• +994125616430
  • aku1964@mail.ru
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
“Humanitar Fənlər” Kafedrası

“Humanitar Fənlər” Kafedrası

Nizami Cəlal oğlu Məhərrəmov - Azərbaycan Kooperasiya Universitetinin "Humanitar Fənlər" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent.

Həyatı

Məhərrəmov Nizami Cəlal oğlu 1951-ci ilin 12 avqustunda Naxçıvan MR-nın Babək rayonunun Kərimbəyli kəndində anadan olmuşdur.1958-ci ildə orta məktəbə daxil olub, 1968-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi bitirib, BDU-nin “Şərqşünaslıq” fakültəsinin “Fars filologiyası” şöbəsinə daxil olmuşdur.

Elmi Fəaliyyəti

1973-cü ildə təhsilini başa vurub, təyinatla Naxçıvan şəhər 1 saylı orta məktəbdə fars dili müəllimi, 1976-1978-ci illərdə isə həmin məktəbdə direktor müavini vəzifəsində çalışmışdır. 1978-1981-ci illərdə Əfqanıstan Respublikasında Əfqanıstan Müdafiə Nazirliyinin 4-cü və 15-ci tank briqadalarında döyüşçü-tərcüməçi olmuşdur. 1982-ci ildən 1984-cü ilədək AMEA-nın Əlyazmalar İnstitutunda baş laborant, 1984-1988-ci ilədək Əfqanıstanın KEK-da tərcüməçi işləmişdir. 1988-ci ildən 2002-ci ilədək Əlyazmalar İnstitutunda elmi işçi kimi çalışmışdır. 2002-ci ilin sentyabrından 2004-cü ilin sentyabrınadək BSPT-da müəllimlik etmişdir. 2004-cü ilin sentyabr ayından Azərbaycan Kooperasiya Universitetinin “Tarix” kafedrasında baş müəllim, 2014-cü ildən 2016-cı ilədək isə həmin kafedranın müdiri işləmişdir. 2016-cı ildən “Humanitar fənlər” kafedrasının müdiridir. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Daxili və xarici mətbuatda 20-dən çox elmi, bədii və publisistik yazıları dərc olunmuşdur (Azərbaycan və fars dillərində). O, “Şərəfəddin Rami Təbrizi və onun “Həqayiq-ül-Hədayiq” əsəri” adlı monoqrafiyasının müəllifi, Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” əsərinin tərcüməçilərindən və “Politologiya: ensiklopedik lüğət” əsərinin həmmüəlliflərindəndir. Müharibə veteranıdır, ehtiyatda olan kapitandır. Hərbi əməliyyatlarda iştirakına görə SSRİ-nin və Əfqanıstan Respublikasının 1 (bir) ordeni və 5 (beş) medalı ilə təltif edilmişdir. 1995-ci ildə İranda keçirilmiş Dünya Şərqşünaslarının simpoziumunda elmi məruzə ilə çıxış etmişdir. Dos. N.Məhərrəmov ali məktəb tələbələri üçün “Multikulturalizmə giriş (bakalavr pilləsi), “Azərbaycan multikulturalizmi” (magistr pilləsi) tədris proqramlarının və “Multikulturalizm və tolerantlıq” dərs vəsaitinin müəllifidir.

Kafedra Haqqında

1970-1992-ci illərdə “İctimai fənlər” adı altında fəaliyyət göstərmiş kafedraya professor S.İ.Səfərov rəhbərlik etmişdir. 1992-1994-cü illərdə kafedraya dosent B.Ç.Çərkəzov rəhbərlik etmişdir. 1994-2000-ci illərdə kafedranın adı “Humanitar fənlər” adlanmış və kafedraya dosent Z.M.Əliyev rəhbərlik etmişdir. 2001-2007-ci illərdə kafedra “İqtisadi tarix” adlanmış və kafedraya dosent A.Ə.Dilbazova rəhbərlik etmişdir. 2007-ci ildə kafedra “Tarix” kafedrası adlanır və kafedraya 2014-cü ilin sentyabr ayınadək dosent Z.M.Əliyev rəhbərlik etmişdir. 2016-ci ildən isə kafedra yenidən “Humanitar fənlər” adlandırılmış və hazırda kafedraya f.ü.f.d., dos. Nizami Cəlal oğlu Məhərrəmov rəhbərlik edir. Kafedramızın müəllimləri mütəmadi olaraq elmi konfranslarda iştirak edir, müxtəlif qazet və jurnallarda tezis və elmi məqalələr dərc etdirirlər. Kafedra əməkdaşlarının iştirakı ilə ölkəmizdə gedən ictimai - iqtisadi və siyasi inkişafla əlaqədar olaraq tədris proqramında ardıcıl olaraq müvafiq dəyişikliklər aparılmışdır. Kafedranın müəllimləri təsdiq olunan tədris-təqvim planının əsasında mühazirə və seminar məşgələləri aparırlar.

Professor-müəllim heyəti:

✶ T.ü.f.d., prof. Məmmədov Xəqani Məmməd oğlu

✶ F.ü.f.d., dos. Məhərrəmov Nizami Cəlal oğlu (kafedra müdiri)

✶ T.ü.f.d., dos. Əliyev Zakir Murtuz oğlu

✶ T.ü.f.d., dos. Dilbazova Aynur Əsəd qızı

✶ T.ü.f.d., b/m. Hacıyev Vaqif Ənvər oğlu

✶ T.ü.f.d., b/m. Əliyeva Vüsalə Zakir qızı

✶ H.ü.f.d., b/m. Şükürov Xaliq Heybət oğlu

✶ b/m. Məsimov Abbas Xuda oğlu

✶ b/m. Şelemanov Emil Aslan oğlu

✶ b/m. Vəliyev Akif Nüsrət oğlu

✶ b/m. Hüseynov Eldəniz Həsrət oğlu

✶ b/m. Məlikov Balabəy Ağamməd oğlu

✶ b/m. Məmmədov Nizami Əjdər oğlu

Tədris olunan fənlər (Bakalavr)

✶ Azərbaycan tarixi.

✶ Multikulturalizmə giriş.

✶ A.R. Konstitusiyası və hüququn əsasları.

✶ İnzibati hüquq.

✶ İqtisadi hüquq.

✶ Dövlət qulluğu.

✶ Ekologiya hüququ və təbiətdən istifadə hüququn əsasları.

✶ Turizm fəaliyyətinin hüquqi əsasları.

✶ Xarici iqtisadi fəaliyyətin hüquqi tənzimlənməsi.

✶ Beynəlxalq iqtisadi hüquq.

✶ Müasir beynəlxalq münasibətlər

✶ Beynəlxalq münasibətlər tarixi-1,2,3,4

✶ Asiya və Afrika ölkələri tarixi

✶ Müasir beynəlxalq münasibətlər sistemində qloballaşma prosesi

✶ Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları

Tədris olunan fənlər (Magistratura)

✶ Azərbaycan multikulturalizmi.

✶ Maliyyə hüququ.

✶ Biznes sferasında maliyyə və iqtisadi hüquq.

✶ Kommersiya hüququ.

✶ Avropa hüququ.

✶ Beynəlxalq gömrük hüququ.

✶ İqtisadi və mülki əmək hüququ, nəzəri və praktiki problemləri.