loading
“Dünya iqtisadiyyatı və Kommersiya” fakültəsi

“Dünya iqtisadiyyatı və Kommersiya” fakültəsi

                                                              

 

Dünya iqtisadiyyatı və Kommersiya” fakültəsinin dekanı

 

Nəbiyev Məmməd Allahverdi oğlu Ermənistan Respublikası Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. 1968-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnistitunun "Coğrafiya"fakültəsinə daxil omuş, 1973-cü ildə oranı bitirmişdir. 2009-cu ildə "Aqrar sahənin dövlət tənzimlənməsinin regional problemləri"mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi dərəcəsini almışdır. 2005-ci ildən Azərbaycan Kooperasiya Universitetində işləyir.Əvvəl "Gömrük İşinin Təşkili"kafedrasında b/m vəzifəsində işləyib. Hal hazırda "İdarəetmə" fakültəsinin dekanıdır. O, 1 monoqrafiyanın, 13 məqalənin, 1 proqramın müəllifidir. Ailəlidir,üç övladı var.

 

       Ünvan: VI mərtəbə, otaq 612. tel (012)562-98-37

      «Dünya iqtisadiyyatı və kommersiya» fakültəsində 450 nəfərdən çox tələbə təhsil alır. Fakültədə «Dünya iqtisadiyyatı» və «Kommersiya» ixtisasları üzrə kadr hazırlanır.

      Fakültənin nəzdində 4 kafedra fəaliyyət göstərir:

  • 1. "Dünya iqtisadiyyatı"
  • 2. "İnformatika və iqtisadi informatika sistemləri"
  • 3. "Kommersiya"
  • 4. "Xarici dillər"

   Fakültədə 50-dən çox professor-müəllim və texniki işçi heyəti çalışır. Onlar fakültənin tədris-tərbiyə, metodiki, elmi və ictimai həyatında fəal iştirak edirlər. Fakültə ABŞ-ın Şimali Dakota Dövlət Universiteti ilə əməkdaşlıq edir.

  Fakültəyə ümumi rəhbərlik dekanın sədrlik etdiyi fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurası fakültədə mütəxəssis hazırlığını, fakültədə yerinə yetirilən Elmi tədqiqat işlərini və kafedraların maddi-texniki təminatı məsələlərini, tədris planlarını və proqramlarını, tədris- metodiki və elmi-tədqiqat işləri haqqında hesabatları, kafedraların iş planlarını, tədris və istehsalat təcrübələrinin yekunlarını, tələbələrin elmi tədqiqat işlərinin vəziyyətini müzakirə edir, kafedralarda çalışan professor müəllim heyətinə elmi adların verilməsi üçün universitet Elmi Şurası qarşısında məsələ qaldırır, dekanın hesabatını dinləyir və s. vəzifələri həyata keçirir.

       «Dünya iqtisadiyyatı və kommersiya» fakültəsinin dekanlığında dekan, dekan müavini, metodist, metodist-tyutor və 2 operator çalışır. Dekan fakültədə tədris -tərbiyə işlərinə və elmi -tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir, tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların elmi fəaliyyəti üçün şərait yaradır, imtahan prosesinin obyektiv , şəffaf və mövcud tələblərə uyğun keçirilməsinə məsuliyyət daşıyır. Fakültədə çalışan professor-müəllim heyətinin ixtisasının artırılması və konfransların keçirilməsinə, fakültədə olan bütün tədris-köməkçi heyətinin işinə nəzarət edir.

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz