• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azerbaijan Cooperation University............................................... . .
  • .
  • .
  • .
Ümumi Şöbə

Ümumi Şöbə

Əliyeva Zöhrə Şahmar qızı Azərbaycan Kooperasiya Universitetində "Ümumi şöbə"nin müdiri

Şöbə Haqqında

Ümumi şöbə Universitetin müstəqil struktur bölməsi olub, bilavasitə rektora tabedir. Ümumi şöbə öz işində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunvericilik aktlarını Universitetin Nizamnaməsini, Təhsil Nazirliyinin və Universitetin rektorunun əmr və göstərişlərini, həmçinin karguzarlıq üzrə mövcud təlimatları və bu Əsasnaməni rəhbər tutur. Bu Əsasnamə Universitetin Ümumi şöbəsinin, həmçinin onun fəaliyyətinin təşkili prinsiplərinin hüquqi statusunun əsasını müəyyən edir. Universitetin Ümumi şöbəsinin vəzifələri, funksiyaları, səlahiyyətləri və fəaliyyət qaydaları əlavə olaraq Universitetin rektorunun əmrləri və şöbə işçilərinin vəzifə təlimatları, həmçinin Universitetin digər lokal normativ sənədləri ilə müəyyən edilir və konkretləşdirilir. Şöbə Universitetin kargüzarlıq işinin və onun struktur bölmələrinin, o cümlədən Elektron sənəd dövriyyəsi sisteminin (ESDS) işinin təşkili,metodiki rəhbərlik, əlaqələndirmə, nəzarət və təkmilləşdirilməsi məqsədilə yaradılır. Şöbənin işçilərinin sayı və daxili strukturu Universitetin rektoru tərəfindən müəyyən edilir və ştat cədvəlində təsdiq edilir.