• +994125616430
  • aku1964@mail.ru
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
“Mühasibat uçotu və Sənayenin təşkili” fakültəsi

“Mühasibat uçotu və Sənayenin təşkili” fakültəsi

                                                              

Nizami Cəlal oğlu Qafarov - Azərbaycan Kooperasiya Universitetinin "Mühasibat uçotu və audit" fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent.

Həyatı

Qafarov Nizami Cəlal oğlu 1958 -ci ildə Dərələyəz mahalının Köçbəy kəndində anadan olub. 1975 - ci ildə orta məktəbi bitirib. 1976- 1978 - ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1979-1981 -ci ildə Bakı - Plan Uçotu Texnikomunu, 1981- 1986 -ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutunu, 1991- 1997 - ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Uçot - İqtisad fakültəsini bitirib və hənin ildə AETKTİ və Tİ -nun dissertantı olub. 1998- 2000- ci ildə isə Dağıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Elmi Fəaliyyəti

2006 -ci ildə "Aqrar sahədə kiçik və orta biznesin iqtisadi səmərəliliyinin yüksəldilməsi istiqamətləri" mövzusunda yazdığı dissertasiya işini Azərbaycan Dövlət İqtisad Universitetinin ixtisaslaşmış müdafiə şurasında müdafiə edib və iqtisad elmləri namizədi elmi adına layiq görülüb. 1982 -1988 - ci illərdə mühasib, baş mühasib, 1988 -1994 - cü illərdə Şuşa kənd təsərrüfatı texnikumunda iqtisadi fənnlər kafedrasında müəllim, baş müəllim vəzifəsində çalışıb. 1997-2006 -ci illərdə Dağıstan Dövlət Universitetinin Bakı filialında "İqtisadi fənnlər kafedrasında baş müəllim, dossent, kafedra müdiri və direktor müavini vəzifələrində işləyib. 2008 -ci ildən Azərbaycan Kooperasiya Universitetinin "Marketinq və turizm xidməti" kafedrasının müdiri vəzifəsinə seçilib. 2009-cu ildə Azərbaycan Respubilkası Prezidenti yanında Ali Atestasiya Komisiyası qərarına əsasən dosent elmi adına layiq görülüb. 2012- ci ilin noyabr ayında AKU Rektorunun sərənsamı ilə " Pedoqoji" fakültənin dekanı vəzifəsinə təyin olunub. 2013 -cü il aprel ayında Pedoqoji fakültə üzrə dekan vəzifəsinə seçilmək üçün keçirilən müsabiqənin nəticələrinə görə həmin vəzifəyə seçilib. 2014 cü il 10 iyul tarixində Rektorun 70 k saylı əmri ilə " Pedoqoji" fakültənin dekanı vəzifəsindən azad edilib yeni yaradılmış "Mühasibat uçotu və Sənayenin təşkili" fakültəsinə dekan vəzifəsinə təyin edilib. 05 sentyabr 2014 cü ildən "Mühasibat uçotu və audit" kafedrasinda dosent vəzifəsində işləyir. 60-dan çox elmi məqalənin, 3 monoqrafiyanın 2 dərsliyin, səkkiz fənn proqramı və metodiki göstərişlərin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Fakültə Haqqında Məlumat

Təhsilin Avropa standartlarına inteqrasiyasında müstəsna əhəmiyyəti olan kredit sisteminin tətbiqi fakültədə müsbət dərəcədə dəyişiklik yaradıb. Kafedralar və fənn kabinetləri ən müasir komputer avadanlığı ilə təchiz olunaraq internet şəbəkəsinə qoşulub. Müasir tələblərə uyğun audio, video avadanlıqları ilə təchiz olunmuş maddi-texniki baza tələbələrimizin istifadəsindədir. Fakültədə Tələbə Həmkarlar Təşkilatı,Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Fakültədə çoxlu sayda elmə, təhsilə marağı olan vətənpərvər,ictimaiyyətçi tələbələrimiz təhsil alırlar. Onlar Universitet daxili və Respublika səviyyəli tədbirlərin ən fəal iştirakçılarıdır. Fakültədə təhsil alan tələbələr ixtisaslarına uyğun olaraq Respublikamızın müxtəlif fəaliyyət sahələrində və müxtəlif xarici firmalarda istehsalat təcrübəsi keçirlər. Təcrübənin təşkili, aparılması və proqramla təmin olunması AKU-nun təcrübə şöbəsi və ixtisas kafedraları tərəfindən həyata keçirilir. Fakültənin tələbələri müxtəlif bayram tədbirlərinin təşkilində, yeni il şənliklərinin keçirilməsində, universitetin mədəni-ictimai işlərində fəal iştirak etmiş və fəxri fərmanlarla təltif olunmuşlar. Fakültədə əlaçı tələbələrin şəkilləri şərəf lövhəsindən asılır. Fakültənin professo-müəllim heyyəti və tələbələri mütəmadi olaraq Respublika və Beynəlxalq səviyyəli o cümlədən, Rusiya, Poltava, Moldava Kooperasiya Universitetlərinin Elmi Konfranslarında iştirak edirlər.

İxtisas kodu :

  1. 050402 - "Mühasibat uçotu və audit"
  2. 050405 - "Sənayenin təşkili və idarə edilməsi"

Fakültənin tərkibində olan Kafedralar :

  1. "Mühasibat uçotu və audit"
  2. "Sənayenin təşkili və aqrar sahənin iqtisadiyyatı "
  3. "Statistika"

Fakültədə təhsil alan tələbələrin sayı : 250

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 60 (36 müəllim elmlər namizədi, dossent; 8 müəllim professor)

Fakültə üzrə illik dərs yükü : 7500 saat.

Əlaqə : VII mərtəbə, otaq 704.