loading
Azərbaycan Kooperasiya Universitetinin 2017/2018-ci tədris ilinə hazırlığı vəziyyətini yoxlamaq üçün aşağıdakı tərkibdə ümumuniversitet komissiyası təşkil edilsin:

                       2017/2018-ci tədris ilinə hazırlıq haqqında

Azərbaycan Kooperasiya Universitetinin  2017/2018-ci tədris ilinə hazırlığı məqsədilə

                                            Ə M R  E D İ R Ə M:

1. Azərbaycan Kooperasiya Universitetinin  2017/2018-ci tədris ilinə hazırlığı vəziyyətini yoxlamaq üçün aşağıdakı tərkibdə ümumuniversitet komissiyası təşkil edilsin:

                                      I. Komissiyanın sədri:

1.1. Quliyev F.V. – i.e.n.,dosent, Tədris işləri üzrə prorektor  

                                      II. Komissiyanın üzvləri:

1.2. Ataşov B.X. - и.е.d., prof, Elmi işlər üzrə prorektor  – müavin

1.3. Şükürov T.Ş - и.е.н., досент, Ümumi işlər  üzrə prorektor

1.4. Mirzəməmmədov A.Z. –i.e.n.,dosent, Tədris şöbəsinin müdiri

1.5. Nazıyev Z.C. – Daxili nəzarət xidmətinin rəhbəri

1.6. Tağıyev K.B. – b/m, Universitet həmkarlar təşkilatının sədri.

1.7. Quliyev Ə.Ə. – Təsərrüfat şöbəsinin  müdiri.

1.8. Müvafiq fakültə dekanları, kafedra müdirləri və struktur bölmə rəhbərləri.

2. Universitetdə tədris işinin təşkilinin aşağıdakı qaydaları müəyyən edilsin:

2.1.Tədris işinin təşkili mövcud normativ-hüquqi sənədlər əsasında həyata  keçirilsin;

2.2. Ştat cədvəli üzrə işləyən professor-müəllim heyətinin tədris yükünün 500 saatdan az olmamasını və ayrılan akademik yükün ən azı 60 faizinin aktiv – yəni mühazirə, seminar, laboratoriya və praktiki məşğələlərdən ibarət olmasına ciddi əməl edilsin;

2.3. Orta faktiki dərs yükü 550 saatdan yuxarı olan kafedralarda artıq qalan akademik yük aktiv saatın həddi (ən azı 60 faizi) gözlənilməklə Universitetin professor-müəllim heyəti, dərs demək hüququ olan tədris – köməkçi heyəti və digər əməkdaşları, həmçinin kənardan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər arasında əvəzçiliklə və ya saathesabı ödəniş əsasında bölüşdürülsün;

2.4.  2017/2018-ci dərs ilinin tədris işinin təşkilində  fakültələrin, fakültəyə daxil olan kafedraların və ixtisasların kodu və adı, həmçinin buraxılış kafedralarının  tərkibinə daxil olan ixtisaslar (əlavə №1) və kafedralara aid olan fənlərin kodlu siyahısının (əlavə №2)  təsdiqi barədə rektorun 2016-cı il 28 sentyabr tarixli 186 nömrəli əmri nəzərə alınsın.

2.5. Zəruri hallarda laboratoriya  və məşğələ dərslərində (Xarici dil, Azərbaycan dili, İnformatika və s) akademik qrupların yarımqruplara bölünməsinə icazə verilsin.

3.Tapşırılsın  müvafiq fakültə dekanlarına və şöbə müdirlərinə:

3.1. 2017/2018-ci dərs ili üçün təhsilin bakalavriat və magistratura səviyyələrində akademik yüklərin bölgüsünü AR Təhsil Nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş normativ sənədlərə və tədris planlarına uyğun olaraq həyata keçirsinlər.

3.2.    İxtisas üzrə illik işçi tədris planlarını müvafiq ixtisasın tədris qrafikinə uyğun olaraq hazırlayıb  2017-ci il may ayının 20-dək tədris işləri üzrə prorektorun (F.Quliyev) təsdiqinə təqdim etsinlər;

3.3. İxtisasın  illik işçi  tədris planı əsasında kafedralar üzrə hazırlanmış dərs yükünün bölgüsünü 2017-ci il may ayının 30-dək müvafiq kafedralara verilməsini təmin etsinlər;

3.4. Yeni tədris ilində tələbə qəbulu planının icrası ilə əlaqədar 1-ci kurslarda dərs aparan müəllimlərin akademik yükünün sentyabrın 15-dək dəqiqləşdirilməsini təmin etsinlər;

3.5. Kafedralar dərs yükünün verilməsində kafedralarda tədris olunan fənlərin ayrı – ayrı ixtisaslar üzrə təsdiq edilmiş tədris planlarına uyğun olmasını təmin etsinlər;

3.6.Yaz semestri və  əsasən akademik borcların ləğv edilməsi məqsədilə təşkil edilmiş yay semestrinin imtahan sessiyası qurtardıqdan sonra 10 gün müddətində sessiyanı müvəffəqiyyətlə başa vurmuş tələbələrin növbəti təhsil ilinə keçməsi barədə təqdimatı  rektorluğa təqdim etsinlər;

3.7. Yeni dərs ilinin tədris prosesi üçün fənlərin zəruri proqram-metodiki təminatı və digər tədris sənədlərinin əziyyətinin yoxlanılmasına rəhbərliyi təmin etsinlər;

3.8. Məzunların dekanlıqda olan şəxsi işlərini - tədris dövrü ərzində  müvəffəqiyyət göstəriciləri, fərdi plan, tam doldurulmuş qiymət kitabçası, tələbənin fərdi  kartoçkası və digər aidiyyətı sənədləri müəyyən edilmiş qaydada tərtib edib   tədris şöbəsinin tələbə - məzun bölməsinə və   arxivə təhvil versinlər;

3.9. Bakalavriat və magistratura  səviyyəsinin məzunlarına tələbə (magistr) bileti və qiymət (attestasiya) kitabçalarının təhvil alınmasını, kitabçada diplom verilməsi barədə qeyd aparıldıqdan sonra tələbənin şəxsi işinə əlavə edilərək tədris şöbəsinin  tələbə - məzun bölməsinə və ya arxivə təhvil verilməsini təmin etsinlər;

3.10. Yeni dərs ilində Universitetə qəbul olunmuş tələbələr üçün tələbə bileti, qiymət kitabçası və şəxsi nömrəsi eyni olmaqla №17001-dan başlanır. Burada “17” rəqəmi tələbələrin qəbul ilini, “001” rəqəmi isə tələbələrin sıra nömrəsini göstərir.

3.11. Eyni ixtisas üzrə  tədris qrupunda tələbələrin sayı 30 nəfərdən az olduqda (Xarici dil və laboratoriya dərsləri istisna olmaqla) qrupun bölünməsi aparılmır.

 3.12. Humanitar və peşə hazırlığı fənləri bölümlərinə daxil olan fənlər üzrə kreditlərin və ya auditoriya saatlarının miqdarı və tədris edilən fənnin məzmunu  eyni olduqda tələbələrin sayından asılı olaraq mühazirə dərslərində ən çoxu 2 akademik  qrupu birləşdirilməsini nəzərə alsınlar;

3.13. Birinci kurs tələbələrini “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” (ARTN-21.01.2014,əmr №40) və “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” (ARTN-11.09.2008,əmr №1060) ilə tanış etməklə sentyabrın 10-dək onlara fərdi tədris planlarını təqdim etsinlər;

