Statistika və Gömrük işi kafedrası
Kafedra müdiri
Əzim Buxsay oğlu Abduləzimov – Azərbaycan Kooperasiya Universitetinin Statistika və gömrük işi kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent.
Abduləzimov Əzim Buxsay oğlu 1949-cu ildə Quba rayonu I Nügədi kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olub və 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnistitutunu bitirib.
1970-1973-cü illərdə Azərb. SSR EA İqtisadiyyat İnistitunda, 1974-1988-ci illərdə ümumittifaq Elmi-Tədqiqat Texnoloji İnistitutunda Şöbə müdiri vəzifəsində işləyib. 1988-ci ildə iqtisad elmləri namizədi dərəcəsini almışdır. 1980-1985 və 1985-1990-cı ollərdə Azərb.SSR Ali Sovetinin 2-ci və 3-cü çağırışlarıı tərəfindən Az.SSR Ali Məhkəməsinə xalq icraçısı seçilib. 1988-2000-ci illərdə Azərb.SSR Əmanət Bankının Bakı şəhər idarəsində rəis müavini vəzifəsində çalışıb. 2004-cü ildən AKU Statistika və gömrük işi kafedrasının dosenti, 2014-cü ilin aprel ayından isə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir.
Kafedra Haqqında
Kafedra 2001-ci ildə yaranmışdır. Kafedranın illik dərs yükü məlum səbəblərdən (tələbə qəbulunun azalması) 1.268,6 saat təşkil etmişdir. Kafedrada müəllimlərin hamısı elmi dərəcəyə və elmi ada malikdir. Kafedrada buraxılış kafedrası olmadığı üçün kurs işi və istehsalat təcrübəsi yerinə yetirilmir. Tədris olunan fənlərin proqramları vardır. Kafedranın müvafiq fənlər üzrə zəngin ədəbiyyatlara malik kitabxanası, mühazirə mətnlərinin yazılı və elektron variantları vardır. Kafedra Maliyyə və bank işi, Dünya iqtisadiyyatı, İqtisadi nəzəriyyə və iqtisadiyyat və MM və HFT kafedrları ilə əlaqəli şəkildə fəaliyyət göstərir.
Professor-müəllim heyəti
✶ İ.e.n., dos. Abduləzimov Əzim Buxsay oğlu (kafedra müdiri)
✶ İ.e.n., dosent əvəzi, Eyvazov Eyvaz Həbib oğlu
✶ İ.e.n., dosent əvəzi Nəbiyev Məmməd Allahverdi oğlu
✶ b/m Dombrovskiy Vadim Anatolyeviç
Tədris olunan əsas fənlər (Bakalavr)
✶ Gömrük işinin təşkili.
✶ Strateji planlaşdırma.
✶ Gömrük ekspertizası.
Tədris olunan əsas fənlər (Magistratura)
✶ Malların gömrük ekspertizası.