşkilini, qarşılıqlı elmi-pedaqoji təcrübə mübadilsinin aparılmasını nəzərdə tutur.

         Son 5 il ərzində Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri, Türkiyə, İran və dünyanın 10-dan çox ölkəsinin 20-dək universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.

         Hal-hazırda Universitetimiz T.C. Antalya Universiteti, T.C. Geresin  Universiteti, Qazaxstanın Karaqanda Dövlət İqtisad Universiteti, Ukraynanın Xarkov Dövlət İaşə və Ticarət Universiteti, Xarkov Politexnik İnstitutu, Ukrayna Milli Meşətexniki Univesiteti (Lvov şəhəri), Poltava Ticarət və İqtisadiyyat Kooperasiya Universiteti,  Poltava Dövlət Aqrar Universiteti, RF.Dağıstan Təhsil və Mədəniyyət  Akademiyası, Moskva Maliyyə və Sənaye Universiteti, RF.Mahacqala Maliyyə və Hüquq İnstitutu, Dağıstan Dövlət Universiteti və digər ali məktəblərlə əməkdaşlıq edir. Hər il MDB ölkələrinin  Kooperasiya ali məktəblərində keçirilən beynəlxalq elmi konfranslarda 10-dan çox müəllim iştirak edir.

         Qarşılıqlı razılaşmaya əsasən gələn ildən başlayaraq AKU-nun tələbələri qeyd olunan tərəfdaş universitetlərdə bir semestrlik təhsil almaq imkanından istifadə edəcəklər. Tələbə və müəllimlərimiz xarici ölkə universitetlərinin yubiley tədbirlərində vaxtaşırı iştirak edir və maraqlı elmi məruzələrlə çıxış edirlər.

         Eyni zamanda nüəllimlərin təcrübə mübadiləsi ilə əlaqədar hazırlıq işləri davam etdirilir. Müəllimlərimz xarici ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Gürcüstan və Ukraynanın ali məktəblərində çalışan alimlərlə birgə elmi iş aparırlar.

         AKU MDB ölkələri Kooperasiya ali məktəb rektorları şurasının üzvüdür. Şura iclaslarında universitetin rəhbərliyi dam təmsil olunur.

AKU Türkiyənin Giresun Universiteti ilə sıx əlaqə saxlayır.

         Türkiyə, Rusiya və Avropa ölkələrinin qabaqcıl Universitetlərinin təcrübəsi daim öyrənilir. Universitetimiz yaxın illərdə xarici ölkələrlə birgə əməkdaşlıq sayəsində ikili diplom verlməsinin reallaşmasına nail olmaq əzmindədir.

 

Əlavə 2

AKU rektorunun 2015-ci il  03 iyun tarixli 93 nömrəli əmri ilə təsdiq edilmişdir

Əcnəbilərin Azərbaycan Kooperasiya Universitetinə qəbulu

QAYDALARI

1.Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil olması  Qaydaları”na, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2015-ci il 26 may tarixli 46-21-3077/17 nömrəli təlimati məktubuna, Rektorun 2015-ci il 03 iyun tarixli 93 nömrəli əmrinə və digər normativ-hüquqi  sənədlərə əsasən hazırlanmışdır.

1.2. Bu Qaydalar əcnəbilərin ali təhsilin bütün səviyyələri üzrə Azərbaycan Kooperasiya Universitetində təhsil almasına dair tələbləri müəyyən edir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir.

2. Əcnəbilərin  Azərbaycan  Kooperasiya  Universitetinə  qəbulu

2.1. Əcnəbilərin  Azərbaycan  Kooperasiya  Universitetində  əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu  Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə yanaşı, həm də aşağıdakı əsaslarla həyata keçirilir:

2.1.1. Azərbaycan Kooperasiya Universitetinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;

2.1.2. Azərbaycan Kooperasiya Universiteti ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanmış müqavilələr əsasında;

2.1.3. Azərbaycan Kooperasiya Universitetinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;

2.1.4. Azərbaycan Kooperasiya Universitetinin fiziki  şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;

2.2. Bu Qaydaların 2.1.1. – 2.1.4-cü yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Kooperasiya Universitetində təhsil almaq üçün müraciət edən əcnəbilər Universitetə aşağıdakı sənədləri təqdim etməlidirlər:

2.2.1. seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, Universitetin rektorunun adına ərizə (ərizə elektron formada da təqdim edilə biər);

2.2.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

2.2.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması  haqqında  arayış;

2.2.4.  etibarlı  sərhədkeçmə  sənədi;

2.2.5. 3x4 ölçüdə 6 ədəd fotoşəkil;

2.2.6. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

2.2.7. fəxri  təltiflər, sertifikatlar, dipıomlar və digər bu kimi cənədlərin surətləri (mövcud olduğu halda);

2.3. Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi  Azərbaycan  Kooperasiya  Universiteti tərəfindən yoxlanılır və     Universitetin  müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların AKU-ya qəbulu rəsmiləşdirilir.

2.4. Əcnəbilərin  Azərbaycan  Kooperasiya  Universitetinə qəbulu ilə  bağlı   Universitetdə qəbul və ixtisas üzrə müşahidə komissiyası yaradılır, müsahibə komissiyasının müsbət rəyi – qərarı  protokollaşdırılır  və  rektorun əmri ilə rəsmiləşdirir;

2.5. Aşağıdakı kateqoriyalardan olan əcnəbilər tədris dilini dəyişmədiyi halda, dil biliklərinin yoxlanılmasından azad olunurlar;

2.5.1. Azərbaycan Respublikasının  təhsil müəssisəsində  təhsil alıb növbəti təhsil  pilləsində  və ya  səviyyəsində  təhsil  almaq üçün müraciət edənlər;     

2.5.2.  Azərbaycan  Respublikasının qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları.

3.Əcnəbilərin  Azərbaycan  Kooperasiya  Universitetində

təhsilinin təşkili

3.1. Azərbaycan Kooperasiya Universitetində əcnəbilərin Azərbaycan  Respublikasının qanunvericiliyinə uyğun olaraq, kredit sistemi əsasında   Azərbaycan  Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramlarına müvafiq olaraq Universitet rektorunun tərəfindən təsdiq olunmuş tədris planları əsasında  həyata  keçirilir.

3.2.  Azərbaycan Kooperasiya Universitetində təhsil alan əcnəbilər  Azərbaycan  Respublikasının vətəndaşları  ilə  bərabər  “Təhsil haqqında” Azərbaycan  Respublikası   Qanununun 32-ci maddəsində nəxzərdə tutulmuş hüquqlara  malikdirlər. Əcnəbilər AKU-nun daxili nizam-intizam qaydalarına riayət etməlidirlər.

3.3.  Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş  “Ali həhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Kooperasiya Universitetinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu  beynəlxalq müqavilələr əsasında, habelə Azərbaycan Kooperasiya Universiteti ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

3.4. Əcnəbilərlə və ya onların təhsil haqqını ödəyən hüquqi və fiziki şəxslərlə  Universitet  arasında  müəyyən edilmiş  formada  müqavilə bağlanılır.

3.5. Bu Qaydaların 2.1.1-ci, 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində qeyd olunmuş fəaliyyətlər AKU tərəfindən Azərbaycan  Respublikasının Təhsil  Nazirliyini məlumatlandırmaqla həyata keçirilir.

3.6.  Azərbaycan Kooperasiya Universiteti təhsil alan  əcnəbilər barədə ildə bir dəfə  Azərbaycan  Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan  Respublikasının  Dövlət statistika Komitəsinə müəyyən edilmiş forma üzrə hesabat təqdim edir.

3.7. Azərbaycan Kooperasiya Universitetini  bitirən  əcnəbilərə  təhsil haqqında  dövlət  nümunəli  sənəd  verilir.

3.8. Əcnəbilərin bir təhsil proqramından və ya bir təhsil müəssisəsindən digərunə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması  məsələləri  Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş  “Ali həhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu bəndinə  əsasən  Azərbaycan  Respublikasının Təhsil  Nazirliyi  tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.

3.9. Azərbaycan  Kooperasiya  Universitetinin əcnəbi  tələbələri  və  məzunları  haqqında  məlumatlar  “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilir.

 

3.10. Azərbaycan  Kooperasiya  Universitetində  təhsil  alan əcnəbilər Universitetindən xaric edildikdə, bu barədə Azərbaycan  Respublikasının Təhsil Nazirliyinə və  Azərbaycan  Respublikasının  Dövlət Miqrasiya  Xidmətinə  məlumat verməlidir.

 

AZƏRBAYCAN KOOPERASIYA UNIVERSITETINƏ

ƏCNƏBILƏRIN QƏBULU

         Azərbaycan Kooperasiya Universitetinə (AKU) əcnəbilərin qəbulu  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 01 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na,  Azərbaycan Kooperasiya Universiteti rektorunun 2015-ci il 03 iyun tarixli 93 nömrəli əmri ilə təsdiq edilmiş “Əcnəbilərin Azərbaycan Kooperasiya Universitetinə qəbulu Qaydaları”na (əlavə 1) əsasən aparılır.

         Azərbaycan Kooperasiya Universitetində tədris aparılan ixtisaslar üzrə ali təhsil səviyyəsinin bakalavriat, magistratura və doktrantura (dissertantura) səviyyələrində Azərbaycan və rus bölmələri üzrə əcnəbi vətəndaşların qəbulu həyata keçirilir.

         Əcnəbilərin Universitetə qəbulu elektron formada da aparıla bilər. Əcnəbi şəxslər kabinet. AKU.edu.az. saytı vasitəsilə ixisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda müsahibəyə buraxılırlar.

         Universitetə qəbul olunan əcnəbilər barədə 3-gün müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verilir.

         Əcnəbi vətəndaşlar ölkəyə daxil olma və ölkədə yaşama ilə bağlı  ölkənin qanunvericilik haqqında mövcud “Qaydaları”na əməl etməlidirlər.

         Əcnəbilər  Universitetdə təhsil aldıqları müddətdə yaşayış yeri üzrə müvafiq Dövlət orqanlarında qeydiyyata düşməlidirlər.

         Əcnəbilərin Universitetə sənəd qəbulu hər il 01 iyun – 25 sentyabr tarixlərinədək aparılır.

         Əcnəbilərin Universitetə qəbulu mövcud “Qaydalar”ın 2.1.1-ci – 2.1.4.-cü bəndlərinin şərtlərinə uyğun olaraq həyata keçirilir:

2.1.1. Azərbaycan Kooperasiya Universitetinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;

  1. Azərbaycan Kooperasiya Universiteti ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanmış müqavilələr əsasında;

2.1.3. Azərbaycan Kooperasiya Universitetinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;

2.1.4. Azərbaycan Kooperasiya Universitetinin fiziki  şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;

Əcnəbi şəxslər AKU-ya qəbul olunmaq üçün mövcud “Qaydalar”ın 2.2.1.-ci– 2.2.7.-ci bəndlərində göstərilən sənədləri təqdim etməlidirlər.

2.2.1. seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, Universitetin rektorunun adına ərizə (ərizə elektron formada da təqdim edilə biər);

2.2.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

2.2.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması  haqqında  arayış;

2.2.4. etibarlı  sərhədkeçmə  sənədi; (xarici pasport)

  1. 3x4 ölçüdə 6 ədəd rəngli fotoşəkil;

2.2.6. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

2.2.7 fəxri  təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi cənədlərin surətləri (mövcud olduğu halda);

Əcnəbi şəxslərin Universitetə qəbulu aşağıdakı prosedur qaydalara uyğun olaraq aparılır.

2.3. Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi  Azərbaycan  Kooperasiya  Universiteti tərəfindən yoxlanılır və     Universitetin  müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların AKU-ya qəbulu rəsmiləşdirilir.

2.4. Əcnəbilərin  Azərbaycan  Kooperasiya  Universitetinə qəbulu ilə  bağlı   Universitetdə qəbul və ixtisas üzrə “Müsahibə komissiyası” yaradılır, müsahibə komissiyasının müsbət rəyi – qərarı  protokollaşdırılır  və  rektorun əmri ilə rəsmiləşdirir;

  1. Aşağıdakı kateqoriyalardan olan əcnəbilər tədris dilini dəyişmədiyi halda, dil biliklərinin yoxlanılmasından azad olunurlar;

 

Əcnəbilərin Azərbaycan Kooperasiya Universitetində təhsilinin təşkili mövcud “Qaydalar”ın 3-cü bəndi ilə müəyyən edilir.

Azərbaycan Kooperasiya Universitetinə əcnəbilərin qəbulu aşağıdakı təhsil proqramları (ixtisaslar) üzrə həyata keçirilir. (əlavə 2,3)

Əlavə 2

Azərbaycan Kooperasiya Universitetinin bakalavriat

səviyyəsinə tələbə qəbulu

Sıra №

İxtisasın şifri

İxtisasın adı

 
 
 

1

2

3

 

1.

050203

Tərcümə (İngilis dili)

 

2.

050213

Beynəlxalq münasibətlər

 

3.

050401

Dünya iqtisadiyyatı

 

4.

050402

Mühasibat uçotu və audit

 

5.

050403

Maliyyə

 

6.

050404

İqtisadiyyat

 

7.

050405

Sənayenin təşkili və idarə olunması

 

8.

050406

Statistika

 

9.

050407

Menecment

 

10.

050408

Marketinq

 

11.

050409

Biznesin idarə edilməsi

 

12.

*050410

Dövlət və bələdiyyə idarəetməsi

 

13.

050411

Kommersiya

 

14.

050501

Riyaziyyat

 

15.

*050506

Coğrafiya

 

16.

050510

Ekologiya

 

17.

050631

Komputer mühəndisliyi

 

18.

*050642

Qida məhsulları mühəndisliyi

 

19.

050643

Çoxişlənən malların texnologiyası mühəndisliyi

 

20.

050644

İstehlak mallarının ekspertizası və marketinqi

 

21.

050647

Metrologiya,standartlaşdırma və sertifikasiya mühəndisliyi

 

22.

050701

Torpaqşünaslıq və aqrokimya

 

23.

050706

Aqromühəndislik

 

24.

050708

Meşəçilik

 

25.

050810

Turizm və otelçilik

 

 

Əlavə 3

Azərbaycan Kooperasiya Universitetinin magistratura

səviyyəsinə tələbə qəbulu

Sıra №-si

İxtisasın şifri

İxtisasın adı

İxtisaslaşma

 
 
 

1

060203

Tərcümə

Tərcümə (ingilis dili üzrə)

 

2

060401

Dünya iqtisadiyyatı

Beynəlxalq iqtisadi münasibətlər

 

Gömrük işi

 

3

060402

Mühasibat uçotu və audit

Xidmət sferasında  mühasibat uçotu və audit

 

4

060403

Maliyyə

Bank işi

 

Maliyyə bazarları

 

5

060404

İqtisadiyyat

İqtisadiyyatın hüquqi tənzimlənməsi

 

Aqrar sahənin iqtisadiyyatı

 

Turizmin iqtisadiyyatı

 

6

060405

Sənayenin təşkili və idarə edilməsi

Müəssisənin iqtisadiyyatı

 

İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi

 

7

060407

Menecment

Menecment (ticarət üzrə)

 

8

060408

Marketinq

Marketinq (ticarət üzrə)

 

9

060409

Biznesin idarə edilməsi

Biznesin təşkili və idarə edilməsi

 

10

060410

Dövlət və bələdiyyə idarəetməsi

Bələdiyyə menecmenti

 

11

060411

Kommersiya

Kommersiya fəaliyyəti

 

12

060501

Riyaziyyat

Riyazi analiz

 

13

*060506

Coğrafiya

İqtisadi və sosial coğrafiya

 

14

060510

Ekologiya

Aqrar sahədə ətraf mühitin mühafizəsi

 

15

*060642

Qida məhsulları mühəndisliyi

Bitki mənşəli qida məhsullarının emalı və texnologiyası

 

16

060643

Çoxişlənən malların texnologiyası mühəndisliyi

Tikiş məmulatlarının texnologiysı

 

17

060644

Istehlak mallarının eskpertizası və marketinqi

Ərzaq məhsullarının ekspertzası

 

18

060647

Metrologiya, standrtlaşdırma və sertifikasiya mühəndisliyi

Standartlaşdırma və sertifikatlaşdırma (sahələr üzrə)

 

 

 

 

Əcnəbi şəxslər üçün AKU-da təhsil haqqının illik məbləği təqribən bakalavr və magistratura səviyyəsinin teniki ixtisasları üçün 1800 dollar, iqtisadiyyat ixtisasları üçün 2000 dolar, digər ixtisaslar üçün 1800-2000 dollar arası dəyişilir.

 

Azərbaycan Kooperasiya Universitetinin ünvanı:

AZ1106, Bakı, Nəcəf Nərimanov 93

Tel; Faks: (+99412) 4361714

e-mail: mail@aku.edu.az

Beynəlxalq əlaqələr (prorektor)

Tel: (+99412) 562-98-75

Mob: (+994) 371-49-39

Məsul şəxs: Tahir Şükürov

 

 

 

 Əcnəbilərin AKU-ya qəbulu üçün tələb olunan

sənədlər

 

 

  • Rektorun adına ərizə
  • Orta  təhsil haqqında  sənədin (attestat və ya diplom) əsli
  • Orta təhsil haqqında sənədə əlavənin əsli
  • Xarici pasportun əsli və viza olan səhifənin surəti
  • Rəngli 6 ədəd fotoşəkil (3x4 ölçüdə)
  • Sağlamlıq haqqında arayış
  • Tibbi sığorta şəhadətnaməsi
  • Bakalair diplomu və diploma əlavənin əsli (magistraturaya qəbul

olunanlar üçün)

Qeyd: Bütün sənədlər Azərbaycan dilinə tərcümə olunmaqla notarial

qaydada  təsdiq edilməlidir.

 

Ali təhsil müəssisələrinə əcnəbilərin cəlbinin artırılması ilə bağlı təklif olunan fəaliyyət istiqamətləri üzrə Azərbaycan Kooperasiya Universitetində həyata keçirilən işlər barədə

Hesabat

        

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssissələrinə unvanlanmış 2016-cı il 01 fevral tarixli 46-21-654/17 nömrəli məktubda “Ali təhsil müəssisələrinə əcnəbilərin cəlbinin artırılması ilə bağlı təklif olunan fəaliyyət istiqamətləri” üzrə Universitetdə həyata keçirilən işlər barədə ildə iki dəfə Təhsil Nazirliyinə məlumat – hesabat təqdim olunması təklif edilmişdir.

Azərbaycanda İKT-nin surətli inkişafının hazırkı şəraitində təhsil müəsssisələrinin fəaliyyətinin İnternet üzərindən aktivləşdirilməsi və elektronlaşdırılması sahəsində təkmilləşdirmə, Universitetlərin özlərini təqdimetmə imkanlarının genişləndirilməsi, tələbələrin ödəniş haqlarının optimallaşdırılması  və  digər  məsələlərin  həlli  mühüm  əhəmiyyət  kəsb  edir.

Son illər Azərbaycandan xarici ölkələrin ali təhsil müəssisələrinə Azərbaycanlı gənclərin cəlb edilməsi prosesinə adekvat olaraq Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun “2015-ci ilin yekunları və qarşıda duran vəzifələr” haqqında keçirilmiş Kollegiya iclasında digər məsələlərlə yanaşı, əcnəbi vətəndaşların ölkəmizin təhsil müəssisələrinə daha çox cəlbinə nail olunmasına dair tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 01 may tarixli 125 nömrəli qərarı ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” təsdiq edilmişdir.

Bu Qərarın və Azərbaycan Respublikası Təhsil Nazirinin 2015-ci il 26 may tarixli 46-21-3077/17 nömrəli məktubunun icrası ilə əlaqədar Azərbaycan Kooperasiya Universitetinin rektoru özünün 03.06.2015-ci il tarixli 93 nömrəli əmrini imzalamışdır.

Əmrdə Universitetlə xarici ölkələrin təhsil müəssisələri, hüquqi və fiziki şəxslər arasında birbaşa bağlanmış müqavilə əsasında  ”Müsahibə Komissiyasının” qərarı ilə əcnəbilərin Universitetə qəbulu və təhsilin təşkili istiqamətlərinin həyata keçirilməsi aidiyyatı struktur bölmələrə tapşırılmışdır.

Rektorun 2015-ci il 03 iyun tarixli 93 nömrəli müvafiq əmri ilə “Əcnəbilərin Azərbyacan Kooperasiya Universitetinə qəbulu Qaydaları” təsdiq edilmiş, hər tədris ili üçün əcnəbilərin qəbulu məqsədilə Qəbul və müsahibə komissiyaları yaradılmış, qəbulun rəsmiləşdirilməsi (protokol formaları) prosedurları müəyyən edilmişdir.

I. İnternet üzərindən fəaliyyətin aktivləşdirilməsi

         Məlumdur ki, hər bir xarici ölkə vətəndaşı təhsil almaq niyyətində olduğu ölkə və təhsil müəssisəsi barədə internet vasitəsilə məlumat əldə etməyə çalışır.

         Bu məqsədlə Azərbaycan Koopereasiya Universitetində beynəlxalq əlaqələr, xüsusilə əcnəbi vətəndaşların Universitetdə təhsilə cəlb edilməsi üçün “İnternet – səhifə” qısa zamanda xeyli yenilənmişdir.

         Əcnəbi tələbə qəbulu ilə bağlı Universitetin internet səhifəsində ilk növbədə Azərbaycan  dilində  “əcnəbi tələbə qəbulu”  bölməsi yaradılmışdır.

         Yaxın vaxtlarda bu bölmənin rus və ingilis dillərində internet səhifəsi açılacaqdır.

         Universitetin internet səhifəsində “Əcnəbilərin Azərbaycan Kooperasiya Universitetinə  qəbulu Qaydaları“, “Müsahibə Komissiyası və protokol formaları”, “Ölkəyə daxil olma və ölkədə yaşama ilə bağlı qanunvericilik haqqında məlumatlar”, əcnəbilərin Unuversitetə qəbul şərtləri, təqdim ediləcək sənədlərin siyahısı, qəbul prosedurları barədə məlumatlar, təhsilin təşkili və təhsil proqramları barədə məlumatlar yerləşdirilmişdir.

Yuxarıda qeyd edilən məlumatların əks olunduğu “Yaddaş kitabçası”nın hazırlanması və internet cəhifədə yerləşdirilməsi prosesi başa çatmışdır. Əcnəbilərin Universitetdə təhsili ilə bağlı (Faceebok, twitter) ingilis dilində səhifələrin (qrupların) yaradılması və həmin səhifələr vasitəsilə tələbələrin suallarının mütəmadi olaraq cavablandırılmasına hazırlıq işləri gedir.

2.Fəaliyyətin elektronlaşdırılması sahəsində təkmilləşdirmə.

- Universitetdə əcnəbi tələbələrin elektron sənəd qəbuluna hazırlıq işləri aparılır. Cari dərs ilində bu proses tətbiq ediləcəkdir.

- Universitetin “İKT” bölməsi aidiyyatı strukturlarla işi  başa çatdırmaq üzrədir.

- Elektronlaşma işlərinə dəstək verilməsi məqsədilə Universitet tərəfindən tələbələrə aid məlumat bazası yaradılır.

    3.AKU-nun özünütəqdimetmə imkanlarının genişləndirilməsi.

- Beynəlxalq elmi konfrans, təhsil və karyera sərgilərində fəal iştirak etməklə, MDB ölkələri Kooperasiya ali məktəbləri, həmçinin Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin təhsil müəssisələrindəki Azərbaycanlı nümayəndə və tələbələrin  vasitəsilə  Universitet  haqqında  təbliğat  işləri  aparılır.

Hər il xarici ölkələrin ali məktəblərinin iştirakı ilə beynəlxalq təhsil və elmi konfransları keçirilir. Yalnız  bu ilin aprel-may ayı ərzində  Qazaxstan  Respublikasının  Karaqanda  Dövlət  İqtisad  Universiteti və T.C. Antalya Dövlət Universitetinin  nümayəndə heyəti Universitetimizin  qonağı olmuşdur. Burada hər iki ali məktəbin rəhbərliyi qarşısında  tələbə-müəllim mübadiləsi və əcnəbi tələbə qəbulu məsələsi müzakirə edilmiş və müvafiq müqavilə  imzalanmışdır.        

Beynəlxalq təhsil yarmarkalrı və sərgilərində iştiraka xüsusi əhəmiyyət veririk. Əcnəbi vətəndaşların Universitetdə təhsilə cəlb edilməsini stimullaşdırmaq məqsədilə təhsil haqqının müəyyən hissəsindən güzəştlər edilməsi barədə qarşılıqlı razılaşmalar vardır.

4.Tələbələrin yaşayış yeri ilə təminat məsələlərinin həlli.

- Universitetin yataqxana problemi həll olunanadək əcnəbi vətəndaşların Universitetə qəbulundan sonra onların digər ali məktəblərin yataqxanalarında və ya kirayə evlərdə yerləşdirmək imkanları barədə internet-səhifədə məlumat yerləşdiriləcəkdir.

Qeyd edək ki, mövcud “Qaydalar”ın tələblərinə uyğun olaraq  2015-ci  ilin avqustunda 1 nəfər Rusiya vətəndaşı Piriyev Nurlan Aftandil oğlu – bakalavriat səviyyəsində “Mühasibat uçotu və audit” ixtisası üzrə əyani şöbənin 1-ci kursuna qəbul olunmuşdur. Lakin müqavilə   öhdəliklərini pozduğuna və dərslərdə mütəmadi olaraq iştirak etmədiyinə görə rektorun 31.01.2017-ci il tarixli 12 nömrəli əmri ilə tələbələr sırasından xaric edilmişdir.

Bununla yanaşı, Universitetin doktoranturasında 2014-cü ilin dekabrında – 53.08.01 – “Ümumi  iqtisadiyyat” ixtisasına qəbul olunmuş Kamerun Respublikasının vətəndaşı  Ali  Khinda   Antoinette  təhsil  alır. Təhsil müddəti 2017-ci ilin 01 dekabrında başa çatacaqdır.

Hər iki əcnəbi tələbə və doktorant barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə məlumat verilmişdir.

Hal-hazırda, AKU-ya əcnəbilərin cəlbinin artırılması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklif olunan fəaliyyət istiqamətləri üzrə işlər davam etdirilir.

 

 

          Rektor                                       prof. Eldar Quliyev                  

 

           

BEYNƏLXAQ ƏLAQƏLƏR



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz