loading
Azərbaycan Kooperasiya Universitetində 2016/2017 – ci dərs ili ikinci yarımilinin qurtarması haqqında

Azərbaycan Kooperasiya Universitetində 2016/2017 – ci dərs ili ikinci yarımilinin qurtarması haqqında

Azərbaycan Kooperasiya Universitetində 2016/2017 – ci dərs ili ikinci yarımilinin  qurtarması haqqında

Azərbaycan Kooperasiya Universietetinin 2016/2017-ci dərs ili ikinci yarımilin başa çatması ilə əlaqədar

ƏMR EDİRƏM:

1. Bakalavriat və magistratura səviyyəsi üzrə tələbələrin 15 həftəlik nəzəri dərs  məşğələləri 2017–ci il  mayın 31-də başa çatsın.

2. Bakalavriat və magistratura səviyyəsi üzrə tələbələrin yaz semestrinin yay imtahan sessiyası   2017-ci il   iyunun    1-dən  iyulun 5-dək müəyyən edilsin və 06 iyuldan 15 sentyabradək yay tətili verilsin.

3. Magistratura səviyyəsinin tələbələri üçün 2-ci semestrin sonunda nəzərdə tutulan 4 həftəlik Elmi – tədqiqat təcrübəsi (06 iyul – 01 avqust) 4-cü semestrin əvvəlinə keçirilsin və təcrübənin müddəti hər il fevralın 16-dan martın 15-dək müəyyən edilsin.

4. Bakalavriat səviyyəsinin buraxılış  kursunda (əyani) 2-ci yarımilin nəzəri dərs məşğələləri 2017-ci il aprelin 26-da başa çatsın, yaz semestrinin imtahan sessiyası aprelin 27-dən mayın  17-dək, diplomqabağı istehsalat təcrübəsi (əyani, qiyabi) mayın  18 - dən iyunun 14-dək, hesabatların qəbulu, müdafiəsi və icmal mühazirələr iyunun 18-dək, Buraxılış yekun Dövlət Attestasiyası  iyunun 20-dən iyulun 6-dək  müəyyən edilsin.

5. Magistratura səviyyəsinin buraxılış kursunda Dissertasiya işlərinin hazırlanması mayın 17-dək başa çatsın, müdafiəsi mayın 18-dən iyunun 7-dək müəyyən edilsin.

 6. Dövlət Attestasiyası və semestr imtahanlarının yazılı formada 5 sualdan ibarət olmaqla imtahan biletləri əsasında aparılması təmin edilsin.

7. Zərurət yaranarsa imtahanların şənbə günü də daxil olmaqla hər gün iki növbədə keçirilməsinə icazə verilsin.

8. İmtahan sessiyası başlanana qədər  Universitet üzrə İmtahan  Qərargahı və Apellyasiya Komissiyası, həmçinin  hər bir fakültə üzrə dekanın sədrliyi ilə Münaqişə komissiyası yaradılsın.

9. Akademik borcların ləğvi ilə əlaqədar həmin fənləri təkrar dinləmək üçün müəyyən edilmiş ödənişin (təhsil haqqı) Elmi şuranın  qərarı ilə  Universitetin daxili imkanları hesabına ödənilməsi barədə Rektorun 2014-cü il 22 dekabr tarixli 242 nömrəli əmrinin müvafiq bəndləri nəzərə alınsın.

10. Üzürlü səbəbdən imtahanda iştirak etməyən və ya imtahana buraxılmayan  tələbələrə növbəti dərs ili başlanana qədər bir dəfə  həmin imtahanı vermək imkanı yaradılsın, təhsil dövründə imtahanlardan qeyri-müvəffəq qiymət alan və ya fənn kredit fərqləri olan tələbələr üçün 2017 - ci il iyulun 6-dan avqustun 31-dək, 6 həftəlik (sonuncu həftə imtahan sessiyası) yay semestri təşkil edilsin.

11. Tapşırılsın kafedra müdirlərinə  və  “Doktorantura və magistratura” şöbəsinə:

11.1. İmtahanlara hazırlaşmaq üçün Dövlət Attestasiyası və ayrı – ayrı fənlər üzrə imtahan suallarının əvvəlcədən tələbələrə paylanmasını, əsas nüsxənin və fənn proqramının kafedranın “Metodiki güşəsi”ndə yerləşdirilməsini təmin etsinlər;

11.2. Yenidən işlənməsinə ehtiyac olan imtahan biletlərinin yeniləşdirilib müvafiq qaydada kafedra iclasında müzakirə və təsdiq etsinlər;

11.3. Fənn kabineti və laboratoriyaların imtahan imhan sessiyasına  hazırlığını təmin etsinlər ;

11.4. Akademik borcu qalan,  imtahanlarda iştirak etməyən və ya müxtəlif səbəblərdən imtahanlara buraxılmayan tələbələrə  müəyyən edilmiş qaydada və vaxtda kredit toplamaq üçün əlavə dərslərin keçirilməsini təmin etsinlər;

11.5.  Bakalavriat  səviyyəsinin buraxılış kursu tələbələri üçün diplomqabağı və magistratura səviyyəsinin tələbələri üçün Elmi – tədqiqat  tədqiqat təcrübəsinin və rəhbərlərin bölgüsü barədə təqdimatı  2017-ci il mayın 10-dək  “İstehsalat təcrübəsi” şöbəsinə təqdim еtsinlər;

11.6. Yaz semestrinin imtahan sessiyasında movcud “Qaydalar”ın və  “Əsasnamələr”in  tələblərini işdə rəhbər tutsunlar;

11.7. Köçürmə və təkrar istifadə hallarına yol verməmək, həmçinin saxlama imkanlarının məhdudluğu ilə əlaqədar olaraq kurs işi, referat, sərbəst işlər, həmçinin istehsalat təcrübəsi hesabatlarının fənnin tədrisi başa çatdıqdan sonra məhv edilməsini, imtahan – yazı işlərinin isə müəyyən edilmiş qaydada – bir semestr saxlanmasını təmin etsinlər.

12. Tapşırılsın fakültə dekanlarına:

12.1.İmtahan cədvəllərini akademik qrupların təklifləri nəzərə alınmaqla sessiyaya ən azı 15 gün qalmış hazırlayıb tədris işləri üzrə prorektorun təsdiqinə versinlər və hər bir imtahana hazırlaşmaq üçün tələbələrə 2 gündən az olmayaraq vaxt ayrılmasını təmin  еtsinlər;

12.2. Dövlət Attestasiyasına buraxılacaq tələbələr barədə təqdimatı Dövlət İmtahanlarının başlanmasına ən azı bir həftə qalmış  tədris şöbəsinə təqdim етsinlər;

12.3. İmtahan biletlərinin mövcud “Qaydalar”a uyğun olaraq 5 sualdan ibarət olmaqla tərtib edilməsi və vaxtında hazırlanmasına nəzarəti təmin етsinlər;

12.4. Təsdiq edilmiş imtahan cədvəllərinin bir nüsxəsini tədris hissəsinə verilməsini təmin еtsinlər;

12.5.  Fənnlər üzrə imtahan vərəqlərini sessiyanın başlanmsına ən azı 2 həftə qalmış hazırlamaq və imtahan günü müəllimə verilməsini təmin етsinlər;

12.6. Üzürlü səbəbdən imtahana gəlməyən və ya buraxılmayan tələbəyə həmin fəndən imtahan vermek üçün mövcud qaydada növbəti dərs ilinin başlanmasına qədər bir dəfə şərait yaradılmasını təmin еtsinlər;

12.7. İmtahanların obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə imtahan sessiyası başlanana qədər dekanın sədrliyi ilə münaqişə komissiyasının  və imtahan nəzarətçilərinin siyahısını hazırlasınlar və tədris işləri üzrə prorektorun təsdiqinə təqdim etsinlər;

12.8. Dövlət Attestasiyasından sonra məzunların dekanlıqda olan şəxsi işlərinin tədris şöbəsində saxlanılan ilkin (qəbul) şəxsi işlərinə əlavə edilmək üçün şöbəyə verilməsini təmin etsinlər;

12.9. Cari tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər Universitetlə əlaqə saxlamayan tələbələrin xaric edilməsi barədə rektora təqdimat versinlər;

12.10. Yaz semestri imtahan sessiyasının  başlanmasınadək kollokviumların, kurs işləri, seminar, laboratoriya və praktiki məşğələlərin, həmçinin dərsə davamiyyətin nəticələrinin yekunlaşdırılıb  tələbələrə məlumat verilməsini təmin etsinlər.

13. Tapşırılsın tədris işləri üzrə prorektora (F.Quliyevə) ki, tədris şöbəsi (A.Mirzəməmmədov) ilə birlikdə təmin etsin:

13.1. yaz semestri imtahan sessiyasının mövcud  “Qaydalar”ın  tələblərinə uyğun keçirilməsinə  və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə nəzarəti;

13.2.imtahanların obyektiv və şəffaf keçirilməsini təmin etmək məqsədilə tədris – köməkçi heyətin imtahanlarda nəzarətçi kimi iştirakını, imtahanların vaxtında və müvafiq auditoriyada keçirilməsini;

13.3. İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrdən “cavab” vərəqlərinin yığılmasını, onların məsul şəxs tərəfindən kodlaşdırılmasını və fənni tədris edən müəllim tərəfindən “İmtahan qərargahı”nda yoxlanılaraq qiymətləndirilməsini;

13.4. imtahanların cədvəl üzrə mərhələlərlə, yazılı formada, səhər saat 900–dan 1800-dək keçirilməsini;

13.5. cari tədris ilində Universiteti bitirəcək məzunların siyahısını hazırlayıb tələb olunan sənədlərlə birlikdə müəyyən edilmiş vaxtda Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə təqdim edilməsini;

