loading
“Marketinq və Menecment” fakültəsi

“Marketinq və Menecment” fakültəsi

                          

 

“Marketinq və Menecment” fakültəsinin dekanı

 

Nağıyeva Vüsalə Yavər qızı Ağdam rayonunda anadan olub.1991-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Kooperasiya  İnstitutuna ( indiki Azərbaycan Kooperasiya Universiteti)  daxil olmuş, 1997-ci ildə təhsilin bakalavr, 2001-ci ildə magistratura pilləsinin fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən Azərbaycan Kooperasiya Universitetinin “Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi” kafedrasında laborant-müəllim kimi fəaliyyətə başlamışdır. 2011-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun İxtisaslaşdırılmış Dissertasiya Şurasında “ Alternativ ixrac potensialından istifadənin təşkilati-idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 01 sentyabr 2014-cü il tarixdən Azərbaycan Kooperasiya Universitetinin rektorunun sərəncamı ilə “ Marketinq və menecment” fakültəsinin dekanı vəzifəsinə təyin olunub. 22 elmi məqalənin, 4 fənn proqramının və 1 dərs vəsaitinin müəllifidir.

 

Fakültədə üç ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. “Menecment” ixtisasında 138 nəfər tələbə, ”Marketinq” ixtisasında 161 nəfər tələbə, ”Turizm və otelçilik” ixtisası üzrə 134 nəfər tələbə əyani formada təhsil alır. Fakültə elmi şurasının 12 nəfər üzvü var ki, bunlardan da 2 nəfəri elmlər doktoru, professorlardır. Fakültədə Tələbə Elmi Cəmiyyəti, tələbə gənclər təşkilatı və tələbə həmkarlar təşkilatı fəaliyyət göstərir. Fakültənin Elmi Şurası təsdiq olunmuş iş planına uyğun olaraq fəaliyyət göstərir. İş planında fakültənin əsasən tədris,tələbələrinin dərsə davamiyyəti, nizam-intizam, ali təhsilin bakalavr və magistratura pillələrində buraxılış işi və rəhbərlərinin təsdiqi, açıq dərslərin və akademik borcların ləğvinin vəziyyəti, tədris edilən fənlərin dərslik, dərs vəsaiti, metodik vəsaitlər, proqramlar, xüsusiləşdirilmiş tədris kabinetləri ilə təmin olunması və s.məsələlər öz əksini tapmışdır. Bundan əlavə fakültədə kredit sistemi ilə təhsil alan I və II kurs tələbələrilə aparılan işlərin səviyyəsi, qış və yay imtahan sessiyalarına hazırlığın və fakültənin tabeçiliyində olan kafedralarda professor-müəllim heyətinin imtahan sessiyasında əldə etmiş olduğu nəticələr və sairə məsələlərin müzakirəsinə yer verilir.

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz