Doktorantura ŞÖBƏSİ
Şöbə müdiri

Məmmədova Samirə Yaşar qızı – Azərbaycan Kooperasiya Universitetinin Doktorantura şöbəsinin müdiri
26 yanvar 1964-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-ci ildə Azərbaycan Neft və Kimya İnistutunun “İqtisadiyyat” fakultəsini bitirmişdir. 1988-2002-ci illərdə Azərenerji SC aparıcı mühəndis vəzifəsində işləmişdir. 2004-2010-ci illərdə Azərbaycan Kooperasiya Universitetində metodist vəzifəsində işləmişdir. 2011-2021ci illərdə b/müəllim böyük metodist, vəzifələrində işləmişdir. 2009-ci ildə AMEA İİ “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə dissertasiya müdafiyə etmiş və iqtisadiyyat üzrə fəlsəfə doktoru adını almışdır. Hal-hazırda Azərbaycan Kooperasiya Universitetinin “Doktorantura” şöbəsinin müdiridir. “Marketinq” kafedrasının dosentidir.
1 dərslik, 2 metodiki vəsaitin, 22 məqalə və tezislərin müəllifidir.
Ailəlidir və iki övladı var.
Şöbə Haqqında
Azərbaycan Respublikası Dövlət Elm və Texniki Komitəsinin 17 sentyabr 2001-ci il tarixli 2 saylı qərarı ilə Azərbaycan Kooperasiya Universitetində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması üçün Aspirantura yaradılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 iyul 2010-cu il 129 saylı qərarına əsasən universitetdə doktorantura fəaliyyət göstərir. Həmin qərara əsasən:
– Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir;
– Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.
– Doktoranturada təhsilini həyata keçirən ali təhsil müəssisələri, elmi təşkilatlar, elmi və elmi-pedaqoji kadr hazırlığı dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.
– Doktoranturada təhsil ödənişsiz və ya ödənişli əsaslarla həyata keçirilir.
– Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
– Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. Universitetdə aşağıdakı ixtisaslar üzrə yüksək ixtisaslı elmi-pedaqoji kadrlar hazırlanır.
Fəlsəfə doktoru proqramı hazırlığı üzrə:
5301.01 – Daxili fiskal siyasət və dövlət maliyyəsi
5302.01 – Ekonometriya; iqtisadi statistika
5303.01 – Mühasibat uçotu
5304.01 – İqtisadi fəaliyyət növləri
5308.01 – Ümumi iqtisadiyyat
5310.01 – Dünya iqtisadiyyatı
5311.01 – Müəssisələrin təşkili və idarə olunması
5312.01 – Sahə iqtisadiyyatı
Elmlər doktoru proqramı hazırlığı üzrə:
5308.01 – Ümumi iqtisadiyyat
5312.01-Sahə iqtisadiyyatı
