Məmməd Allahverdi oğlu Nəbiyev – Azərbaycan Kooperasiya Universitetinin Dünya İqtisadiyyatı və Kommersiya fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent.

Nəbiyev Məmməd Allahverdi oğlu Ermənistan Respublikası Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. 1968-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnistitunun Coğrafiya fakültəsinə daxil olmuş, 1973-cü ildə oranı bitirmişdir.

2009-cu ildə Aqrar sahənin dövlət tənzimlənməsinin regional problemlərimövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi dərəcəsini almışdır. 2005-ci ildən Azərbaycan Kooperasiya Universitetində işləyir.Daha öncə Gömrük İşinin Təşkilikafedrasında b/m vəzifəsində işləyib. Hal hazırda Dünya İqtisadiyyatı və Kommersiyafakültəsinin dekanıdır. O, 1 monoqrafiyanın, 13 məqalənin və 1 proqramın müəllifidir. Ailəlidir, üç övladı var.

Fakültəyə ümumi rəhbərlik dekanın sədrlik etdiyi fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurası fakültədə mütəxəssis hazırlığını, fakültədə yerinə yetirilən Elmi tədqiqat işlərini və kafedraların maddi-texniki təminatı məsələlərini, tədris planlarını və proqramlarını, tədris- metodiki və elmi-tədqiqat işləri haqqında hesabatları, kafedraların iş planlarını, tədris və istehsalat təcrübələrinin yekunlarını, tələbələrin elmi tədqiqat işlərinin vəziyyətini müzakirə edir. Fakültə ABŞ-ın Şimali Dakota Dövlət Universiteti ilə əməkdaşlıq edir. Dünya iqtisadiyyatı və kommersiya fakültəsinin dekanlığında dekan, dekan müavini, metodist, metodist-tyutor və 2 operator çalışır. Dekan fakültədə tədris – tərbiyə işlərinə və elmi – tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir, tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların elmi fəaliyyəti üçün şərait yaradır, imtahan prosesinin obyektiv, şəffaf və mövcud tələblərə uyğun keçirilməsinə məsuliyyət daşıyır. Fakültədə çalışan professor-müəllim heyətinin ixtisasının artırılması və konfransların keçirilməsinə, fakültədə olan bütün tədris-köməkçi heyətinin işinə nəzarət edir.

Fakültədə təhsil alan tələbələrin sayı: 235

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 51(49müəllim elmlər namizədi, dosent; 2 müəllim professor)

Fakültə üzrə illik dərs yükü: 7273 saat.

050401 – Dünya iqtisadiyyatı

050411 – Kommersiya

“Dünya iqtisadiyyatı kafedrası”

“İnformatika və iqtisadi informatika sistemləri kafedrası”

“Kommersiya kafedrası”

“Xarici dillər kafedrası”

VI mərtəbə, otaq 614.

Close Menu