• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
“Ekologiya və Coğrafiya” Kafedrası

“Ekologiya və Coğrafiya” Kafedrası

                                             ​

Zahid Səttar oğlu Məmmədov - Azərbaycan Kooperasiya Universitetinin "Ekologiya və Coğrafiya" kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor.

Həyatı

Məmmədov Zahid Səttar oğlu 1947 – ci ildə may ayının 22- də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini bitirib coğrafiya ixtisasına yiyələnmişdir.

Elmi Fəaliyyəti

1970-1972-ci illərdə Respublika Təhsil Nazirliyinin təyinatı əsasında Sabirabad şəhər orta məktəbində müəllim işləyib. 1972-ci ilin sentyabr ayından 1996-cı ilədək akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi fəaliyyətimi davam etdirib. 1973-cü ildə Coğrafiya İnstitutunda İqtisadi və Sosial Coğrafiya ixtisası üzrə əyani aspiranturaya daxil olub. 1973-1974-cü illərdə ordu sıralarında xidmət edib. 1974-1977-ci illərdə əyani aspiranturada elmi fəaliyyətini davam etdirib. 1980-cı ildə “Naxçıvan MSSR-in maddi istehsalının və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi-coğrafi problemləri” mövzuda dissertasiya işini müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Bu dövrdən başlayaraq Coğrafiya İnstitutunda elmi tədqiqat iş planına uyğun olaraq müstəqil elmi tədqiqat hesabat işlərini yerinə yetirib. Həmin hesabat işlərindən “Böyük Qafqazın sosial iqtisadi inkişaf problemləri”nə dair hesabat işində “Şəki- Zaqatala”, “Quba- Xaçmaz”, “Dağlıq Şirvan” iqtisadi rayonlarının nəqliyyat sistemlərinin təkmilləşdirilməsi problemləri, “Naxçıvanın MSSR-ın nəqliyyat iqtisadi əlaqələrinin səmərələşdirilməsi “Gəncə- Qazax” iqtisadi rayonuna dair aparılmış kompleks tədqiqat işlərində nəqliyyat bölməsini yerinə yetirmişdir. Həmçinin Coğrafiya İnstitutunda dərc olunmuş “Azərbaycanın Konstruktiv Coğrafiyası”, “Böyük Qafqazın Təbii Resursları”, Balakən, Şəki, Qəbələ və s. inzibati rayonlara aid yazılmış monoqrafik əsərlərin müəlliflərindən biridir. 1996-cı ildə “Azərbaycan Respublikasının nəqliyyat və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri” mövzuda doktorluq dissertasiyanı müdafiə edərək coğrafiya elmləri doktoru elmi dərəcəsini alıb. 2005-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir. Yuxarıda qeyd olunan elmi hesabatlar və müştərək monoqrafik əsərlərlə yanaşı, müstəqil tədqiqat işlərinin nəticəsi olaraq aşağıdakı monoqrafik əsərləri dərc olunmuşdur.

1. XXI əsr: “İqtisadi İnkişafın Nəqliyyat Faktoru”, Bakı,2002, səh 386

2. “Regionların İqtisadi İnkişaf Problemləri”, Bakı, 2007, səh 465

3. “Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələri”, Bakı, 2004,

4. “Təbiətdən İstifadənin İqtisadiyyatı”, Bakı, 2010, səh 229

5. “Naxçıvanın Təbii Sərvətləri”, Bakı, 1993, səh 42

6. “Azərbaycanın İqtisadi və Sosial Coğrafiyası”, Bakı, 2010, səh 470 (müştərək)

7. “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası”. Bakı 2015.

Bununla yanaşı 150-dən artıq elmi məqalə müxtəlif elmi jurnallarda, respublika və beynəlxalq əhəmiyyətli konfrans materiallarında və simpoziumlarda dərc olunmuşdur. 2000-ci ildən Azərbaycan MEA İqtisadiyyat və Coğrafiya İnstitutlarında və Aqrar Universitetdə ixtisaslaşmış elmi şuraların üzvü olmuşdur. Hal-hazırda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert komissiyasının üzvüdür. Uzun illər Respublika və Bakı şəhər müəllimlərinin Təkmilləşdirmə İnstitutlarında Azərbaycan Dövlət Pedaqoji Universitetində “Xalq Maarifi” kafedrasında respublikanın orta məktəb direktorlarının təkmilləşdirilməsi kurslarında elmi mühazirələr demişdir. Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə magistraturada ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edir. 1994 –cü ildən Azərbaycan Kooperasiya Universitetində elmi şuranın üzvü olmaqla “Ekologiya və Coğrafiya” kafedrasının müdiri vəzifəsində çalışır. İşlədiyim universitetdə coğrafiya və ekologiya ixtisası üzrə ixtisaslı kadrların və magistrlərin hazırlanmasında elmi fəaliyyətini davam etdirir. Eyni zamanda universitetin elmi tədqiqat iş planına uyğun olaraq kafedranın elmi tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir. Həmçinin coğrafiya ixtisası üzrə bir çox fəlsəfə doktorlarının və elmlər doktorlarının hazırlanmasına rəhbərlik və opponentlik edibdir. Respublikada və Kənar ölkələrdə keçirilmiş beynəlxalq konfraslarda nəqliyyatın müasir problemlərinə dair məruzələrlə çıxış edir. 1993-cü ildə İran İslam Respublikasının Təbriz şəhərində və 2008-ci ildə Məşəd şəhərində keçirilmiş konfraslarda iştirak edib imam Rza diplomuna layiq görülüb. Respublika mətbuat səhifələrində mütəmadı dərc olunmuş yazılarına görə “Qızıl Qələm” diplomu ilə təltif olunmuşdur. İxtisaslı kadrların, coğrafiya ixtisası üzrə fəlsəfə doktorları və elmlər doktorlarının hazırlanmasına rəhbərlik və opponentlik edib.

Kafedra Haqqında

Kafedramızın müəllimləri mütəmadi olaraq elmi konfranslarda iştirak edir, müxtəlif qazet və jurnallarda tezis və elmi məqalələr dərc etdirirlər. Kafedra əməkdaşlarının iştirakı ilə ölkəmizdə gedən ictimai - iqtisadi və siyasi inkişafla əlaqədar olaraq tədris proqramında ardıcıl olaraq müvafiq dəyişikliklər aparılmışdır. Kafedranın müəllimləri təsdiq olunan tədris-təqvim planının əsasında mühazirə və seminar məşğələləri aparırlar.

Professor-müəllim heyəti:

✶ C.e.d., prof. Məmmədov Zahid Səttar oğlu (kafedra müdiri)

✶ C.e.d., prof. Qurbanzadə Ağazeynal Alı oğlu

✶ G.e.n., dos. İsmayılov Cabbar İsrafil oğlu

✶ C.e.n., dos. Mahmudova Ülkər Xəlil qızı

✶ k.e.n., b/m. Hüseynova Səadət Aslan qızı

✶ müəl. Cahangirova Mənsurə Şiri qızı

✶ müəl. Kazımova Sevinc Elman qızı

✶ müəl. Məcidova Lalə Rasim qızı

Tədris olunan fənlər (Bakalavr)

✶ Dünyanın iqtisadi coğrafiyası.

✶ Ətraf mühitin iqtisadiyyatı.

✶ İqtisadi və sosial coğrafiya.

✶ Coğrafiyanın qlobal problemləri.

✶ Böyük coğrafi kəşflər.

✶ Əhali coğrafiyası.

✶ MDB ölkələrinin fiziki coğrafiyası.

✶ Materiklərin fiziki coğrafiyası.

✶ Geologiya.

✶ Geomorfologiya.

✶ Landşaftşünaslığın ekologiyası.

✶ Ekologiya.

✶ Fiziki coğrafiyanın tədqiqat üsulları.

✶ Metrolofiya və iqlimşünaslıq.

✶ Hidrologiya.

✶ Landşaftşünaslıq.

✶ Fiziki coğrafi rayonlaşma.

✶ Geodeziya və kartoqrafiya.

✶ MDB ölkəlinin iqtisadi coğrafiyası.

✶ Torpaq coğrafiyası və torpaqşünaslıq.

✶ Qafqazın fiziki coğrafiyası.

✶ Azərbaycanın fiziki coğrafiyası.

✶ Azərbaycanın iqtisadi coğrafiyası.

✶ Dünyanın fiziki coğrafiyası.

✶ Biocoğrafiya.

✶ Tullantı suların təmizlənməsi.

✶ Radioekologiya.

Tədris olunan fənlər (Magistratura)

✶ İnfrastruktur sahələrin coğrafiyası.

✶ Sənayenin coğrafiyası.

✶ Ətraf mühitin iqtisadiyyatı.

✶ İqtisadi coğrafi ekspertiza.

✶ Ekologiyanın müasir roblemləri.

✶ Ekologiyanın tarixi və metodologiyası.

✶ Aqrar sahədə təmiz məhsul istehsalının aktual problemləri.

✶ Heyvandarlıq təsərrüfatının ərazi təşkili və ətraf mühitin mühafizəsi.

✶ Ticarətin coğrafiyası.

✶ Azərbaycanda urbanizasiya prosesi və şəhərlərin coğrafiyası.

✶ Xidmət sahələrinin coğrafiyası.

✶ Ekoloji biznesin təşkili.

✶ Yanacaq energetika kompleksinin yaratdığı ekoloji problemlər.

✶ Cəmiyyətin ərazi təşkili.

✶ Çöl tədqiqatı.

✶ Coğrafiyanın müasir problemləri.

✶ Təbii ehtiyatlardan istifadənin ekoloji problemləri