Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
“Ekspertiza və Texnologiya” fakültəsi

“Ekspertiza və Texnologiya” fakültəsi

                                                              

Möhübbət Musa oğlu Hüseynov - Azərbaycan Kooperasiya Universitetinin "Ekspertiza və Texnologiya" fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent.

Həyatı

Hüseynov Möhübbət Musa oğlu 26 fevral 1972-ci ildə İmişli rayonunda anadan olub. 1979-1989-cu illərdə İmişli rayonu Ağaməmmədli kənd orta məktəbində orta təhsil alıb və 1990-1992-ci illərdə hərbi xidmətdə olub. 1993-1998-ci illərdə Azərbaycan Kooperasiya İinstitutunda (indiki Azərbaycan Kooperasiya Universitetində) «Aqrar-sənaye kompleksi sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə bakalavr təhsili alıb. 1998-2000-ci illərdə həmin institutun magistraturasını «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Elmi Fəaliyyəti

2001-2006-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun dissertantı olub. 2007-ci idə həmin institutun ixtisaslaşmış Müdafiə Şurasında 08.00.05 - «Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (kənd təsərrüfatı)» ixtisası üzrə «Sahibkarlığın inkişafı şəraitində əhalinin maddi rifah halının yaxşılaşdırılmasının iqtisadi mexanizminin təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1989-1998-ci illərdə kənd təsərrüfatında müxtəlif vəzifələrdə çalışmış, 2001-2009-cu illərdə Azərbaycan Kooperasiya Universitetində laborant, müəllim və baş müəllim vəzifələrində işləmişdir. 2010-2011-ci illərdə həmin univesitetin «Kommersiya və beynəlxalq ticarət» kafedrasının müdiri vəzifəsində, 2012-ci ildən isə «Ekspertiza və texnologiya» fakültəsinin dekanı vəzifəsində işləyir. Eyni zamanda «Kommersiya» kafedrasında dosent kimi fəaliyyət göstərir. 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun doktorantıdır və «Aqrar sahənin innovativ inkişafının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi» mövzusunda elmi araşdırma aparır. 43 elmi məqalə və tezisin, 5 fəndən tədris proqramının və 22 çap vərəqi həcmində «Azərbaycanda sahibkarlığın inkişafı və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətləri» adlı monoqrafiyanın müəllifidir. Ailəlidir, bir övladı var.

Fakültə Haqqında Məlumat

Fakültədə Tələbə Həmkarlar Təşkilatı, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir. Fakültəyə ümumi rəhbərlik dekanın sədrliyi ilə Fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurası təsdiq olunmuş iş planına uyğun olaraq fəaliyyət göstərir.

İxtisas kodu :

  1. 050642 - «Qida məhsulları mühəndisliyi»
  2. 050643 - «Çoxişlənən malların texnologiyası mühəndisliyi»
  3. 050644 - «İstehlak mallarının ekspertizası və marketinqi»
  4. 050647 - «Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi»

Fakültənin tərkibində olan Kafedralar :

  1. «Əmtəəşünaslıq və ekspertiza» kafedrası
  2. «Standartlaşdırma və texnologiya» kafedrası
  3. «İnformatika və ümumtexniki fənlər» kafedrası

Fakültədə təhsil alan tələbələrin sayı : 384

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 55 (41 müəllim elmlər namizədi, dossent; 5 müəllim professor)

Fakültə üzrə illik dərs yükü : 14700 saat.

Ünvan : IV mərtəbə, otaq 413.