3.14.Yeni dərs ilinin əvvəlində tələbələri mövcud “Qaydalar”a uyğun olaraq hazırlanmış zəruri yaddaş, informasiyaverici və digər məlumatlandırıcı vəsaitlərlə təmin etsinlər, Universitetin daxili intizam qaydaları, o cümlədən dərs vaxtı mobil telefonlardan istifadənin qadağan olunması, təhsil haqqı, dərsə davamiyyət və akademik borca görə əlavə dərs keçirilməsi (kredit toplamaq)  və ödəniş edilməsi barədə məlumatlandırsınlar;

3.15.   Hər dərs ili üçün ixtisasın tədris qrafiki  əsasında tələbənin illik fərdi tədris planının vaxtında hazırlanmasına nəzarəti təmin etsinlər;

3.16.   Növbəti tədris ili üçün tələbələrin fərdi tədris planı hazırlanarkən buraya ilk növbədə əvvəlki illərdən qalmiş akademik borcların yarandığı  fənlərin daxil edilməsini təmin etsinlər;

3.17. Kafedralarda akademik yüklərin vaxtında və düzgün hesablanmasına, müəllimlər arasında bölünməsinə, müəllimlərin fərdi iş planlarının təsdiqi zamanı tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş tədbirlərin nəzərdə tutulmasına və həyata keçirilməsinə nəzarəti təmin etsinlər;

3.18. Yuxarı kurs tələbələrinin fərdi tədris planlarını iyulun 5-dən 15-dək dekanlığa təqdim etmələrinə  nəzarəti təmin etsinlər;

3.19. Tədris hissəsinə 2017–ci il iyulun 10-dək aşağıdakı sənədləri təqdim etsinlər:

3.20.1. Cari dərs ili üçün fakültə dekanlıqları, “Doktorantura və Magistratura” və “Qiyabi” şöbələrin işi haqqında hesabat;

3.20.2. Yaz və yay (təşkil olunarsa) semestrinin  imtahan sessiyasının yekunları haqqında məlumat (müəyyən edilmiş forma üzrə);

3.20.3. Yeni dərs ili üçün fakültələrin,  “Doktorantura və Magistratura” və  “Qiyabi” şöbələrin iş planı;

3.20.4. Fakültə və digər struktur bölmələrin yeni dərs ilinə hazırlığı barədə aktı;

3.20.5. Dövlət Attestasiyasından müvəffəqiyyətlə keçmiş məzunların universiteti bitirmələri barədə təqdimat və əmr layihəsini;

4. Kafedra müdirləri 30 iyun 2017-ci il tarixədək aşağıdakı sənədləri hazırlasınlar və müzakirə etsinlər:

4.1. Yeni dərs ili üçün kafedranın iş planı;

4.3.  Yeni dərs ili üçün müəllimlərin illik işçi tədris  planı;

4.4. Tədrisin keyfiyyətinə nəzarət planı (açıq və qarşılıqlı dərslərin planı);

4.5. Hesabat ilində müəllimlərin tədris – elmi işlər üzrə fərdi planlarının yerinə yetirilməsi;

4.6. Müəllimlər arasında pedaqoji işin semestrlər üzrə bölgüsü (dərs yükü);

5.  Kafedra müdirləri məzuniyyətə gedənək tədris işləri üzrə prorektora aşağıdakı sənədləri təqdim etsinlər:

5.1.   Cari dərs ili  üçün kafedranın işi haqqında hesabat;

5.2. Hesabat ili üçün dərs yükünün yerinə yetirilməsi haqqında məlumat (müəyyən edilmiş forma üzrə);

5.3. Yeni dərs ili üçün pedaqoji yükün bölgüsü haqqında məlumat (fərdi planın bütün bölmələri üzrə müəyyən edilmiş formada);

5.4. Fakültə dekanlıqları tərəfindən ixtisasın illik işçi tədris planları əsasında hazırlanmış və kafedraya verilmiş dərs yükünün kafedranın müəllimləri arasında bölgüsünü;

5.5. Saathesabı ödəniş və əmək müqaviləsi ilə işləəcək müəllimlərin dərs yükü bölgüsünü və təqdimatı;

5.6. Kafedrada yaranmış vakansiya dərs yükünü fənlər üzrə tam məzmunda təqdim etmək;

5.7. Professor-müəllim heyətinə dərs yükünü - 500 saatdan  az olmamaqla və ehtiyac yaranarsa 550 saat daxilində bölmək, əlavə ştat vahidi və ixtisar haqqında rektorluğa təqdimat vermək;

5.8. Zəruri hallarda bəzi fənlərdən (İnformatika, Xarici dil, Azərbaycan dili, Rus dili və s.) laboratoriya dərslərinin müəyyən edilmiş qaydada yarımqruplara bölünməsi barədə məlumatı.

6. “Professor – müəllim heyətinin tədris işi üçün vaxt norması”na uyğun olaraq kafedra müdirləri illik dərsyükü  bölgüsündə aşağıdakı normativ qaydaları nəzərə alsınlar:

6.1. Mühazirə, seminar, laboratoriya və praktiki məşğələlərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən az olmamalıdır;

6.2. Mühazirələr bir qayda olaraq əsasən professor və dosentlər tərəfindən aparılır. (ARNK qərarı: 23.04.2010 №75);

6.3. Seminarlar, praktiki məşğələlər, laborator işlər və s. bir qayda olaraq əsasən baş müəllim, müəllim, assistent tərəfindən aparılır (ARNK qərarı: 23.04.2010 №75);

6.4. Professor-müəllim heyatinin ümumi illik iş həcminin 500 saatı  (1 stavka üçün ) dərs yüküdür; (ARTN- əmri: 04.02.2011,  №194).

6.5. Rektorun razılığı ilə müstəsna hallarda yüksək pedaqoji təcrübəyə malik professor-müəllim heyətinə 1,5 ştat vahidi dərs yükü aparmağa icazə verilir;

6.6. Professorların illik dərs yükünün 25-40 faizi (125-200saat) mühazirə, 25-40 faizi (125-200 saat) kurs, buraxılış və magistr dissertasiya işlərinə rəhbərlik və məsləhət saatları, qalan hissələrini isə seminar, praktiki məşğələ və laboratoriya dərsləri təşkil edir;

6.7. Dosentlərin və 5 ildən çox pedaqoji staja malik baş müəllimllərin illik dərs yükünün  60 faizdən az olmayan hissəsini seminar, praktiki məşğələ və laboratoriya dərsləri təşkil edir;

6.8. Müəllim və assisentlərin dərs yükü əsasən seminar və praktiki məşğələlərdən, elmi dərəcəsi olan assisentlərin dərs yükü həm də, kurs və buaxılış işlərini rəhbərlikdən ibarət ola bilər;

6.9. Elmi dərəcəsi olan assistentlərə fakültə elmi şurasının razılığı ilə fakültə elmi ixtisas kurslarından mühazirə aparmağa icazə verilə bilər;

6.10. İmtahanqabağı məsləhət saatları bir akademik qrup üçün 2 saat, imtahan 3 tələbəyə -1saat; kurs işinə rəhbərlik və işin qiymətləndirilməsi - -1 iş üçün 2 saat; buraxılış işinə rəhbərlik,  məsləhər rəy yazılması – 1 iş üçün 16 saat (buraxılış işi olduqda); istehsalat, diplomqabağı, Elmi – tədqiqat və Elmi - pedaqoji təcrübəyə rəhbərlik,  hesabatın yoxlanması və qiymətləndirilməsi bir  iş günündə hər qrup üçün 2 saat;

6.11. İstehsalat, diplomqabağı , Elmi – tədqiqat və Elmi –pedaqoyi təcrübənin hesabatı və onların müdafiəsi müəyyən edilmiş qaydaya uyğun olaraq  təcrübə rəhbərləri (müəllim) tərəfindən AKU Elmi şurasının 2014-cü il 26 aprel tarixli (pr. №8) qərarı ilə təsdiq edilmiş meyarlara uyğun olaraq мüvafiq balla qiymətləndirir;

6.12.  Maqistratura səviyyəsində elmi adə və ya elmi dərəcəsi olan, həmin magistr təhsil üzrə proqramı üçün ən azı bir əsas və ya ixtisas kursunu aparan professor-müəllim heyyətinə dərs aparmağa icazə verilir;

6.13.Tədrıs ilində bir tələbəyə görə, magistr dissertasiyasının mövzusu üzrə məsləhət 10 saat, magisrt proqramına rəhbərlik tədris ilində hər ixtisasa görə 30 saat (bir nəfərə ikidən artıq magistr təhsil proqramına rəhbərlik etməyə icazə verilmir), magistr dissertasiyasına rəhbərlik tədris ilində hər tələbəyə görə 40 saat, (bir nəfərə 5-dən çox tələbə magistra rəhbərlik etməyə icazə verilmir verilmir),  referatların yoxlanılması  bir referat üçün 2 saat nəzərdə tutulur;

6.14.   Bakalavriat səviyyəsində VIII semestrdə 8 həftəlik (12 kredit ) istehsalat təcrübəsi üçün hər qrupa 2 saat olmala (2saat x 40 gün) 80 akademik saat və 6 həftəlik (9 kredit) diplomqabağı təcrübə üçün hər qrupa 2 saat olmaqla (2 saat x 30 gün) 60 akademik saat nəzərdə tutulur.

6.15. Magistratura səviyyəsində IV semestrdə 4 həftəlik Elmi – tədqiqat (2-ci semestrdən 4-cü semestrə keçirilir) və 4 həftəlik Elmi – pedaqoji təcrübənin hər biri üçün 40 akademik saat nəzərdə tutulur.

6.16. Akademik qrupda tələbələrin sayı 5 nəfərdən az olduqda bir iş günündə hər bir qrupa 1 akademik saat ayrılır.

6.17. Kafedrada olan artiq dərs yükünü ilk növbədə könüllülük əsasında saathesabı qaydada kafedranın müəllimləri arasında bölgüsünü təmin etmək;

6.18. Kafedrada 240 saatadək dərs yükünün saathesabı qaydada mütəxəssis müəllimlərə verilməsi və kənardan cəlb edilməsi.

6.19. Kafedrada dərs yükünün azalması səbəbindən müəllimin ixtisarı barədə kafedranın qərarını 2017-ci il iyunun 30-dək rektora təqdim etmək;

6.20. Zəruri hallarda tədris ili ərzində dərs yükünün dəyişdirilməsi yalnız tədris işləri üzrə prorektorun razılığı ilə həyata keçirilə  bilər.

7. Tapşırılsın tədris şöbəsinə (A.Z.Mirzəməmmədova):

7.1. Dekanlıqları, (Qiyabi şöbə), kafedra, Doktorantura və magistratura şöbəsini vaxtında zəruri normativ - metodiki sənəd blankları ilə təmin etsin;

7.2. Universitetə qəbul olunmu, köçürülmüş, ixtisasını və təhsil formasını dəyişmiş, bərpa və xaric olunmuş tələbələrin yeni dərs ilinin başlanğıcınadək  “Tələbə - məzun” Dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etsin;

7.3. Fakültə dekanları (Qiyabi şöbə, “Doktorantura və magistratura” şöbəsi) tərəfindən ixtisas və kurslar üzrə hazırlanmış illik işin tədris planlarını və qiyabi  təhsilin tədris prosesinin vahid qrafikini  2017-ci il 15 may tarixədək tədris işləri üzrə prorektorun təsdiqinə versin;

7.4. Yeni ixtisaslar açılması zərurəti yarandıqda müvafiq ixtisas kafedralarının  iştiraki ilə ixtisasın tədris planlarının hazırlanmasını təmin etsin;

7.5.Fakültə dekanları ilə birlikdə 2017/2018-ci dərs ili üçün  bakalavriat və  magistratura səviyyəsinin  ixtisaslar üzrə I kurs akademik qruplarına qəbul planından asılı olaraq  müəyyən edilmiş qayda üzrə  ardıcıl sıra  nömrələrinin verilməsini təmin etsin;

7.6.  2017/ 2018 – ci dərs ilinin payız semestrinin dərs cədvəlinin  2017- cı il avqustun 30-dək tərtib edilib tədris işləri üzrə prorektorun təsdiqi üçün təqdim edilməsini təmin etsin.

8. Tapşırılsın akademik məsləhətçi (tyutor) xidmətinə:

8.1. Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;

8.2. Tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhət vermək;

8.3. Mövcud “Qaydalar”ın “3.3-cü - Tələbənin fərdi tədris planının tərtibi” və “3.4-cü Yay semestrinin təşkili” bəndlərinin icrasında tam iştirak etmək.

9. Tapşırılsın təsərrüfat şöbəsinə (Ə.Quliyevə):

9.1.     Auditoriyaların avadanlıqlarla  təminatını başa çatdırmaq və  cari təmiri təşkil etmək;

9.2.     Universitetin auditoriya fondunu dərs məşğələlərinə hazırlamaq, tədris avadanlıqlarını təmin etdirmək, auditoriyaları stol  və stullarla komplektləşdirmək, elektrik xətlərini yanğından  mühafizə vəziyyətinə gətirmək;

 9.3. Tədris korpusu və yeməkxananın  yeni dərs ilinə  hazırlığı haqqını 2017-ci il sentyabrın 10 – dək rektorluğa  təqdim etmək;

9.4. Kafedraların və fənn kabinetlərinin təmiri, onların zəruri mebel və avadanlıqlarla təminatını təşkil etmək;

10.  Yeni dərs ili üçün universitetin hazırlığını  yoxlayan umumuniversitet komissiyasına tapşırılsın:

10.1. 2016-cı il  iyul – avqust ayları ərzində tədris auditoriyalarının, ayrı – ayrı fakültə, kafedra və  digər struktur bölmələrin yeni dərs ilinə hazırlığının nəzarət yoxlamasını keçirmək;

10.2. Universitetin yeni  dərs ilinə  hazırlığı aktını 2017-ci il avqustun 30-dək

rektorluğa təqdim etmək.

11.  Yeni dərs ilində Universitetdə dərs məşğələlərinin  təşkilinin  aşağıdakı  qaydası müəyyən edilsin:

11.1. Dərs məşğələləri 2 noyabr olmaqla 1-ci növbə - səhər  saat 830 dan 1300 –dək; II növbə –   1330dan1750dək; 

11.2. Dərs məşğələləri  bir akademik saat 40 dəqiqə olmaqla 2 akademik saatda birləşərək 80 dəqiqəyə keçirilsin;

11.3. Hər akademik qoşa saatdan  bir fasilə verilsin: Birinci dərslə 2-ci dərs arasında 10 dəqiqə, 2– ci dərslə 3-cü dərs arasında 20 dəqiqə, növbələrarası tənəffüs 30 dəqiqə.

11.4. Tələbələrin həftəlik dərs yükü və əməkdaşların iş norması 5 günlük iş həftəsi üzrə müəyyən edilsin.

12. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora  (F.Quliyevə) həvalə edilsin.

13. Tapşırılsın Ümumi şöbəyə (Z.Ş.Əliyevaya) ki, bu əmrin aidiyyatı struktur bölmələrə paylanmasını təmin etsin.

Əsas: Yeni dərs ilinə hazırlıqla əlaqədar  rektorun göstərişi.

            Rektor vəzifəsini

            müvəqqəti icra edən:                                prof. Bəyalı Ataşov                                 

           Razılaşdırılıb:

           Tədris işləri üzrə prorektor                         dos.F.Quliyev

                    Əmri hazırladı:                          T.Ş.Şükürov

serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz