Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
Haqqımızda

Haqqımızda

Azərbaycan Kooperasiya Universiteti

2001-ci ilədək Azərbaycan Kooperasiya İnstitutu

Yaradıldığı il : 1964-cü il

Dövlət Akkreditasıyası: ARTN-nin Akkreditasiya Şurasının qərarına əsasən Təhsil Nazirliyinin 13.07.2012-ci il tarixli 1361 saylı əmri

 ilə özəl ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunmuşdur. 

Lisenziya: ARTN-nin 15.03.2012-ci il tarixli 411 saylı əmri ilə ali təhsilin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı aparılmasına 071001 nömrəli (qeydiyyat №-si 137) lisenziya verilmişdir.

Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir.

Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökümətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq "Ticarətin iqtisadiyyatı" və "Əmtəəşünaslıq" ixtisasları üzrə tələbə qəbulu aparılmışdır.

Bakı Tədris-Məsləhət Məntəqəsi keçmiş SSRİ Sentrosoyuzu İdarə Heyətinin müvafiq qərarları ilə 1969-cu ildə MKİ-nun Bakı Qiyabi İqtisad fakültəsinə, 1974-cü ildə MKİ-nun Bakı filialına çevrilmişdir. 1975-ci ildə Sentrosoyuzun qərarı ilə filial MKİ-nun tərkibindən çıxarılaraq Ukraynanın Poltava Kooperativ İnstitunun tərkibinə verilmiş, 1990-cı ildə yenidən MKİ-nun tabeliyinə keçirilmişdir. Bu illərdə filialda 5 ixtisas üzrə, o cümlədən respublikada ilk dəfə "Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili" ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır.

Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 1997-ci ildən başlayaraq Universitetdə magistr hazırlığı həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti, xalqımızın Ümummilli lideri Heydər Əliyevın 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanı ilə verilmiş tapşırığa müvafiq olaraq Azərittifaqın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə institutun profili genişləndirilərək 3 may 2011-ci ildə onun bazasında Azərbaycan Kooperasiya Universiteti yaradılmış, onun Nizamnaməsi 8 may 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Dövlət qeydiyyatı haqqında 46 nömrəli Şəhadətnamə verilmişdir.

Azərbaycan Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüsəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmışdır. Tədris korpusunun ümumi sahəsi 10500 kv. metrdir. Bundan əlavə Azərittifaqın İdarə Heyətinin sədrinin 2011-ci il 16 avqust tarixli F-16 nömrəli sərəncamı ilə Bakı Biznes və Kooperasiya Kollecinin 4-cü və 5-ci mərtəbələrindən Universitetin istifadəsinə 2000 (iki min) kv.m. tədris sahəsi ayrılmışdır.

Hazırda Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Universitetin 8 fakültəsində tələbələr 19 ixtisas üzrə Azərbaycan və Rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 20 kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, arxiv fəaliyyət göstərir. Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 17 nəfər professor, 112 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 96 nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris - köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.

Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynəlxalq Marketinq İnstitutunun "Qran-pri" mükafatına layiq görülmüşdür. Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır.

2009-cu ildə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra 21 yanvar 2011-ci il tarixdə Respublikası Nazirlər Kabineti tərəfindən "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq olunması ilə əlaqədar olaraq Azərbaycan Kooperasiya Universitetinin yeni Nizamnaməsi qəbul edilərək 7 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır.

Hazırda Azərbaycan Kooperasiya Universitetində aşağıdakı fakültə, Qiyabi, Doktorantura və Magistratura şöbəsi fəaliyyət göstərir:

Fakültələr :

F-03 - "İqtisadiyyat"

F-02 - "Dünya iqtisadiyyatı və kommersiya"

F-04 - "İdarəetmə"

F-01 - "Maliyyə"

F-08 - "Mühasibat uçotu və sənayenin təşkili"

F-05 - "Marketinq və menecment"

F-06 - "Ekspertiza və texnologiya"

F-07 - "Pedaqoji"

F-09 - "Qiyabi" şöbəsi

F-10 - "Doktorantura və Magistratura" şöbəsi

F-08 "İqtisadiyyat" fakültəsinə iqtisad elmləri namizədi, dosent İbrahimov Elşən Əli oğlu rəhbərlik edir. Fakültəyə K-05 ”İqtisadi nəzəriyyə və iqtisadiyyat" kafedrası, K-06 ”Gömrük işinin təşkili” kafedrası, K-07 ”Mülkü müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedraları daxildir. Fakültədə 050404 "İqtisadiyyat", ixtisası üzrə kadr hazırlanır.

F-02 "Dünya iqtisadiyyatı və kommersiya" fakültəsinə iqtisad elmləri namizədi, Nəbiyev Məmməd Allahverdi oğlu rəhbərlik edir. Fakültəyə "K-03 Dünya iqtisadiyyatı" və K-04 "Kommersiya" kafedraları daxildir. Fakültədə 050401 - "Dünya iqtisadiyyatı" və 050411 - "Kommersiya" ixtisaslar üzrə kadrlar hazırlanır. 

F-04 "İdarəetmə" fakültəsinə dosent Kərimov Nadir Tofiq oğlu rəhbərlik edir. Fakültəyə K-08 "Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi",  və K-09 "Xarici Dillər" kafedraları daxildir. Fakültədə 050409 - "Biznesin idarə edilməsi" və 050410 - "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasları üzrə kadr hazırlanır.

F-01 "Maliyyə" fakültəsinə iqtisad üzrə fəlsəfə doktoru, dosent Səbinə İzzət qızı Vəliyeva rəhbərlik edir. Fakültəyə K-01 "Maliyyə və Bank işi", və K-02 "Humanitar Fənlər" kafedraları daxildir. Fakültədə 050403 - "Maliyyə"  ixtisası üzrə ali təhsilli kadrlar hazırlanır.

F-08 "Mühasibat uçotu və sənayenin təşkili" fakültəsinə iqtisad elmləri namizədi dosent Qafarov Nizami Cəlal oğlu rəhbərlik edir. Kafedraya K-18 "Mühasibat uçotu və audit", K-19 "Aqrar sahənin və sənayenin iqtisadiyyatı" və K-20 "Fəlsəfə və Psixologiya" kafedraları daxildir. Fakültədə 050402 - "Mühasibat uçotu və audit" və 050405 - "Sənayenin təşkili və idarə olunması" ixtisasları üzrə kadr hazırlanır.

F-05 "Marketinq və menecment" fakültəsinə i.ü.f.d. Məhərrəmov Eldəniz Məzahir oğlu rəhbərlik edir. Fakültəyə K-10 "Marketinq və turizm xidməti", K-11 "Menecment və ticarət", K-12 "Ekologiya və coğrafiya" kafedraları daxildir. Fakültədə 050408 - "Marketinq", 050407 - "Menecment", 050510 - "Ekologiya" 050506 - "Coğrafiya" və 050810 - "Turizm və Otelçilik" ixtisasları üzrə kadr hazırlanır.

F-06 "Ekspertiza və texnologiya" fakültəsinə iqtisad elmlər namizədi dosent Hüseynov Möhübbət Musa oğlu rəhbərlik edir. Fakültəyə K-13 "Əmtəəşünaslıq və ekspertiza", K-14 "Standartlaşdırma və texnologiya" və K-15 "İnformatika və Ümumtexniki fənlər" kafedraları daxildir. Fakültədə 050642 - "Qida məhsulları mühəndisliyi", 050643 - "Çoxişlənən malların texnologiyası mühəndisliyi", 050644 - "İstehlak mallarının ekspertizası və marketinqi" və 050647 - "Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi" ixtisasları üzrə kadr hazırlanır.

F-07 "Pedaqoji" fakültəyə tarix elmləri namizədi, dosent Əliyev Zakir Murtuz oğlu rəhbərlik edir. Fakültəyə K-16 "Tərcümə" və K-17 "Riyaziyyat" kafedraları daxildir. Fakültədə 050501 - "Riyaziyyat" və 050203 - "Tərcümə (İngilis-dili)" ixtisasları üzrə kadr hazırlanır.

F-19 "Qiyabi" şöbəyə i.e.n., dosent Hüseynov Xanoğlan Əndəlif oğlu rəhbərlik edir. Qiyabi şöbədə 12 ixtisas üzrə kadr hazırlanır.

F-10 "Magistratura" bölməsinə f/r.e.d., dosent Nəbiyev Əmiraslan Məhəmmədəli oğlu rəhbərlik edir. Bölmədə 7 ixtisas və 27 ixtisasalma üzrə kadr hazırlığı aparılır.

11. "Doktorantura" bölməsinə i.e.n., dosent Kərimov Elsevər Nəriman oğlu rəhbərlik edir. Şöbədə Fəlsəfə doktoru proqramları üzrə doktorantura və dissertantura fəaliyyət göstərir

Azərbaycan Kooperasiya Universitetində hazırda 3500 nəfərdən çox tələbə təhsil alır.

Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmiş ilk rektorlar :

1. Quluzadə Mahmud Məmməd oğlu - i.e.n., dosent (1992-1994-cü illər) - 22 dekabr 1938-ci ildə Tovuz rayonunun "Pələkli" kəndində anadan olub. 1967-ci ildə ADU-nun "İqtisadiyyat" fakültəsini bitirib. Həmin ildən 1992-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitunun dosenti işləyib. 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Hal hazırda, Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.

2. Gənciyev Gəncəli Əziz oğlu - i.e.d., professor (1994-1995 - ci illər) - 19.02.1942-ci ildə Astara şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının "İqtisadiyyat" İnstitutunda şöbə müdiri işləmişdir. Çoxlu sayda doktorant və dissertantların elmi rəhbəri olmuş, 10-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti və proqramın müəllifidir. Hal-hazırda AKU-nun "Dünya iqtisadiyyatı" kafedrasının müdiridir.

3. Quliyev Firəddin Murtuza oğlu - dosent (1996-2000-ci illər) - 26 fevral 1938-ci ildə Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisadiyyat" fakültəsini "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. Həmin ildən 1995-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində dekan və kafedra müdiri vəzifəsində işləmişdir. Çoxlu sayda aspirant və dissertantlara elmi rəhbərlik etmiş və xeyli elmi əsərləri vardır. 2005-ci ildə vəfat etmişdir.

4. Zülfüqarov Eldar İslam oğlu - f/r.e.d., professor, (2000-2011-ci illər) - 1954-cü il mayın 1-də Şəmkir rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1977-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Radiasiya problemləri" İnstitunda işləmiş, 1986-cı ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə vəfat etmişdir.