Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
Doktorantura və Magistratura

Doktorantura və Magistratura

                                                     

Elsəvər Nəriman oğlu Kərimov - Azərbaycan Kooperasiya Universitetinin "Doktorantura" şöbəsinin müdiri, iqtisad elmləri namizədi, dosent.

Həyatı və Fəaliyyəti

13 mart 1958-ci ildə anadan olmuşdur. 1984-cü ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirmişdir. 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. 1985-1989-cu illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun aspirantı olmuşdur. İqtisad elmləri namizədi, dosentdir. 1981-1994-cü illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2008-2013-cü illərdə AMEA İqtisadiyyat İnstitutunda elmlər doktoru proqramı hazırlığı üzrə 5308.01 - Ümumi iqtisadiyyat ixtisası üzrə doktorant olmuş, “Müasir şəraitdə təsərrüfat subyektlərinin istehsal fəaliyyətinin inkişaf problemləri” mövzusunda dissertasiya işini tamamlamış və müdafiə ərəfəsindədir. 1994-2011-ci ilin sentyabrına kimi Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləmişdir. Hal-hazırda Azərbaycan Kooperasiya Universitetinin “Doktorantura və Magistratura” şöbəsinin müdiridir. 3 dərslik, 2 metodiki vəsaitin, 1 monoqrafiya, 85 elmi məqalə və tezislərin müəllifidir.

Şöbə Haqqında

Azərbaycan Respublikası Dövlət Elm və Texniki Komitəsinin 17 sentyabr 2001-ci il tarixli 2 saylı qərarı ilə Azərbaycan Kooperasiya Universitetində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması üçün Aspirantura yaradılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 iyul 2010-cu il 129 saylı qərarına əsasən universitetdə doktorantura fəaliyyət göstərir. Həmin qərara əsasən: - Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir; - Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. - Doktoranturada təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığı dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. - Doktoranturada təhsil ödənişsiz və ya ödənişli əsaslarla həyata keçirilir. - Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. - Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. Universitetdə aşağıdakı ixtisaslar üzrə yüksək ixtisaslı elmi-pedaqoji kadrlar hazırlanır.

Fəlsəfə doktoru proqramı hazırlığı üzrə:
5301.01 - Daxili fiskal siyasət və dövlət maliyyəsi
5302.01 - Ekonometriya; iqtisadi statistika
5303.01 - Mühasibat uçotu
5304.01 - İqtisadi fəaliyyət növləri
5308.01 - Ümumi iqtisadiyyat
5310.01 - Dünya iqtisadiyyatı
5311.01 - Müəssisələrin təşkili və idarə olunması
5312.01 - Sahə iqtisadiyyatı

Elmlər doktoru proqramı hazırlığı üzrə:
5308.01 - Ümumi iqtisadiyyat

Magistratura pilləsində isə aşağıdakı ixtisaslar üzrə kadr hazırlanır:
060402 - Mühasibat uçotu və audit
060403 - Maliyyə
060408 - Marketinq
060407 - Menecment
060510 - Ekologiya
060506 - Coğrafiya
060404 - İqtisadiyyat
060411 - Kommersiya
060409 - Biznesin təşkili və idarə edilməsi
060642 - Qida məhsulları mühəndisliyi
060644 - İstehlak mallarının ekspertizası və marketinqi
060643 - Çoxişlənən malların texnologiyası mühəndisliyi
060647 - Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
060405 - Sənayenin təşkili və idarə edilməsi