Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
Əmrlər

Əmrlər

Əmr №3

Universitetdə 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası üçün imtahan qərargahının yaradılması və Apelyasiya komissiyasının təşkili haqqında

Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2018-ci il 14 may tarixli F-354 nömrəli əmrinin müvafiq bəndlərinə uyğun olaraq

Ə M R   E D İ R Ə M 

1. 2017/2018–ci tədris ili yaz semestrinin yay imtahan sеssiyasının keçirilməsində və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə Universitetdə İmtahan qərargahı və aşağıdakı tərkibdə Apellyasiya komissiyası yaradılsın:

1.1. dos.F.V.Quliyev – Tədris işləri üzrə prorektor – İmtahan qərargahı və Apellyasiya komissiyasının sədri.

1.2. dos.A.Z.Mirzəməmmədov – Tədris şöbəsinin müdiri, üzv

1.3. Z.C.Nazıyev – Daxili nəzarət xidmətinin rəhbəri, üzv

1.4. Müvafiq fakültə dekanları və kafedraların müdirləri, üzv

2.Tapşırılsın İmtahan qərargahı və Apelyasiya komissiyanın sədrinə (dos.F.V.Quliyevə) ki, Tədris şöbəsi (A.Z.Mirzəməmmədov) və Daxili nəzarət xidmətinin rəhbəri (Z.C.Nazıyev) ilə birlikdə:

2.1. imtahanların aparılmasında şəffaflığa, nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə AKU – TV imkanlarından istifadəni, fənni tədris edən müəllimlərlə birlikdə həmin fənn üzrə mütəxəssis olmayan 2 nəfər nəzarətçinin iştirakını təmin etsin;

2.2. imtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrin cavab blanklarının kodlaşdırılmasını və fənni tədris edən müəllim tərəfindən imtahan qərargahında yoxlanılaraq qiymətləndirilməsini təmin etsin;

2.3. imtahan qərargahı və Apelyasiya komissiyasının üzvləri arasında vəzifə bölgüsünü, nəzarətçilərin iştirakını və onların məsuliyyətini müəyyən etsin.

3. İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında yazılı formada aparılsın.

4. “İKT” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.V.Quliyevə) həvalə edilsin.

Əsas: “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2018-ci il 14 may tarixli F-354 nömrəli əmri və Rektorun göstərişi.

Əmr №2

2017/2018-ci tədris ili yaz semestrinin imtahan sessiyası üçün fakültələr üzrə Apelyasiya komissiyalarının yaradılması haqqında

Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2018-ci il 14 may tarixli F-354 nömrəli əmrinin müvafiq bəndlərini və Rektoryanı şuranın qərarını əsas tutaraq 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının mütəşəkkil keçirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə

Ə M R   E D İ R Ə M

1. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanların gedişində baş verə biləcək münaqişələri aradan qaldırmaq məqsədilə fakültə dekanlarının sədrliyi ilə fakültələr üzrə Apelyasiya komissiyaları yaradılsın və onların tərkibi təsdiq edilsin.(əlavə edilir)

2. Tələbə biliyinin qiymətləndirilməsindən və ya topladığı baldan razı qalmadığı halda həmən gün fakültə üzrə Apelyasiya komissiyasının sədrinə, zərurət olduqda isə Universitet üzrə imtahan qərargahı və Apelyasiya komissiyasının sədrinə (dos.F.Quliyevə) əsaslandırılmış ərizə ilə müraciət edə bilər.

3. Tələbənin müraciəti əsaslı olduqda Apelyasiya komissiyasının sədrinə tələbənin cavab blankının yenidən yoxlanmasını təşkil etməklə ilkin yoxlamanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir.

4. Tapşırılsın Universitet üzrə İmtahan qərargahı və Apelyasiya komissiyasına sədrinə (dos F.V.Quliyevə) ki, imtahanlarda obyektivliyi, şəffaflığı və tələbə müraciətlərinə operativliyi, eyni zamanda imtahanların gedişinin AKU-TV vasitəsilə çəkilişini və yayımını təmin etsin.

5. Tapşırılsın tədris şöbəsinə (dos.A.Z.Mirzəməmmədova), fakültə dekanlarına və İKT sektoruna (S.Ramazanova) ki, bu əmrlə tələbələri tanış etsinlər və əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsinlər.

6. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.V.Quliyevə) həvalə edilsin.

Əsas: 2017/2018-ci tədris ili ikinci yarımilin başa çatması haqqında Rektorun 2018-ci il 24 aprel tarixli 65 nömrəli əmri və fakültə dekanlarının məlumatı.

Əmr №1

 

Azərbaycan Kooperasiya Universitetində 2017/2018 - ci tədris ili yaz semestri imtahan sessiyasının təşkili və keçirilməsi haqqında

Azərbaycan Kooperasiya Universitetində 2017/2018–ci tədris ilinin yaz semestrinin imtahan sеssiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə” 2018–ci il 14 may tarixli F- 354 nömrəli əmrini rəhbər tutaraq

Ə M R   E D İ R Ə M

1. Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” 2018–ci il 14 may tarixli F- 354 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2. Tədris işləri üzrə prorektor (dos. F.Quliyev – məsul şəxs), Tədris şöbəsinin müdiri (A.Mirzəməmmədov), Daxili nəzarət xidmətinin rəhbəri (Z.C.Nazıyev), müvafiq fakültə dekanları və kafedra müdirləri;

2.1. İmtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

2.2. Universitet üzrə, eləcə də ayrı – ayrı fakültələrdə İmtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər;

2.3. İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

2.4. İmtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar;

2.5. Nəzərə alsınlar ki, Universitetdə və rəhbərlik etdikləri fakültə, kafedra və aidiyyəti sahələrdə baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.

3.Tədris işləri üzrə prorektora (dos.F.Quliyev),rektorun müşavirinə (Q.Allahverdiyevə), tədris şöbəsinin müdirinə (dos.A.Mirzəməmmədov) və Daxili nəzarət xidmətinin rəhbərinə (Z.Nazıyevə) tapşırılsın:

3.1. Universitetdə imtahanların gedişinin monitorinqini və AKU-TV vasitəsilə yayımını təşkil etsinlər.(S.Ə.Ramazanov, İKT bölməsi-məsul şəxs);

3.2. İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində Universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Rektoru və Təhsil Nazirliyini məlumatlandırsınlar;

3.3. Fakültələrdə yaz semestrinin imtahan sеssiyasının nəticələrini təhlil edib müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsinlər.

3.4.Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyev) ki, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Universitetin rektoruna və Təhsil Nazirliyinə yekun hesabat hazırlanmasını təmin etsin.

4. Tədris şöbəsi (A.Mirzəməmmədov), mətbuat xidməti (T.Əkbərov) və “İKT” sektoru (S.Ramazanov) Təhsil Nazirliyinin (“Qaynar xətt xidməti, telefon:146)” və Universitetin (“Qaynar xətt” xidməti tel : 5628517) “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sеssiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və KİV-ə müntəzəm olaraq məlumat verilməsini təmin etsinlər.

5. “İnformasiya və kommunikasiya texnologiyaları” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət Ümumi işlər üzrə prorektora (T.Şükürova) həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2018-ci il 14 may tarixli F-354 nömrəli əmri.