• +994125616430
  • aku1964@mail.ru
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
"2 Fevral Azərbaycan Gənclər Günü"

"2 Fevral Azərbaycan Gənclər Günü"

Azərbaycan Kooperasiya Universitetində “2 fevral Azərbaycan Gəncləri Günü” qeyd olundu. Azərbaycan Kooperasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbridə Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, universitetin Mətbuat xidmətinin rəhbəri, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, fakültə dekanları və fəal tələbə gənclər iştirak etdi. Tədbiri giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru Fikrıt Quliyev gəncləri təbrik edərək bildirdi ki, Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu Öndər gənc nəsilə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdir. 1993-cü ilin iyununda Ümummilli liderimiz xalqın təkidi ilə hakimiyyətə qayıtdığı andan etibarən Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırmışdı. Məhz elə 1993-cü ildən etibarən dövlət gənclər siyasəti öz işinə başlamışdır. Dövlət gənclər siyasəti gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin etmək üçün yaradılmış və uğurla həyata keçirilmişdir. Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov çıxış edərək bildirdi ki, Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi inkişafı ilə sıx əlaqədar olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı həyata keçirilən siyasətin xronoloji ardıcıllığına nəzər salsaq, görərik ki, ötən illər ərzində istər Ümummilli lider Heydər Əliyev, istərsə də onun layiqli davamçısı olan Cənab Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə geniş miqyaslı tədbirlər həyata keçirmiş və bir sıra problemlər öz müsbət həllini tapmışdır. Hazırda Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Məhz Ulu öndərimizin müəyyənləşdirdiyi, Prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz yerini tutur. Sonra universitetin Mətbuat xidmətinin rəhbəri, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və digər fəal gənclər çıxış edərək bildirdilər ki, biz gənclər də dövlətimizin bu yüksək dəstəyini daim öz üzərimizdə hiss edirik və bizim əsas məqsədimiz bütün Azərbaycan gəncliyi olaraq bu siyasəti dəstəkləmək, Cənab Prezidentin ətrafında sıx birləşərək dövlətimizin çiçəklənməsi üçün bundan sonra da var gücümüzlə çalışmaqdır. Sonda bir qrup tələbəyə universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyevin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzovun imzası ilə fəxri fərmanlar təqdim olundu.