Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
“İqtisadiyyat” fakültəsi

“İqtisadiyyat” fakültəsi

                                                              

Elşən Əli oğlu İbrahimov - Azərbaycan Kooperasiya Universitetinin "İqtisadiyyat" fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent.

Həyatı

İbrahimov Elşən Əli oğlu 1976-ci ildə Tovuz rayonunun Ağacqala kəndində anadan olub. 1993-cü ildə orta məktəbi bitirərək Azərbaycan Kooperasiya İnstitutuna daxil olmuş, 1997-ci ildə təhsilin bakalavr pilləsini, 1999 –cu ildə magistratura pilləsini “ Maliyyə və kredit ” ixtisası üzrə bitirərək elə həmin ali məktəbdə elmi-pedaqoji fəaliyyətə başlamışdır.

Elmi Fəaliyyəti

2007-ci AMEA- nın İqtisadiyyat İnstitutunda “ İstehsalın inkişafında dövlət büdcəsinin tənzimləyici və stimullaşdırıcı rolunun artırılması yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almış, 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb. E. Ə. İbrahimov 1999- cu ildən Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə” kafedrasında laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 2010-cu ildən “ Qiyabi “ şöbəsinin müdir müavini, vəzifəsində işləmiş 2013-cü ildən isə “ İqtisadiyyat “ fakultəsinin dekanı vəzifəsinə seçilmişdir. O, 4 dərslik və dərs vəsaitinin, 80 dən çox elmi məqalə, tezis və tədris proqramının müəllifidir. Ailəlidir, 3 övladı var .

Fakültə Haqqında Məlumat

Fakultəyə ümumi rəhbərlik dekanın rəhbərlik etdiyi fakultə Elmi Şurası tərəfindən həyata keçirilir.Fakultə Elmi Şurası fakultədə mütəxəssis hazırlığına, fakultənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların maddi-texniki təminatı məsələlərinə baxır, tədris planlarının və proqramların, tədris metodiki və elmi tədqiqat işləri haqqında hesabatların, kafedraların iş planlarının, tədris və istehsalat təcrübəsinin yekunlarını müzakirə edir, kafedralarda çalışan professor-müəllim heyətinə Elmi adların verilməsi üçün Universitetin Elmi Şurası qarşısında məsələ qaldırır, tələbələrin elmi-tədqiqat işlərinin vəziyyətini müzakirə edir, dekanın hesabatını dinləyir və s. vəzifələri həyata keçirir.

“İqtisadiyyat” fakultəsinin dekanlığında dekan, dekan müavini , metodist və operator çalışır.Dekan fakultə Elmi Şurasına rəhbərlik edir, tədris-tərbiyə işlərinə və elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir, tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir, onların elmi fəaliyyəti üçün şərait yaradır, imtahan prosesinin obyektiv, şəffaf və mövcud tələbələrə uyğun keçirilməsinə məsuliyyət daşıyır.Fakültədə çalışan professor – müəllim heyətinin ixtisasının artırılması, yenidən hazırlanması işinə, elmi konfransların və seminarların keçirilməsinə, fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir.

Fakültədə Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların nüfuzu fakültədə çox böyükdür. Fakültənin tələbələrinin uğurlarıda sevindiricidir. Belə ki, onlar Universitetdaxili və Respublika səviyyəli tədbirlərin fəal iştirakçılarıdır. Həmçinin əla və yaxşı oxuyan tələbələrin bir hissəsi müxtəlif illərdə təhsillərinin bir hissəsini Moskva, Moldava, Poltava Kooperasiya Universitetlərində davam etdirmişlər.

İxtisas kodu : 050404 - “İqtisadiyyat”

Fakültənin tərkibində olan Kafedralar :

1.”İqtisadi nəzəriyyə və iqtisadiyyat" kafedrası

2.”Gömrük işinin təşkili” kafedrası

3.”Mülkü müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrası

Fakültədə təhsil alan tələbələrin sayı : 232

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 25 (25 müəllim elmlər namizədi, dossent)

Fakültə üzrə illik dərs yükü : 6732 saat.

Ünvan : V mərtəbə, otaq 516.