• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
“Maliyyə və Bank işi” Kafedrası

“Maliyyə və Bank işi” Kafedrası

                                                          

 

Elnurə Bünyat qızı Məmmədova - Azərbaycan Kooperasiya Universitetinin "Maliyyə və bank işi" kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent.

Həyatı

Məmmədova Elnurə Bünyat qızı 1985-ci ildə anadan olub. 1991-ci ildə orta məktəbin birinci sinifinə getmiş, 2001-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə fəal tələbə olmuş, bir çox elmi-praktik konfranslarda iştirak etmişdir. E.Məmmədova Azərbaycan Dövlət İqtisad Universitetində 2004-cü ildə keçirilən “Regional İqtisadi inkişaf və iqtisadi artım” TEC-in elmi-praktik konfransında iştirak etmiş və birinci dərəcəli diplomla təltif olunmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə “Maliyyə və Kredit” ixtisası üzrə qəbul olmuş və 2007-ci ildə magistratura pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi Fəaliyyəti

2006-cı ilin yanvar ayında Kapital Bankın 1 saylı Səbail rayon filialında əmək fəaliyyətinə başlamışdır. 2008-ci ildə Azərbaycan Kooperasiya Universitetində 08.00.10 “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur. 2010-cu ildən Azərbaycan Kooperasiya Universitetində “İqtisadi Nəzəriyyə” və “Maliyyə və Bank İşi” kafedralarında baş müəllim vəzifəsində çalışmışdır. 2012-ci ildə Azərbanycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Doktorantların və gənc tədqiqatçıların XVI respublika elmi konfransında” “Aqrar sahənin dayanıqlı inkişafına təsir göstərən amillər” adlı tezislə çıxış etmişdir. O, 2015-ci ildə BDU-nun, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin nəzdində yaradılmış İxtisaslaşdırılmış Elmi Şurada disertasiya müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 aprel 2017-ci il tarixli qərarı ilə ona iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Elnurə Bünyat qızı Məmmədova 2017-ci ildə Azərbaycan Kooperasiya Universitetində “Maliyyə və Bank işi” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. O, 25-dən çox elmi əsərlərin o cümlədənbakalavr pilləsi üçün 2, magistr pilləsi üçün 12 fənn proqramının, 1 dərs vəsaitinin müəllifidir. Bir sıra beynəlxalq və elmi konfranslarda aktual mövzularla çıxış etmiş və məruzələri nəşr edilmişdir.

Kafedra Haqqında

Maliyyə və bank işi” kafedrası Azərbaycan Kooperasiya Universitetinin aparıcı və buraxılış kafedrası olmaqla, təhsilin bakalavr pilləsində “Maliyyə”, magistratura pilləsində “Maliyyə bazarları” və “Bank işi” ixtisasları üzrə mütəxəssislər hazırlayır. Kafedra ilk dəfə 01.02.1993-cü il tarixli 15 saylı əmrlə “Maliyyə və mühasibat uçotu” kafedrası kimi yaradılmışdır. Ötən dövr ərzində qeyd edilən kafedradan müxtəlif istiqamətlər üzrə kafedralar formalaşmışdır. Nəhayət, universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə aparılan struktur islahatları ilə əlaqədar 07.09.2016-cı il tarixli 148 saylı əmrlə “Maliyyə” və “Pul tədavülü və bank işi” kafedralarının bazasında “Maliyyə və bank işi” kafedrası yaradılmışdır. Hazırda “Maliyyə və bank işi” kafedrasına i.f.d., dosent E.B.Məmmədova rəhbərlik edir. Kafedranın professor-müəllim heyəti 14 nəfərdən ibarətdir. Onlardan 11 nəfərin elmi dərəcəsi və elmi adı vardır. Kafedra üzvlərindən Bəyalı Xanalı oğlu Ataşov iqtisad elmləri doktoru, professor və Əməkdar Elm Xadimi, Nurpaşa Abbas oğlu Novruzov isə i.e.n., professordur. Kafedranın professor - müəllim heyəti mütəmadi olaraq ölkəmizdə və xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edir, müxtəlif tezis və elmi məqalələr dərc etdirirlər. Kafedra əməkdaşlarının iştirakı ilə ölkəmizdə gedən sosial-iqtisadi və siyasi inkişafla əlaqədar olaraq tədris standartlarında baş vermiş dəyişikliklərə uyğun olaraq yeni fənn proqramları, dərsliklər və dərs vəsaitləri işlənib hazırlanır. Kafedranın əməkdaşları tərəfindən dövrün tələblərinə uyğun olaraq yeni fənn sillabusları (işçi-tədris proqramı) hazırlanır, mühazirə mətnləri və digər materiallar daim yenilənir. Eyni zamanda buraxılış kurs tələbələri üçün istehsalat və diplomqabağı təcrübənin, Dövlət Attestasiyasının müvəffəqiyyətlə yekunlaşması üçün müvafiq tədbirlər görülür. Son 10 il ərzində professor-müəllim heyəti tərəfindən ümumilikdə 6 dərslik və 1 dərs vəsaiti, 3 metodik vəsait, 26 proqram, 200-dən çox elmi məqalə, 4 monoqrafiya, 167 tezis nəşr olunmuşdur. Məqalə və tezislərin 30-u xarici ölkələrdə nəşr olunmuşdur. Kafedramızın əməkdaşlarının rəhbərliyi altında tələbələrin hazırladığı elmi məruzələr universitetimizdə və digər universitetlərdə məruzə edilir, müvafiq olaraq diplom və mükafatlara layiq görülürlər. Tədris standartlarında baş vermiş dəyişikliklərə kafedrada tədris olunan fənlər üzrə proqramlar yenidən işlənərək nəşr edilir. Həmçinin kafedranın nəzdində ixtisaslaşdırılmış laboratoriyalar fəaliyyət göstərir ki, praktik dərslər əsasən bu laboratoriyalarda keçirilir. Laboratoriyalar texniki vasitələrlə təchiz edilmişdir ki, bu da dərslərin müasir üsullarla keçirilməsi üçün geniş imkan yaradır. “Maliyyə və bank işi” kafedrasında tədris olunan bütün fənlər üzrə tədris proqramı, dərslik, dərs vəsaiti, metodik vəsaitlər Universitetin geniş kitabxana bazasında toplanmış və tələbələrin istifadəsinə verilmişdir. Bununla yanaşı kafedrada tədris olunan bütün fənlər üzrə daim yenilənən mühazirə materialları, tədris proqramları və sillabuslar (işçi-tədris proqramı) universitetin daxili şəbəkəsində yerləşdirilmişdir ki, tələbələr sərbəst surətdə həmin materiallardan istifadə edirlər. Kafedrada mövcud ixtisaslar üzrə həyata keçirilən mütəxəssis hazırlığı ölkənin bir sıra maliyyə strukturları ilə sıx əməkdaşlıq şəraitində aparılır.

Professor-müəllim heyəti:

✶ İ.f.d., dos. Məmmədova Elnurə Bünyat qızı (kafedra müdiri)

✶ İ.e.d., prof. Ataşov Bəyalı Xanalı oğlu

✶ İ.e.n., prof. Novruzov Nurpaşa Abbas oğlu

✶ İ.e.n., dos. Hüseynov Xanoğlan Əndəlif oğlu

✶ İ.e.n., dos. Ağabəyov Şükrəddin Ağabəy oğlu

✶ İ.e.n., dos. Balayeva Elmira Əli qızı

✶ İ.e.n., dos. İbrahimov Elşən Əli oğlu

✶ İ.e.n., dos. Sadıqov Bulud Cahangir oğlu

✶ İ.f.d., dos. Zeynalova Aytən Səfəralı qızı

✶ İ.f.d., dos. Xalıqova Nərgiz Şamil qızı

✶ İ.f.d., b/m. Şabanova Könül Zakir qızı

✶ B/m. Qəhrəmanova İzabella İsmayıl qızı

✶ B/m. Muradov Vaqif Ağarəhim oğlu

✶ Müəl. Əsgərova Sona Əhməd qızı

Tədris olunan fənlər (Bakalavr)

✶ Maliyyə.

✶ Maliyyə bazarları.

✶ Sığorta işi.

✶ Xarici ölkələrin maliyyəsi.

✶ Büdcə sistemi.

✶ Müəssisə maliyyəsi.

✶ Pul və banklar.

✶ Bank işi.

✶ Beynəlxalq valyuta-kredit münasibətləri.

Tədris olunan fənlər (Magistratura)

✶ Maliyyənin müasir problemləri.

✶ Maliyyə bazarlarının dövlət tənzimlənməsi.

✶ Kapital bazarı.

✶ Azərbaycanın maliyyə bazarları.

✶ Maliyyə risklərinin idarə edilməsi.

✶ Sığorta işinin təşkili problemləri.

✶ Maliyyə bazarının nəzəri problemləri.

✶ Maliyyə bazarlarının resursları.

✶ Valyuta bazarı.

✶ Qiymətli kağızlar bazarı.

✶ Kredit bazarı.

✶ Mərkəzi və kommersiya banklarının pul-kredit siyasəti.

✶ Xarici ölkələrin pul-kredit sistemləri.

✶ Bank risklərinin idarə edilməsi.

✶ Banklarda qiymətin əmələ gəlməsi problemləri.

✶ Kredit resurslarının qiymətləndirilməsi.

✶ Bankların depozit əməliyyatları.

✶ Bank menecmenti və marketinqi.

✶ İpotekanın kreditləşdirilməsi.