Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
"Riyaziyyat" Kafedrası

"Riyaziyyat" Kafedrası

                                                   

 

Rəşid Cabbar oğlu Qasımov - Azərbaycan Kooperasiya Universitetinin "Riyaziyyat" kafedrasının müdiri, fizika - riyaziyyat elmləri namizədi, dosent.

Həyatı

Qasımov Rəşid Cabbar oğlu 1950-ci ildə Tovuz şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1971-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüş, 1975-ci ildə sonuncu universiteti bitirmişdir.

Elmi Fəaliyyəti

1975- ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında əmək fəaliyyətinə başlamış, 1978-1981-ci illərdə Moskva Fizika – Texnika İnstitunda aspiranturaya daxil olmuş, orada namizədlik dissertasiyası hazırlamış və müdafiə etmişdir. 1982-ci ildə fizika- riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1989-cu ildə baş elmi işci elmi adını daşıyır. 1982 – 1989-cu illərdə AMEA-da baş elmi işçi vəzifəsində çalışmışdır. 1989 – 1991-ci illərdə Sumqayıt Ali Texniki Müəssisəsində (indiki Sumqayıt Dövlət Universitetində) baş müəllim vəzifəsində işləmiş, 1991-ci ildən isə indiki Azərbaycan Kooperasiya Universitetinə baş müəllim vəsifəsinə keçmişdir. Elə həmin vaxtdan bu ali məktəbdə çalışır. 1995 – ci ildən dosent vəzifəsində işləyir. R.C.Qasımov 2008 – ci ildən “Riyaziyyat” kafedrasının müdiri vəzifəsinə seçilmiş və 2013 – cü ildə isə həmin vəzifəyə yenidən seçilmişdir. R.C.Qasımov 70 dən çox elmi məqalənin, 5 dərs vəsaitinin, bir neçə proqramın müəllifidir. Onun məqalələri keçmiş SSRİ məkanında, xarici dövri elmi mətbuatda çap edilmişdir. R.C.Qasımov Azərbaycan Respublikası Tələbə qəbulu üzrə Dövlət Komissiyasında 20 –ilə qədər əməkdaşlıq edir. Bu qurumda apardığı işlərə görə 2012 –ci ildə TQDK –nın 20 –illik Yubileyi münasibəti ilə həmin qurumun “Fəxri fərmanı” ilə təltif edilmişdir. Ailəlidir, iki qızı və üç nəvəsi var.

Kafedra Haqqında

Kafedra 2003 – cü ildən “Ümumtexniki fənlər” kafedrasının tərkibindən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başlamışdır. Hazırda kafedrada iki professor, üç dosent və dörd baş müəllim işləyir. Onlardan biri elmlər doktoru, beşi elmlər namizədidir. Kafedranın müəllimləri Təhsil Nazirliyinin təklif etdiyi Standart əsasında bütün ixtisasları əhatə edən proqramlar tərtib edib, Elmi–Metodik şuranın qərarı ilə çap etdilmişdir. Həmin proqramlar əsasında kafedra müəllimləri tərəfindən altı dərs vəsaiti yazılıb çap etdirilmişdir. Onlardan üçü Təhsil Nazirliyinin qrifi ilə nəşr edilmişdir. Kafedranın əməkdaşları riyaziyyat, mexanika və nəzəri fizikanın müxtəlif sahələrində elmi –tədqiqat işləri yerinə yetirmiş, öz sahələrində tanınmış mütəxəssislərdirlər. Bu sahələr aşağıdakılardır:

1. Xüsusi törəməli xətti inteqro – diferensial tənliklər sisreminin həlli.

2. İkinci tərtib elliptik tip bircins tənliklərin azalan elementar həllərinin minimallığı.

3. İkinci tərtib elliptiko – parabolik tənliklər üçün model operatorun qiymətləndirilməsi.

4. Elastik membranda zərbə zamanı yaranan gərginliyin tədqiqatı.

5. Relyativistik ikiölçülü harmanik ossilyatorun dinamik simmetriya qrupu.

6. Nanozərrəciklərin EPR metodu ilə öyrənilməsi.

Kafedra əməkdaşlarının aldığı elmi nəticələr həm tədris prosesində, həm də bir çox praktiki məsələlərin həllində, o cümlədən ekoloji problemlərin həllində istifadə oluna bilər.

Professor-müəllim heyəti:

✶ F.r.e.n., dos. Qasımov Rəşid Cabbar oğlu (kafedra müdiri)

✶ F.r.f.d., dos. Quliyeva Fatimə Ağayar qızı

✶ F.r.e.n., prof. Hümbətəliyev Rövşən Zülfüqar oğlu

✶ F.r.e.n., prof. Şərifov Yaqub Əmican oğlu

✶ F.r.e.n., dos. Qarayev Polad Murtuzəli oğlu

✶ F.r.e.n., dos. Şərifli Mütəllim Ramiz oğlu

✶ F.r.e.n., dos. Balayev Mehdi Qədim oğlu

✶ F.r.e.n., dos. Hüseynov Sarvan Təhməz oğlu

✶ F.r.e.n., dos. Əliyev Nəcəf Yaqub oğlu

✶ F.r.e.n., dos. Tağıyev Hidayət Nemət oğlu

✶ b/m Həsənov Əvəz Məhəmməd oğlu

✶ b/m Əfəndiyev Məqsəd Yusif oğlu

✶ b/m Cabbarov Şamil Hümbət oğlu

Tədris olunan fənlər (Bakalavr)

✶ Xətti cəbr və riyazi analiz.

✶ Ehtimal nəzəriyyəsi və riyazi statistika.

✶ Riyaziyyat – 1.

✶ Riyaziyyat - 2.

✶ Ali riyaziyyat.

✶ Cəbr və ədədlər nəzəriyyəsi.

✶ Riyazi analiz.

✶ Analitik həndəsə.

✶ Proqramlaşdırma.

✶ Deferensial həndəsə və topologiya.

✶ Deferensial tənliklər.

✶ Diskret riyaziyyat.

✶ Funksiyalar nəzəriyyəsi və funksional analiz.

✶ Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi.

✶ Riyazi fizika tənlikləri.

✶ Variasiya hesabı və optimallaşdırma üsulları.

✶ Hesablama üsulları.

✶ Topoloji çoxobrazlar nəzəriyyəsi.

✶ I tərtib xüsusi törəməli diferensial tənliklər.

✶ Xətti operatorların spektral nəzəriyyəsi.

✶ Sinqulyar inteqrallar və funksiyaların diferensial xassələri.

✶ Yaxınlaşmalar nəzəriyyəsinin bəzi məsələləri.

✶ Təsvirlər nəzəriyyəsi.

✶ Analitik funksiyaların sərhəd məhsələləri və sinqulyar.

✶ İnteqral tənliklər.

Tədris olunan fənlər (Magistratura)

✶ Riyaziyyat – 1.

✶ Riyaziyyat – 2.

✶ Ehtimal nəzəriyyəsi və riyazi statistika.

✶ Cəbr və ədədlər nəzəriyyəsi.

✶ Riyazi analiz.

✶ Hesablama üsulları.

✶ Deferensial tənliklər.

✶ Həndəsənin əsasları.

✶ Təsvirlər nəzəriyyəsi.

✶ Tam funksiyalar və tətbiqləri.

✶ Topoloji çoxobrazlar nəzəriyyəsi.

✶ Analitik funksiyaların sərhəd məhsələləri.

✶ Funksiyalar nəzəriyyəsi və funksional analiz.

✶ I tərtib xüsusi törəməli diferensial tənliklər.

✶ Variasiya hesabı və optimallaşdırma üsulları.