Əmtəəşünaslıq və Ekspertiza kafedrası
Kafedra müdiri
Vilayət Abbas oğlu Əliyev – Azərbaycan Kooperasiya Universitetinin Əmtəəşünaslıq və Ekspertiza kafedrasının müdiri, texniki elmləri namizədi, professor.
V.A.Əliyev 1965-ci ildə C.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Ərzaq malları əmtəəşünaslığı və ticarətinin təşkili ixtisasını bitirib, ali əmtəəşünas ixtisasını almışdır. 1965-1969-cu illərdə mağaza müdiri, təsərrüfat hesablı mağazanın direktoru, qarışıq mal ticarət idarəsinin baş əmtəəşünası işləmişdir. 1969-cu ildən 1980-ci ilə qədər Bakı Sovet Ticarət Texnikumunda müəllim işləmişdir. 1980 ci ildə Moskva Kooperativ İnstitutunda Balıq və onun emalı məhsullarının tədqiqatı mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1980-ci ildən Moskva Kooperativ İnstitutunun Bakı filialına köçürülmüşdür. Bu filialda assisent, baş müəllim, dosent və 1995-ci ildən professor vəzifəsində çalışır. Professorun işlədiyi müddətdə yalnız öz ixtisasına aid 204 elmi məqaləsi, 37 proqramı, 4 braşurası, 1 monoqrafiyası, 2 patenti, 4 dərsliyi, dərsliyin biri Türkiyədə çap edilmişdir. Professor Türkiyənin 5 universitetində Malatyanın İnönü, İzmirin Ege, Qaziantep, Elazığ və Konya Universitetlərində bir müddət mühazirələr oxumuş, Türkiyənin Qaziantep Universitetində, ABŞ-ın Hyuston Universitetində, İranın Rəşt şəhərində Beynəlxalq Balıq Texnologiyaları İnstitutunda beynəlxalq konqresdə, beynəlxalaq universitetlərində çıxış etmişdir. V.A.Əliyev geniş içtimai işlərlə uzun müddət MM-də Aqrar Sahənin işçi qrupun, Təhsil sahəsində işçi qrupun, Azərbaycan Respublikası Təhsil Nazirliyində metod şuranın üzvü, 1997-ci ildən Nəcəf Nərimanov ərazi YAP təşkilatının sədri, Kooperastiv Universitetində Heydər Əliyev məktəbinin rəhbəridir. Professor müntəzəm Respublika, Azərbaycan qəzetlərində çıxış edir. Vilayət müəllimin çox sayda fəxri fərmanla, 2000-ci ildə Azərittifaqın Fəxri kooperator döş nişanı, 2014 – cü ildə içtimai fəaliyyətinə və tədrisdə fərqləndiyi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı v ə 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilmişdir.
Kafedra Haqqında
Əmtəəşünaslıq və ekspertiza kafedrası 1984-cü ildə təşkil edilmişdir. Kafedranın 2017-2020-ci illər üçün elmi tədqiqat planı – Respublikaya daxil olan istehlak mallarının keyfiyyətinin yüksəldilməsi, ekoloji çirklənməsinin qarşısının alınması istiqaməti 2017-ci ildə Respublikaya gətirilən balıq və balıq məhsullarının keyfiyyətinin tədqiqatı və ekspertizası. Eyni zamanda 2017-ci il üçün Geyim məmulatlarının keyfiyyətinə nəzarət bazarın qorunmasının əsas amilidir. Elmi tədqiqat işinin yerinə yetirilməsində kafedranın bütün əməkdaşları iştirak edir.
Professor-müəllim heyəti
✶ T.e.n., prof. Vilayət Abbas oğlu Əliyev (kafedra müdiri)
✶ B.e.n., dos. Kamil Arif oğlu İsmayılov
✶ İ.e.n., dos. Adil Həsi oğlu Güləliyev
✶ İ.e.f.d., b/m. Şövkət Abuzər qızı Yusifova
✶ müəl. Kəmalə Əziz qızı Haqverdiyeva
✶ müəl. Samirə Şəmsəddin qızı Quliyeva
✶ müəl. Solmaz Rza qızı Qasımova
✶ müəl. Aytəkin Ağaxəlil qızı Hüseynova
Tədris olunan əsas fənlər (Bakalavr)
✶ Qida kimyası.
✶ Qida fiziologiyası.
✶ Biotexnologiya.
✶ Xammal və qida məhsullarının təhlükəsizliyi.
✶ ƏMƏ və ekspertizanın nəzəri əsasları.
✶ İstehlak mallarının ekspertizasının nəzəri əsasları.
✶ İstehlak mallarının təhlükəsizliyi.
✶ Əmtəəşünaslıq və ekspertizanın nəzəri əsasları.
✶ ƏMƏ və ekspertiza.
✶ Balıq və balıq məhsullarının texnologiyası.
✶ Xammal və hazır məhsulun keyfiyyətinə texniki-kimyəvi nəzarət.
✶ Ət və ət məhsullarının texnologiyası.
✶ QƏMƏ və ekspertiza.
✶ Tikiş məmulatlarının istehsal texnologiyası.
✶ Toxuculuq texnologiyası.
✶ Yeyinti xammalının əmtəəşünaslığı və anatomiyası.
✶ Materialların əmtəəşünaslığı.
✶ Toxuculuq, geyim və ayaqqabı mallarının ekspertizası.
✶ Malların eyniləşdirilməsi və saxtalaşdırılması.
✶ Süd və süd məhsullarının texnologiyası.
✶ çörək və makaron məmulatlarının texnologiyası.
✶ Xammal və məhsulun keyfiyyətinə nəzarət.
✶ Gön və dəri məmulatlarının texnologiyası.
✶ Trikotaj istehsalının texnologiyası.
✶ Yunun ilkin emalı texnologiyası.
✶ İstehlak mallarının ekspert qiymətləndirilməsi.
✶ Heyvan mənşəli ərzaq məhsullarının ekspertizası.
✶ Bitki mənşəli ərzaq məhsullarının ekspertizası.
✶ Plastik kütlə və kimyəvi rəngsazlıq mallarının ekspertizası.
✶ İstehlak mallarının estetikası.
✶ Mikrobiologiya, sanitariya və gigiyena.
Tədris olunan əsas fənlər (Magistratura)
✶ İstehlak mallarının ekspertizası və marketinqinin müasir problemləri.
✶ İstehlak mallarının ekspertizasının və marktinqinin tarixi və metodologiyası.
✶ Bitki mənşəli ərzaq məhsullarının əmtəəşünaslığı, ekspertizası və marketinqin müasir problemləri.
✶ Ərzaq məhsullarının saxlanmasının fiziki-kimyəvi əsasları.
✶ Ərzaq məhsullarının soyuduculuq texnologiyası.
✶ Çoxişlənən malların texnologiyası mühəndisliyinin müasir problemləri.
✶ Çoxişlənən malların texnologiyası mühəndisliyinin tarixi və metodologiyası.
✶ Azərbaycanda tikiş sənayesinin inkişafı.
✶ Tikiş məmulatlarının istehsal texnologiyası.
✶ Tikiş məmulatlarının texnoloji maşın və avadanlıqları.
✶ Tikiş məlulatlarının istehsalının elmi-texniki problemləri.
✶ Texnoloji proseslərin idarə edilməsi.
✶ Yeyinti xammalının əmtəəşünaslığı.
✶ Qida məhsullarının konservləşdirilməsinin əsasları.
✶ Malların əmtəəşünaslığı və ekspertizası.
✶ Qida məhsulları mühəndisliyinin müasir problemləri.
✶ Qida məhsulları mühəndisliyinin tarixi və metodologiyası.
✶ Bitki mənşəli qida məhsullarının emalı texnologiyası.
✶ Taxıl-un, qənnadı mallarının emalı texnologiyası.
✶ çoxişlənən malların əmtəəşünaslığı və ekspertizası.
✶ Malların təhlükəsizliyi və rəqabət qabiliyyəti problemləri.
✶ Heyvan mənşəli ərzaq məhsullarının əmtəəşünaslığı, ekspertizası və marketinqi.
✶ Yeyinti xammalının əmtəəşünaslığı və anatomiyası.
✶ Ərzaq məhsullarının konservləşdirilməsi.
✶ Tikiş məmulatlarının keyfiyyətinin qiymətləndirilməsi
✶ Təbii liflərin, toxuculuq və trikotaj məmulatlarının istehsal texnologiyası