• +994125616430
  • aku1964@mail.ru
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
Mətbuat Xidməti

Mətbuat Xidməti

                                                     

 

Tamerlan Eldar oğlu Əkbərov - Azərbaycan Kooperasiya Universitetinin "Mətbuat Xidməti"nin rəhbəri

Həyatı və Fəaliyyəti

Tamerlan Eldar oğlu Əkbərov 1995-ci il oktyabrın 14-də İmişli şəhərində anadan olmuşdur. 2013-cü ildə İmişli şəhər N.Nərimanov adına 1 saylı humanitar fənlər liseyini bitirmiş, elə həmin il Azərbaycan Kooperasiya Universitetinin “Marketinq və menecment fakültəsi”nin menecment ixtisasına daxil olmuşdur. 2017 ci-ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2017- ci ildə Azərbaycan Kooperasiya Universitetinin magistratura pilləsinin "Menecment" ixtisasına daxil olmuşdur. 2006-cı ildən ictimai-siyasi fəaldır. 2011-2013 - cü ilərdə təhsil aldığı İmişli rayon 1 saylı Humanitar fənlər liseyində, rayonda ilk dəfə Gənclər Təşkilatını yaratmış və onun sədri vəzifəsini icra etmişdir. 2014-cü ildən bu günə qədər təhsil aldığı müəssisənin Tələbə Gənclər Təşkilatının sədridir. Bakı şəhəri və respublika əhəmiyyətli bir çox tədbirlərin təşkilatçısı, eyni zamanda iştirakçısı kimi dəfələrlə çıxış etmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin imzası ilə ölkədə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsindəki fəallığına görə üç dəfə təltif olunmuş, rəhbərlik etdiyi Tələbə Gənclər Təşkilatı isə 2015 və 2018-ci illərdə uğurlu fəaliyyətə görə Gənclər və İdman nazirliyinin xüsusi mükafatına layiq görülmüşdür. Ümumilikdə, ictimai-siyasi fəaliyyəti ərzində aidiyyəti dövlət orqanları və Qeyri Hökümət təşkilatları tərəfindən 24 fəxri fərman, 8 diplom və 4 təşəkkürnamə ilə təltif olunmuşdur. 2015-ci ildə Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında “İctimai Şura”nın üzvü seçilmişdir. 2013-cü ildən Yeni Azərbaycan Partiyasının və Partiyanın daxilində fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvüdür. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “İdarəetmə şurası”nın üzvüdür. Gənclər və İdman Nazirliyinin, təhsil aldığı ali məktəbin dəstəyi ilə Mərakeş Krallığı, Portuqaliya və bir neçə dəfə Türkiyə və Rusiya Federasiyasında səfərlərdə olmuşdur. 2015-ci ildə “Təhsil açarı” mükafatına layiq görülmüşdür. 4 elmi məqalənin müəllifidir.

Şöbə Haqqında

Mətbuat xidməti ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması işinin təşkilini və tənzimlənməsini həyata keçirir. Xidmət rektorluğun və digər strukturların planlaşdırdığı iclas, konfrans və universitetin fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarını cavablandırılması ilə məşğul olur. Mədəni tədbirlərin təşkili, universitetin tanıtımının və nüfuzunun artırılması istiqamətində aparılan silsilə işlər də bölmənin səlahiyyətinə daxildir. Xidmət universitetin tədbirləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə xəbərlərin elanlarını hazırlayır. Universitetin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə universitetdə görülən işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, müsahibələr, çıxışlar və s. hazırlayır. İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir. Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlamaq və təhrif hallarının aradan qaldırlması üçün tədbirlər görmək də xidmətin fəaliyyətinə daxildir. Eyni zamanda xidmət universitet tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil edir. Mətbuat xidməti jurnalların, reklamların, plakatların, informasiya vərəqələrinin, sorğu kitablarının nəşri və müxtəlif multimedia vasitələrinin hazırlanmasını, universitetin fəaliyyətinə dair kağız, video və foto materialların arxivinin yığılmasını təşkil edir. Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak edir.