Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
“Aqrar sahənin və Sənayenin iqtisadiyyatı”

“Aqrar sahənin və Sənayenin iqtisadiyyatı”

                                         

                                                  

 

Eldar Allahyar oğlu Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Azərbaycan Kooperasiya Universitetinin "Aqrar sahənin və Sənayenin iqtisadiyyatı" Kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor.

Həyatı

Eldar Quliyev 1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisat Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

Elmi və Siyasi Fəaliyyəti

1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir.

2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur.

Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin "Fəxri alimi"dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynəlxalq" mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Taclı Xidmət" ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən "Avropa Xidmət Ordeni", Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" və "Qızıl Qartal" ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnis adına medalla mükafatlandırmaqla "Avropanın əməkdar elm xadimi" adına layiq görülmüşdür. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunmuşdur. 2017-ci ilin mart ayında Almaniyanın nüfuzlu mətbəələrindən birində "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabı çap olunmuşdur. Dünyanın ən qlobal problemlərindən birinə - ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş bu kitab ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir. 2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabın geniş təqdimatı keçirilmişdir. Tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib. Təqdimatda eyni zamanda, professor E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunub. Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var.

Eldar Quliyev mukafat.jpg Eldar Quliyev mukafat2.jpg

Çap Olunmuş Əsərləri

1. Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2011.

2. Gömrük işinin təşkili. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2012.

3. Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Elm” nəşriyyatı, 2013.

4. Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2015.

5. "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" - monoqrafiya, Almaniya, Cologne, 2017.

                                           

 

Kafedra Haqqında

10 yanvar 2013-cü il tarixində Azərbaycan Kooperasiya Universitetinin Rektorunun № 04 saylı əmri ilə “Sənayenin və aqrar sahənin iqtisadiyyatı” kafedrası adı altında yaradılmış və fəaliyyətə başlamışdır. “Ali təhsil müəssisələrinin kafedraları haqqında əsasnamə”nin tələbinə əsasən Universitetdə tədris-elmi proseslərin səmərəli təşkili, ixtisaslara uyğun formalaşdırılması, fənnlərin müvafiq ixtisas kafedraları arasında optimal bölgüsünü təmin etmək məqsədilə kafedra təşkil olunmuşdur. Azərbaycan Kooperasiya Universitetinin 18.05.17-ci il № 77 əmrinə əsasən Elmi Şuranın qərarı ilə kafedranın adı dəyişdirilərək “Aqrar sahənin və sənayenin iqtisadiyyatı” kafedrası oldu. Hazırda kafedraya Universitetin rektoru prof. E.A.Quliyev rəhbərlik edir. Kafedra müdirinin müavini dos. N.C.Qafarovdur. Hal-hazırda kafedrada 9 müəllim və 1 baş laborant fəaliyyət göstərir. Kafedrada tədris olunan fənnlər üzrə dərs proqramları hazırlanıb Təhsil Nazirliyinin qrifi ilə təsdiqlənərək nəşr edilmişdir. Tədris edilən fənnlər üzrə monoqrafiya, dərslik, dərs vəsaitləri çap etdirilmişdir. Kafedra müəllimləri mütəmadi olaraq Respublika konfranslarında, simpoziumlarında iştirak edirlər. Tədris edilən fənlər üzrə mühazirə və məşğələlər interaktiv qaydada, yeni standartlara uyğun aparılır. Keçirilən bütün fənlər üzrə mühazirə mətnləri elektron formada oxu zalında yerləşdirilmiş və tələbələrin ixtiyarına verilmişdir. Təqvim mövzu planına uyğun olaraq bütün mövzular üzrə slaydlar hazırlanaraq dərs vaxtı mütəmadi istifadə edilir. Kafedranın əsas məqsədi, müxtəlif səviyyəli strategiyaların for¬malaşması və həyata keçirilməsi sahəsində, eləcə də ölkənin, regionların və müəssisələrin sabit sosial inkişafı, qeyri-neft sənayelərinin genişləndirilməsi üçün zəruri mexanizmlərin hazırlanması və texnologiyaların həyata keçirilməsi prosesində müvafiq biliklərə və bu bilikləri effektiv surətdə tətbiq etmək bacarığına malik olan müasir təhlilçi hazırlanması, Azərbaycan cəmiyyətinin bu istiqamətdə artan tələbatının təmin edilməsindən ibarətdir. Kafedra yarandığı gündən indiyədək müasir təhsil tələblərinə uyğun səviyyədə ali məktəbin aparıcı elmi-tədris bölmələrindən biri kimi fəaliyyət göstərir.

Professor-müəllim heyəti:

✶ İ.e.d., prof. Quliyev Eldar Allahyar oğlu (Kafedra müdiri)

✶ K.t.e.d., prof. Ağayev Nizami Adil oğlu

✶ İ.e.n., dos. Qafarov Nizami Cəlal oğlu

✶ İ.e.n., dos. Bayramov Qəhrəman Saleh oğlu

✶ İ.ü.f.d., b/m. Vəliyeva Səbinə İzzət qızı

✶ İ.e.n., b/m. Quliyev İbrahim Qədim oğlu

✶ b/m. Məmmədov Qeys Valeh oğlu

✶ b/m. Allahverdiyev Elnur Qara oğlu

✶ b/m. Hüseynova Zümrüd Məhərrəm qızı

Tədris olunan fənlər (Bakalavr)

✶ Aqrar iqtisadiyyat.

✶ Qiymət və qiymətləndirmə.

✶ Sənayenin təşkili və idarə edilməsi.

✶ Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi.

✶ Qeyri-neft sənayesinin iqtisadiyyatı.

✶ ASK iqtisadiyyatı və idarə edilməsi.

✶ Yeyinti sənayesinin iqtisadiyyatı və idarə edilməsi.

✶ İstehsalın təşkili.

✶ Aqrar sahənin iqtisadiyyatı.

✶ Sənayedə investisiyanın təşkili və innovasiya fəaliyyəti.

✶ Sənayenin iqtisadiyyatı.

✶ Neft-qaz sənayesinin iqtisadiyyatı və idarə edilməsi.

✶ Qida sənayesi müəssissisələrində istehsalın təşkili.

Tədris olunan fənlər (Magistratura)

✶ Sənayenin qeyri-neft sektorunun iqtisadi inkişaf problemləri.

✶ Milli iqtisadi təhlükəsizlik.

✶ Ərzaq təhlükəsizliyi.

✶ Sənayenin təşkili və idarə edilməsinin müasir problemləri.

✶ Sənayenin restruksiyası.

✶ Sənayedə investisiya lahiyələndirilməsi.

✶ Sənayenin inkişafının regional problemləri.

✶ Sənayenin istehsal infrastrukturu.

✶ Sənayenin iqtisadiyyatının təşkil edilməsi problemləri.