• +994125616430
  • aku1964@mail.ru
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
Qiyabi Şöbə

Qiyabi Şöbə

                                                         

 

Xanoğlan Əndəlif oğlu Hüseynov - Azərbaycan Kooperasiya Universitetində "Qiyabi" şöbənin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent

Həyatı və Fəaliyyəti

Hüseynov Xanoğlan Əndəlif oğlu, 1948-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. 1967-ci ildə orta məktəbi bitirdikdən sonra həmin il D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna (indiki ADİU) daxil olaraq 1971-ci ildə həmin institutu “Maliyyə” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və Fakültə Elmi Şurasının qərarı ilə institutun “Maliyyə və kredit” kafedrasında assistent vəzifəsində saxlanmışdır. 1975-ci ildən Moskva Kooperativ İnstitutunun Bakı filialında, sonralar Azərbaycan Kooperasiya Universitetində laborant kabinə müdiri, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində işləmişdir. 2015-ci ildən “Qiyabi” şöbənin müdiri işləyir. Bir çox elmi məqalələrin, proqram və metodiki göstərişlərin, dərslik və dərs vəsaitlərinin müəllifidir.

Şöbə Haqqında

2017/2018 – ci dərs ilinin əvvəlinə “Qiyabi” şöbədə 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Qiyabi şöbədə tədris olunan fənlər Təhsil Proqramına (ixtisasa) uyğun olaraq hazırlanmış tədris planlarına əsaslanır. 2017-ci ildə Qiyabi şöbəni 5 ixtisas üzrə 140 tələbə bitirmişdir. Universitetdə mövcud olan 19 kafedranın müəllimləri “Qiyabi” şöbədə də dərs aparırlar. İxtisas kodu :

  1. 050401 - “Dünya iqtisadiyyatı” r/b
  2. 050401 - “Dünya iqtisadiyyatı”
  3. 050403 - “Maliyyə” r/b
  4. 050403 - “Maliyyə”
  5. 050404 - “İqtisadiyyat”
  6. 050404 - “İqtisadiyyat” r/b
  7. 050411 - “Kommersiya”
  8. 050402 - “Mühasibat uçotu və audit”
  9. 050409 - “Biznesin idarə edilməsi”
  10. 050643 - “Çoxişlənən malların texnologiyası mühəndisliyi”
  11. 050649 - “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”
  12. 050644 - “İstehlak mallarının ekspertizası və marketinqi”
  13. 050405 - “Sənayenin təşkili və idarə olunması”
  14. 050408 - “ Marketinq”
  15. 050407 - “Menecment”

Fakültədə təhsil alan tələbələrin sayı : 232

Fakültə üzrə illik dərs yükü : 4982 saat.

Ünvan : I mərtəbə.