loading
“Pedaqoji” fakültəsi

“Pedaqoji” fakültəsi

                                                               

 

Pedaqoji” fakültəsinin dekanı

 

Əliyev Zakir Murtuz oğlu 05  fevral  1957-ci  ildə  Cəlilabad  rayonu  Gülməmmədli  kəndində  anadan  olmuşdur.  1974 - ci  ildə   orta  məktəbi  bitirmiş ,  1974 -1975 - ci  ildə  istehsalatda  çalışmış, 1975  - 1979  - cu  ildə   Azərbaycan  Pedaqoji  İnistitutunun  " Tarix  və  İctimayyət "  fakültəsində   təhsil  alaraq  İnistitutu  fərqlənmə  diplomu  ilə  bitirmişdir. 1979 - 1985 - ci illərdə  Cəlilabad  rayonunda   orta  məktəbdə  müəllim,  tədris  işləri  üzrə  direktor  müavini  və  məktəd  direktoru  işləmişdir.1982 -  1986 - cı  illərdə  A.M.E.A - nın  Arxeologiya  və  Etnoqrafiya  İnistitutunun  aspirantı  olmuş  və  oranı  bitirmişdir.   1985 - ci  ildən  hazırki  dövrə  qədər  AKU - da    müəllim,  baş  müəllim,  dosent  vəzifələrində  çalışmışdır.  1989 - cu   ildə  " VII - IX - əsrlərdə  Azərbaycanda  pul  tədavülü "  mövzusunda  disertasiya  işini  müdafiə  edərək  " Tarix  elmlər  namizədi "  adını  almışdır. 1993 - cü  ildə  humanitar  fənlər  üzrə  dosent  elmi  adını  almışdır. 5 elmi  əsərin,  1  monoqrafiyanın,  82  - elmi  məqalənin  müəllifidir.    1999 - cu  ildə  A.M.E.A - nın   Arxeologiya  və  Etnoqrafiya  İnistitutunun  elmi  şurasında " Azərbaycanda  VI - X - əsrlərdə   Pul  tədavülü " mövzusunda   doktorluq  disertasiya  işinin  mövzusu  və  planı  təsdiq  olunmuşdur.  1993-cü ildən 2003-cü ilə qədər "Humanitar" fənlər kafedrasının müdiri, 2007-ci ildən 2012-ci ilə qədər "Tarix" kafedrasının müdiri, 2012-ci ilin fevral ayından, 2014-cü il sentyabr ayına qədər "Magistratura" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda "Pedaqoji" fakültənin dekanı vəzifəsində çalışır. Ailəlidir  3  övladı  4  nəvəsi  var.

 

"Pedaqoji" fakültə 2005-ci ildə fəaliyyətə başlamışdır. Fakültənin tərkibində "Tətbiqi riyaziyyat " və "Tərcümə"(İngilis dili) ixtisasları mövcud olmuşdur. 2009-cu ildən  fakültədə yeni "Tərcümə"(İngilis dili) və "Riyaziyyat" ixtisasları tədris edilir.

Hazırda Pedaqoji fakültədə tələbələr iki ixtisas üzrə təhsil alırlar.

I.İş  050203 - "Tərcümə"

II.İş  050501  - "Riyaziyyat"

Fakültədə təhsil əyani və qiyabi şöbədə, azərbaycan və rus bölmələrində, ödənişli əsaslarla aparılır. Əyani şöbədə 348 tələbə, qiyabi şöbədə isə 64 tələbə təhsil alır. Artıq beş ildir ki, fakültədə kredit sistemi tətbiq olunur.

"Pedaqoji" fakültənin tərkibinə "Pedaqogika və Psixologiya", "Fəlsəfə", "Tətbiqi riyaziyyat" və "Tərcümə" kafedraları daxildir. Ümumilikdə "Pedaqoji" fakültə və onun tərkibinə daxil olan kafedralarda 60 dan çox  müəllim tələbərin təlim tərbiyə işləri ilə məşğuldur.

Təhsilin  Avropa standartlarına inteqrasiyasında müstəsna əhəmiyyəti olan kredit sisteminin reallaşması fakültədə  müsbət dərəcədə dəyişiklik yaradılıb.

Kafedralar və fənn kabinetləri ən müasir komputer avadanlığı ilə təchiz olunaraq internet şəbəkəsinə qoşulub.Müasir tələblərə uyğun audio ,video avadanlıqları ilə təchiz olunmuş "Tərcümə" mərkəzi  tələbələrimizin istifadəsindədir.

Fakültədə Tələbə Həmkarlar Təşkilatı,Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir.  Bununla yanaşı  fakültədə kafedralar üzrə fənn

kabinentləri təşkil olunmuş və ixtisaslar üzrə kurslar yaradılmışdır.

Fakültədə çoxlu sayda elmə,təhsilə marağı olan vətənpərvər,ictimaiyyətçi

tələbələrimiz təhsil alırlar. Fakültəmizin tələbələrinin uğurları da sevindiricidir.

Onlar Universitet daxili və Respublika səviyyəli tədbirlərin ən fəal iştirakçılarıdır.

Kollektivdə fəaliyyət göstərən müəllimlərin hamısının  elmi dərəcəsi və elmi adı vardır."Tərcümə" ixtisaslı tələbələr Qafqaz və Slavyan Universitetlərində keçirilən Beynəlxalq Tələbə Elmi  konfranslarında mütəmadı  iştirak etmiş, müxtəlif dərəcəli yerlər tutmuşlar. "Riyaziyyat" ixtisası üzrə tələbələr isə Bakıda dünya alimlərinin iştirakı ilə keçirilən  Beynəlxalq konfransda iştirak etmiş, görkəmli alimlərlə görüşdə olmuşlar.

Fakültədə təhsil alan  tələbələr tədris planlarına uyğun olaraq AMEA-da, müxtəlif xarici firmalarda istehsalat təcrübəsi, məktəblərdə isə pedaqoji təcrübə keçirlər. Təcrübənin təşkili, aparılması və proqramla təmin olunması AKU-nun tədris və təcrübə şöbəsi və ixtisas kafedraları tərəfindən keçirilir.

Fakültənin tələbələri müxtəlif bayram tədbirlərinin təşkilində, yeni il şənliklərinin keçirilməsində, universitetin mədəni-ictimai işlərində fəal iştirak etmiş və fəxri fərmanlarla təltif olunmuşlar. "Tərcümə" ixtisası üzrə II kurs tələbəsi Ağayeva Gülüstan İlham qızı  2011-ci ildə Bakıda Respublika üzrə keçirilən "Bayraq" sərgisində I yerə layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur. Fakültədə əlaçı tələbələrin şəkilləri şərəf lövhəsindən asılır.

2012-ci ildə Universitet daxili tələbəlararası I Bilik olimiadasında "Riyaziyyat" ixtisası üzrə 752 ci qrup tələbəsi Dəmirova Həmidə, "Tərcümə" ixtisası üzrə Əliyeva Elnarə Olimpiadanın qalibləri olmuşdur.Hər iki qalib Universitetin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır

Fakültənin Tələbələrimiz  tez-tez Respublika və Beynəlxalq səviyyəli o cümlədən, Rusiya,  Poltava , Moldava  Kooperasiya  Universitetlərinin  Elmi

Konfranslarında iştirak edirlər.

Fakültəmizdə bakalavr pilləsini bitirmiş məzunlardan çoxu respublikamızın müxtəlif Universitetlərində magistraturaya daxil olurlar.Bu bir daha onu sübut edir ki fakültəmizdə tədris və təhsilin keyfiyyəti beynəlxalq standartlara cavab verir .

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz