• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
Təkrar Ali Təhsil

Təkrar Ali Təhsil

 

2018/2019-cu tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün tələbə qəbulu

ELAN EDİR

1. Dünya iqtisadiyyatı (əyani, qiyabi)

2. Mühasibat uçotu və audit (əyani, qiyabi)

3. Maliyyə (əyani, qiyabi)

4. İqtisadiyyat (əyani, qiyabi)

5. Sənayenin təşkili və idarə olunması (əyani)

6. Menecment (əyani)

7. Marketinq (əyani)

8. Biznesin idarə edilməsi (əyani)

9. Dövlət və bələdiyyə idarəetməsi (əyani)

10. Kommersiya (əyani, qiyabi)

11. Coğrafiya (əyani)

12. Ekologiya (əyani)

13. Turizm və otelçilik (əyani)

14. Tərcümə (əyani)

Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Kooperasiya Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavr səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla müvafiq təhsil proqramları əsasında aparılır.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.

- Rektorun adına ərizə;

- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

QEYD: Sənədlər iyun ayının 1-dən avqust ayının 30-dək (istirahət günlərindən başqa) saat 10:00-dan 17:00-dək əsas binada (205 saylı otaqda) qəbul edilir. Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər, müqavilə yolu ilə təkrar ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil Azərbaycan və rus dillərindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir. Təhsil əyani və qiyabi formada təşkil olunur.

Ünvan: Nəcəf Nərimanov küçəsi 93, AZ1106 Telefon: (012) 561-29-72