13.6.  Dövlət Attestasiyası başa çatdıqdan sonra 5 gün müddətində tələbələrin Universiteti bitirmələri haqqında  əmr layihəsinin  rektorun təsdiqinə verilməsini və  həmin əmrin  surətinin Təhsil Nazirliyinə təqdim edilməsini;

13.7. məzunlara veriləcək diplom blankları və diplom əlavələrinin alınması, doldurulması,  onların hər birinin   məzunların şəxsi işinə əlavə edilməklə arxivə verilməsini;

13.8. imtahan sessiyası dövründə Universitetə kənar şəxslərin daxil olmamasını, imtahanların mütəşəkkil  və şəffaf keçirilməsini;

13.9. Universitetdə  İmtahan  Qərargahı  və Apellyasiya komissiyasının təşkilini;

13.10. imtahanların obyektiv keçirilməsini müşayət etmək istəyən  KİV nümayəndələrinin, valideynlərin (şəxsiyyət vəsiqələri əsasında) imtahan zallarına buraxılmasını;

13.11. buraxılış kursu tələbələrinin şəxsi işlərinin mövcud tələblərə uyğun tərtibatının  2017-ci il aprelin sonunadək başa çatdırılmasını;

13.12. Universitetin “Qaynar xətt” xidmətinin (0125628517) fəaliyyəti və imtahan sessiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və ictimaiyyətə  müntəzəm olaraq məlumat verilməsini;

14. Tədris işləri üzrə prorektor (dos.F.Quliyev ) yaz imtahan sessiyasının ilkin nəticələrinin Elmi şuranın növbəti iclasının müzakirəsinə çıxarılmasını və müvafiq qaydada Təhsil Nazirliyinə hesabat hazırlanmasını təmin etsin.

15. Tapşırılsın kitabxana müdirinə  (T.Abdullayevaya) ki, imtahan sessiyası dövründə kitabxana və oxu zalının səhər saat 900-dan 1800-dək  işləməsini, yeni ixtisas ədəbiyyatlarının və dərsliklərin  kataloqunun, mühazirə mətnlərinin elektron variantının oxu zalında olmasını, tələbələrin imtahanlara  hazırlaşmaları üçün kitabxana və oxu zalında tam şərait yaradılmasını və son kurs tələbələrinə verilmiş kitabların qaytarılmasını təmin etsin.

16.  Tapşırılsın Elmi işlər üzrə  prorektora (prof.B.Ataşova) və  Baş mühasibə (Ə.İ.Həsənovaya) ki, rektorun icazə verdiyi və tədris hissəsi ilə razılaşdırılmış professor – müəllim heyətinin müəyyən edilmiş həddən  artıq yerinə yetirdikləri dərs yükünün haqqının mövcud qaydalara   uyğun olaraq saathesabı ödənişini təmin etsinlər.

17. Təsərrüfat şöbəsi (Ə.Quliyev) və “Mühafizə və dispetçer xidməti” (M.Hüseynov) imtahan sessiyası gedişində tədris auditoriyalarının, kabinet və laboratoriyaların, həmçinin tədris – köməkçi sahə və otaqların  elektrik təminatı, yanğın və mühafizə təhlükəsizliyini, tələbələrin Universitetin həyətində və binanın daxilində siqaret çəkməməsinə, gündüz və gecə gözətçilərinin işinə məsuliyyətin artırılmasına, kənar şəxslərin Universitet binasına icazəsiz girişinə nəzarəti təmin etsinlər.

18. İKT sektoru (R.Nağıyev) bu əmrin Universiettin elektron saytında yerləşdirilməsini,     auditoriyalarda imtahan prosesinin gedişini və dəhlizlərdə kamera və video görüntülərinin izlənməsini təmin etsin.

19. Rektorun müşaviri (Q.Allahverdiyev) imtahan prosesinin gedişi, tələbələrin hər hansı şikayəti, təhsil haqqı və digər məsələlər barədə onların və valideynlərinin müraciətini qeydə alsın və rektora mütəmadi olaraq məlumat versin.

20.Ümumi işlər üzrə prorektor (T.Şükürov) və Daxili nəzarət xidmətinin rəhbəri (Z.Nazıyev) bu əmrdən irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

21. Tapşırılsın Ümumi şöbəyə  (Z.Ş.Əliyevaya) ki, bu əmrin surətinin çoxaldılaraq universitetin aidiyyatı struktur bölmə rəhbərlərinə paylanmasını təmin etsin.

22. Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektora (F.Quliyevə) həvalə edilsin.

Əsas: Universitetdə 2016/2017-ci dərs ili ikinci yarımilin başa çatması zərurəti ilə əlaqədar rektorun göstərişi.

 

 

 

            Rektor vəzifəsini

            müvəqqəti icra edən:                                       prof. Bəyalı Ataşov                                

 

         

 

 

 

 

            Razılaşdırılıb:

             Tədris işləri üzrə prorektor                                     dos.F.Quliyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                          Əmri hazırladı:                              T.Ş.Şükürov

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz