Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
“İqtisadi nəzəriyyə” Kafedrası

“İqtisadi nəzəriyyə” Kafedrası

                                                           
 
Vilayət Bədir oğlu Mirzəyev - Azərbaycan Kooperasiya Universitetinin “İqtisadi nəzəriyyə və İqtisadiyyat” kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent.

Həyatı

Mirzəyev Vilayət Bədir oğlu 06 sentyabr 1970- ci ildə Cəlilabad rayonu, Məlikqasımlı kəndində anadan olmuşdur. 1987-ci ildə orta məktəbi bitirmiş, 1988-1990-cı illərdə hərbi xidmətə yollanmışdır.1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı filialının "İqtisadiyyat" fakultəsinə daxil olmuşdur. 1995-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun "İqtisadiyyat" fakultəsini bitirərək, "Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisasını almışdır. Ailəlidir, 3 övladı var.

Elmi Fəaliyyəti

1995-ci ildə Az. ETKTİ və Tİ-nin aspirantura şöbəsinə daxil olmuşdur. 1999-cı ildə Az. ETKTİ və Tİ-nin aspirantura şöbəsini bitirərək "Müxtəlif təsərrüfat formaları şəraitində əmək ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi" (Azərbaycan Respublikasının Lənkəran - Astara bölgəsinin materialları üzrə) mövzusunda dissertasiya işini müdafiə edərək "İqtisad elmlər namizədi" adını almışdır. 2001-ci ildə Azərbaycan Kooperasiya Universitetində baş müəllim kimi pedoqoji fəaliyyətə başlamışdır. 2007-ci ildə Azərbaycan Kooperasiya Universitetinin "Vergi və statistika" kafedrasında dosent vəzifəsinə təyin edilmişdir. 2008-ci ildən etibarən "Vergi və statistika" kafedrasının, hal-hazırda isə “İqtisadi nəzəriyyə və İqtisadiyyat” kafedrasının müdiri vəzifəsində işləyir. Dos. V.B.Mirzəyev ali məktəb tələbələri üçün “Milli iqtisadiyyat”, “Vergi sistemi”, “Vergilər və vergitutma”, “Vergi işinin təşkili”, “İqtisadi təhlil”, “İqtisadi təhlil və audit”, “İdarəetmə təhlili”, “Maliyyə təhlili”, “Azərbaycan iqtisadiyyatı”, “Vergi inzibatçılığı”, “Maliyyə hesabatlarının təhlili” tədris proqramlarının, “İqtisadiyyat” ixtisası üzrə “İstehsalat və diplomqabağı təcrübənin proqramı və yerinə yetirilməsinə dair metodiki göstərişin”, “Maliyyə vəziyyətinin təhlili metodiki vəsaitin, “Maliyyə təhlilinin əsasları” adlı dərs vəsaitinin və 20-dən artıq elmi-məqalənin və tezisin müəllifidir.

Kafedra Haqqında

2002-ci ildən «İqtisadi təhlil və Qiymət» adı ilə yaradılan kafedraya 2002-2007-ci illərsə baş müəllim A. A. Məmmədov rəhbərlik etmişdir. 2007/2010 illərdə kafedra “Vergi və statistika” adı altında fəaliyyət göstərmişdir. 2007/2008 illərdə kafedraya dos. X.Ə.Hüseynov rəhbərlik etmişdir. 2008-ci ildən hal- hazırdakı dövrə kimi kafedraya i.e.n.,dos. V.B.Mirzəyev rəhbərlik edir. Kafedra 2010/2011 illərdə “İqtisadiyyat və təhlil”, 2011/2016 cı illərdə “İqtisadiyyat və vergi işi” adı altında fəaliyyət göstərmişdir. 2016 cı ildən “İqtisadi nəzəriyyə” kafedrasının birləşməsi ilə əlaqədar olaraq kafedra “İqtisadi nəzəriyyə və İqtisadiyyat” adlandırılmışdır. Kafedrada “İqtisadiyyat” ixtisasına xidmət göstərilir. Hal-hazırda kafedrada tədris olunan bütün fənnlərin proqramları kafedranın müəllimləri tərəfindən tərtib olunmuş təhsil Nazirliyinin müvafiq əmri ilə qrif verilərək nəşr olunmuşdur. Müəllimlər respublikanın müxtəlif Universitetlərində keçirilən elmi-konfranslarda iştirak edir, müxtəlif jurnallarda konfrans materiallarında məqalə və tezislərini dərc etdirirlər. Kafedranın müəllimləri təsdiq olunan tədris-təqvim planının əsasında mühazirə və seminar məşğələləri aparırlar, magistr disertasiyası işlərinə, istehsalat təcrübələrinə və kurs işlərinə rəhbərlik edirlər. Hazırda kafedranın professor müəllim heyəti 17 nəfərdən ibarətdir. Onlardan 13 nəfər iqtisad elmlər namizədi, dossent, 3 nəfər baş müəllim, 1 nəfər müəllim vəzifəsində çalışır. 2017-2020-ci illər üçün “İqtisadi nəzəriyyə və İqtisadiyyat” kafedrasında “Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın sürətləndirilməsi şəraitində kooperasiya sistemində idarəetmə mexanizminin təkmilləşdirilməsinin nəzəri-metodoloji problemləri” elmi-tədqiqat işi yerinə yetirilir.

  1. 2017-2020-ci illər üçün təsdiq edilmiş elmi-tədqiqat işinin planına əsasən “İqtisadi nəzəriyyə və İqtisadiyyat” kafedrasının əməkdaşları aşağıdakı mövzularda elmi-tədqiqat işlərini yerinə yetirəcəkdirlər:
  2. Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın sürətləndirilməsi şəraitində kooperasiya sistemində idarəetmə mexanizminin təkmilləşdirilməsinin nəzəri-metodoloji problemləri. 2017-2020, Rəhbər: dos. V.B. Mirzəyev
  3. Azərbaycanın milli iqtisadiyyatının dövlət tənzimlənməsinin təkmilləşdirilməsi problemləri. 2017-2020, dos. V.B. Mirzəyev, i.ü.f.d. E.N.Əhmədova
  4. Firmanın (müəssisənin) respublika iqtisadiyyatının inkişafında rolunun qiymətləndirilməsi. 2017-2020 dos. A.Z. Mirzəməmmədov
  5. Strateji planlaşdırmanın təşkili və metodologiyası. 2017-2020, dos. V.B. Həziyev
  6. Milli iqtisadiyyatın inkişaf etdirilməsində maliyyə bazarının rolu və əhəmiyyəti. 2017-2020, i.ü.f.d. F.Q.Əmrahov
  7. Müəssisənin maliyyə sabitliyinin təhlili. 2017-2020, i.ü.f.d. E.A. Məmmədov
  8. Перспективы развития аудита в сфере туризма. 2017-2020, b/m Ş.R. Dadaşova
  9. Müəssisənin təssərüfat fəaliyyətinin idarə edilməsiproblemləri. 2017-2020, dos. E.N. Kərimov
  10. Azərbaycanda aqrar sahənin formalaşması vəperspektiv inkişaf problemləri. 2017-2020, dos. V.V. Gərayev
  11. Azərbaycan iqtisadiyyatın istehsal imkanları və əhalinin həyat səviyyəsi problemləri. 2017-2020, dos. N.T. Qənizadə, b/m. Z.Ə.Ağayeva
  12. Azərbaycanda istehlak bazarının formalaşması və perspektiv inkışaf istiqamətlərin tənzimlənməsiproblemləri. 2017-2020, dos. C.T. Abdullayev, G.T. Musayeva
  13. Biznes-inkubatorların sahibkarlığın inkişafına köməyinin stimullaşdırılması yolları. 2017-2020, i.ü.f.d. T.X. Hacıyeva

Professor-müəllim heyəti:

✶ i.e.n., dos. Mirzəyev Vilayət Bədir oğlu (kafedra müdiri)

✶ i.e.n., dos. Həziyev Vasif Balaxan oğlu

✶ i.e.n., dos. Mirzəməmmədov Aydın Zabit oğlu

✶ i.e.n., dos. Kərimov Elsevər Nəriman oğlu

✶ i.e.n., dos. Qənizadə Nazim Tofiq oğlu

✶ i.e.n., dos. Kazımov Rahib Nadir oğlu

✶ i.e.n., dos. Abdullayev Cahangir Tacəddin oğlu

✶ i.e.n., dos. Hacıyev Emil Əhmədoviç oğlu

✶ i.e.n., dos. Qərayev Vahid Vaqif oğlu

✶ i.e.n., dos. Əmrahov Fariz Qasım oğlu

✶ i.e.n., dos. Məmmədov Elnur Abil oğlu

✶ i.e.n., dos. Hacıyeva Telli Xələf qızı

✶ i.e.n., b/m. Əhmədova Elnarə Nəbi qızı

✶ b/m. Dadaşova Şahirəxanım Rasim qızı

✶ b/m. Məmmədov Anar Akif oğlu

✶ b/m. Ağayeva Zərxanım Əbülfəz qızı

✶ müəl. Musayeva Günay Şadət qızı

Tədris olunan fənlər (Bakalavr)

✶ İqtisadiyyata giriş.

✶ İqtisadiyyat.

✶ İqtisadi fikir tarixi.

✶ Mikroiqtisadiyyat.

✶ Makroiqtisadiyyat.

✶ Azərbaycan iqtisadiyyatı.

✶ Firmanın iqtisadiyyatı.

✶ Vergilər və vergitutma.

✶ Vergi inzibatçılığı.

✶ İdarəetmə təhlili.

✶ İqtisadi təhlil.

✶ Maliyyə təhlili.

✶ Maliyyə hesabatının təhlili.

✶ Sosial iqtisadi inkişafın proqnozlaşdırılması.

Tədris olunan fənlər (Magistratura)

✶ Auditin nəzəri və praktiki problemləri.

✶ Maliyyə iqtisadi təhlili.

✶ Sənaye müəssisənin köməkçi istehsal və xidmət sahələri.

✶ Müəssisənin anbar və tara təsərrüfatının təşkili.

✶ İstehsal və material resurslarının idarəedilməsi.

✶ İstehsal və xidmətin iqtisadiyyatı və idarəedilməsi.

✶ İstehsal və xidmətin iqtisadiyyatı və idarəedilməsi.

✶ İqtisad elminin tarixi və metodologiyası.

✶ Vergi və vergiqoyma.

✶ Müştərək firmanın iqtisadiyyatı və idarəedilməsi.

✶ Sənayenin iqtisadi modernləşdirilməsi problemləri.

✶ Audit xidmətində iqtisadi təhlil.

✶ Müəssisənin iqtisadiyyatının səmərəliliyinin problemləri.

✶ Müəssisənin iqtisadiyyatının dövlət tənzimlənməsi problemləri.

✶ Müəssisənin təsərrüfat fəaliyyətinin idarə edilməsi.

✶ Mikro və makro iqtisadiyyatın aktual problemləri.