loading
“Maliyyə” fakültəsi

“Maliyyə” fakültəsi

                          

 

Səbinə İzzət qızı Vəliyeva 9 may 1977-ci il təvəllüdlü Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1994-1998-ci illərdə Azərbaycan Texniki Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsini oxumuş və bakalavr dərəcəsini almışdır. 1998-2000-ci illərdə həmin Universitetdə magistraturada  “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi”  ixtisası üzrə  “Xarici sərmayənin iqtisadi inkişafla əlaqəsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və magistr dərəcəsini almışdır.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasına dissertant təsdiq edildi. 2008-ci ildə 08.00.05- “Xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” (makroiqtisadiyyat) ixtisası üzrə “İnnovasiyanın iqtisadi və sosial səmərəliliyinin qiymətləndirilməsinin  metodiki məsələləri” (maşınqayırma sənayesinin timsalında) mövzusunda yazdığı dissertasiyanın müdafiəsi əsasında iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi verilməsi haqqında qərar qəbul edilmişdir.

 2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı“  kafedrasında tam ştat müəllim, 2012-ci ildən 2017-ci ilədək həmin kafedrada baş müəllim vəzifəsində çalışmış. İşlədiyi müddətdə öz pedaqoji və elmi fəaliyyətini uğurla əlaqələndirirdi. S.İ.Vəliyeva kafedrada tədris-metodiki işlərin yerinə yetirilməsində fəal iştirak edirdi. Kafedrada işlədiyi müddətdə S.İ.Vəliyeva universitet kolektivinin – tələbə, professor-müəllim heyətinin dərin hörmətini qazanmışdır. Kafedrada və ondan kənarda həyata keçirilən bütün tədbirlərdə fəal iştirak edirdi.

2017-ci ildən Azərbaycan Kooperasiya Universitetinin “Maliyye” dekanlıgına dekan, “Aqrar sahənin və sənayenin iqtisadiyyatı” kafedrasına dosent vəzifələrinə təyin edilmişdi.  37 elmi əsərin müəllifidir. Onlardan biri “Neft və qaz sənayesinin iqtisadiyyatı və idarə edilməsi» (rus dilində) dərs vəsaiti, “Strateji menecment”  tədris-metodik vəsait, 24 elmi ­məqalə,  7 tədris proqram, 4 elmi-praktiki konfransların tezisləridir. O, özünə və tələbələrə qarşı tələbkardır, işinə daim məsuliyyətlə yanaşır.

Fakültədə 050403 - “Maliyyə” ixtisası üzrə mütəxəssis kadrlar hazırlanır. Fakültənin tərkibinə “Maliyyə və bank işi” və “Humanitar fənlər” kafedraları daxildir.

Fakültədə 248 tələbə təhsil alır. Fakültədə müəllimlərin sayı: cəmi – 44 nəfər, onlardan 32 nəfər elmlər namizədi, dossent; 3 nəfər professordur. Fakültə üzrə illik dərs yükü 5529 saatdır.   

1. Maliyyə və bank işi kafedrası: Kafedranın müdiri i.f.d. b/m Məmmədova Elnurə Bünyad qızıdır. Kafedra ilk dəfə 01.02.1993-cü il tarixli 15 saylı əmri ilə yaradılmışdır.  Universitetdə struktur dəyişiklikləri ilə əlaqədar Rektorun 07.09.2016-cı il tarixli 148 saylı əmri ilə “Pul tədavülü və bank işi” kafedrası ləğv edilərək “Maliyyə və bank işi” kafedrası yenidən bərpa edilmişdir.  Kafedranın professor müəllim heyyəti  14 nəfər müəllimdən ibarətdir. Onlardan 11 nəfərin elmi dərəcəsi və elmi adı vardır. Kafedranın üzvlərindən Bəyalı Xanalı oğlu Ataşov iqtisad elmləri doktoru, professor və Əməkdar Elm xadimi, Nurpaşa Abbas oğlu Novruzov i.e.n., professordur. Kafedranın illik dərs yükü 4.944 saatdır. Kafedrada son 5 ildə 70 məqalə, dərslik, dərs vəsaiti, proqram və digər metodiki göstərişlər nəşr edilmişdir. Kafedrada 9 fənn tədris edilir. Eyni zamanda buraxılış kursu tələbələri üçün istehsalat təcrübəsi və Dövlət Attestasiyası Təşkil edilir.

1. “Humanitar fənlər” kafedrası: Kafedranın müdiri filalogiya elmləri namizədi dos. Nizami Cəlal oğlu Məhərrəmovdur. Kafedrada 18 nəfər professor-müəllim heyyəti  çalışır. Onlardan 13 nəfərin elmi dərəcəsi və elmi adı vardır.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz