• +994125616430
  • aku1964@mail.ru
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
Təcrübə Şöbəsi

Təcrübə Şöbəsi

                                                      

 

Məqsəd Yusif oğlu Əfəndiyev - Azərbaycan Kooperasiya Universitetinin "Təcrübə" şöbəsinin müdiri

Həyatı və Fəaliyyəti

Məqsəd Yusif oğlu Əfəndiyev 1955 – ci ildə anadan olmuşdur. 1981–ci ildə Bakı Dövlət Universitetinin "Riyaziyyat" fakültəsini bitirərək ali təhsil almışdır. 1992–ci ildən 2001–ci ilə qədər Azərbaycan Kooperasiya İnstitutunun tədris şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2001-ci ildən 2012–ci ilədək Azərbaycan Kooperasiya Universitetində "İdarəetmə" fakultəsində dekan müavini vəzifəsində işləmişdir. Həmin dövrdən hal–hazira qədər Azərbaycan Kooperasiya Universititenin Təcrübə şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda Universitetin "Riyyaziyyat" kafedrasının baş müəllimidir. İşlədiyi müddətdə Universitetin müəllim və tələbə heyətinin dərin rəğbətini qazanmışdır. Məqsəd Yusif oğlu Əfəndiyevin elmi pedoqoji fəaliyyətə böyük həvəsi vardır. Universitetdə keçirilən elmi–nəzəri konfranslarda Riyyaziyatın iqtisadiyyata tətbiqi məsələləri ilə bağlı aktual mövzularla daim çıxış edir. Onun məqalələri konfrans mareriallarında çap edilmiş, bu sahədəki elmi fikirlərini mütəxəssislər yüksək qiymətləndirmişdir. Universitetdaxili və Universitetdən kənar keçirilən ictimai tədbirlərin fəal iştirakçısıdır.

Şöbə Haqqında

Azərbaycan Kooperasiya Universitetinin “İstehsalat təcrübəsi” öz fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008–ci il 19 sentyabr tarixli 221 saylı qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 sentyabr 2008–ci il tarixli 1102 nömrəli əmrini, Azərbaycan Kooperasiya Universitetinin Nizamnaməsinə, rektorun müvafik əmr və sərəncamlarını və bu “Əsasnamə” ni rəhbər tutur. İstehsalat təcrübəsi şöbəsi müvafik səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən Universitetin müstəqil tədris və inzibati idarəetmə strukturudur. İstehsalat təcrübəsi şöbəsi təhsil alanların (əyani, qiyabi) tədris, istehsalat (pedaqoji), o cümlədən diplomqabağı təcrübəsinin təşkilinə məsuliyyət daşıyır, əsasən ixtisas kafedraları və təcrübə obyektləri ilə əlaqəli şəkildə fəaliyyət göstərir.