• +994125616430
  • aku1964@mail.ru
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
"Menecment və Ticarət" Kafedrası

"Menecment və Ticarət" Kafedrası

                                                       

 

Yasəmən Əli qızı Əliyeva – Azərbaycan Kooperasiya Universitetinin "Menecement və ticarət" kafedrasının müdiri iqtisad üzrə elmlər namizədi, dosent

Həyatı

Əliyeva Yasəmən Əli qızı 12 iyun 1953-cü ildə Ermənistan - Kirovaqan rayonunda anadan olub. 1960-cı ildə orta məktəbin 1-ci sinifinə getmiş, 1970-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun alman dili fakültəsinə daxil olmuşdur. 1974-1979 - cu illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1985-1990 - cı illərdə isə Poltava Kooperativ İnstitutunun Bakı filialında təhsil alıb.

Elmi Fəaliyyəti

1972-1974 - cü illərdə Bakı şəhər Üzümçülük və Şərabçılıq Komitəsində çalışıb. 1980-1990 - cı illərdə Azərittifaqda iqtisadçı vəzifəsində çalışıb Tədqiqat sahəsi ”08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və idarə edilməsi ixtisası üzrə iqtisad elmləri namizədi” Dissertasiya işi “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması” mövzusudur. 1972-74-cü illərdə Üzümçülük və şərabçılıq Komitəsində işləyib. 3 il təyinatı üzrə Şamaxı rayonunun Meysəri kəndində müəlim, direktor müavini işləmişdir. Təyinat müddəti qurtardıqdan sonra Bakıya qayıtmış və "Azərittifaq"da işə başlamışdır. 1985-ci ildə qiyabi olaraq Moskva Kooperativ İnstitutunun Bakı filialına (İndiki Azərbaycan Kooperasiya Universiteti) ticarətin iqtisadiyyatı fakültəsinə daxil olmuşdur. Eyni zamanda 1990-cı ilə kimi paralel olaraq Azərittifaqda iqtisadçı kimi fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə ildə hələ institutu bitirməmiş onu İnstitutda saxlamışlar. Həmin ildən metodist - müəllim (alman dili üzrə) kimi işləmişdir. Sonra tam ştat müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 2008-ci ildən hazırki dövrə qədər “Menecment və ticarət” kafedrasının müdiri vəzifəsində çalışır. O, 40 dan çox elmi məqalənin, 1 monoqrafiyanın , 3 dərs vəsaitinin, 17 fənn proqramının müəlifidir.

Kafedra Haqqında

"Menecment və ticarət" kafedrası Azərbaycan Kooperasiya Universitetinin aparıcı və buraxılış kafedrası olmaqla, Təhsilinin bakalavr pilləsində “Menecment” , magistratura pilləsində “Menecment” ixtisasları üzrə mütəxəssilər hazırlayır. Kafedra ilk dəfə “ Ticarət və kooperasiyanın iqtisadiyyatı” kafedrası kimi yaradılmışdır. Ötən dövr ərzində qeyd edilən kafedradan müxtəlif istiqamətlər üzrə kafedralar formalaşmışdır. Nəhayət, universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə aparılan struktur islahatları ilə əlaqədar 01.03.2008-ci ildə “Menecment və ticarət” kafedrası kimi fəaliyyətə başlamışdır. Hal hazırda kafedranın professor müəllim heyəti 11 nəfərdən ibarətdir. Onlardan 1 nəfər professor, 1 nəfər elmlər doktoru, 2 nəfər dosent, 1 nəfər elmlər namizədi, 5 nəfər baş müəllim, 1 nəfər müəllim vəzifəsində çalışır. Kafedra əməkdaşlarının iştirakı ilə ölkəmizdə gedən sosial – iqtisadi və siyasi inkişafla əlaqədar olaraq tədris standartlarında baş vermiş dəyişikliklərə uyğun olaraq yeni fənn proqramları, dərsliklər və dərs vəsaitləri işlənib hazırlanır. Kafedranın əməkdaşları dövrün tələblərinə uyğun olaraq yeni fənn sillabusları ( işçi – tədris proqramı) hazırlanır, mühazirə mətnləri və digər materiallar daim yenilənir. Eyni zamanda buraxılış kurs tələbələri üçün istehsallat və diplomqabağı təcrübənin, Dövlət Attestasiyasının müffəqiyyətlə yekunlaşması üçün müvafiq tədbirlər görülür. Son 10 il ərzində professor-müəllim heyəti tərəfindən ümumilikdə 5 dərslik və dərs vəsaiti, 2 metodik vəsait, 19 proqram, 130-dən çox elmi məqalə, 3 monoqrafiya, 50 tesiz nəşr olunmuşdur. Məqalə və tesizlərin 5-i xarici ölkələrdə nəşr olunmuşdur. Kafedramızın əməkdaşlarının rəhbərliyi altında tələbələrin hazırladığı elmi məruzələr universitetimizdə və digər universitetlərdə məruzə edilir, müvafiq olaraq diplom və mükafatlara layiq görülürlər. Tədris standartlarda baş vermiş dəyişikliklərə kafedradada tədris olunan fənnlər üzrə proqramlar yenidən işlənərək nəşr edilir. "Menecment və ticarət" kafedrasında tədris olunan bütün fənlər üzrə tədris proqramı, dərslik, dərs vəsaiti, metodik vəsaitlər və mühazirə mətnləri Universitetin geniş kitabxana bazasında toplanmış və tələbələrin istifadəsinə verilmişdir. Bütün fənlər üzrə daim yenilənən mühazirə materialları, tədris proqramları və sillabuslar ( işçi –tədris proqramı) universitetin daxili şəbəkəsində yerləşdirilmişdir ki, tələbələr sərbəst surətdə həmin materiallardan istifadə edirlər.

Professor-müəllim heyəti:

✶ İ.e.n., dos. Əliyeva Yasəmən Əli qızı (kafedra müdiri)

✶ İ.e.n., prof.Kərimov Nadir Mətin oğlu

✶ İ.e.d., Abbasov Anar Fazil oğlu

✶ İ.e.n., dos. Abdullayeva Rəsmiyyə Sabir qızı

✶ b/m Hüseynova Xavər Abdulməcid qızı

✶ b/m Rzayev Mehman Ağababa oğlu

✶ b/m Hüseynov Elvin Vaqif oğlu

✶ b/m Mirzəyev Emil Mehrəli oğlu

✶ b/m Həsənova Nəzakət Rafiq qızı

✶ b/m Vəzirov İntiqam Cəlil oğlu

✶ Müəl. Mehbalıyeva Xalid qızı

Tədris olunan fənlər (Bakalavr)

✶ Menecment.

✶ Heyətin idarə edilməsi.

✶ Ticarət və kooperasiyanın iqtisadiyyatı.

✶ Beynəlxalq menecment.

✶ Strateji menecment.

✶ İdarəetmə nəzəriyyəsi.

✶ İnnovasiya menecmenti.

✶ Korporativ idarəetmə.

✶ Antiböhran idarəetmə.

✶ İnsan resurslarının idarə edilməsi.

✶ İdarəetmə qərarları.

✶ Keyfiyyət menecmenti.

✶ İstehsalın iqtisadiyyatı və menecmenti.

✶ Tədavül sferası müəssisələrinin iqtisadiyyatı.

✶ İşgüzar əlaqələr və yazışmalar.

✶ İşgüzar yazışmalar.

Tədris olunan fənlər (Magistratura)

✶ Malların gömrük ekspertizası.

✶ Menecmentin müasir problemləri.

✶ Menecmentin tarixi və metodologiyası.

✶ Sahibkarlıq menecmenti.

✶ Xidmət sferasında menecmentin inkişaf problemləri.

✶ Strateji menecment.

✶ Antiböhran idarəetmənin problemləri.

✶ Korporativ idarəetmə.

✶ Makroiqtisadi menecment.