Humanitar fənlər kafedrası
Kafedra müdiri

Nizami Cəlal oğlu Məhərrəmov – Azərbaycan Kooperasiya Universitetinin Humanitar Fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent.
Məhərrəmov Nizami Cəlal oğlu 1951-ci ilin 12 avqustunda Naxçıvan MR-nın Babək rayonunun Kərimbəyli kəndində anadan olmuşdur.1958-ci ildə orta məktəbə daxil olub, 1968-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi bitirib, BDU-nin Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsinə daxil olmuşdur.1973-cü ildə təhsilini başa vurub, təyinatla Naxçıvan şəhər 1 saylı orta məktəbdə fars dili müəllimi, 1976-1978-ci illərdə isə həmin məktəbdə direktor müavini vəzifəsində çalışmışdır. 1978-1981-ci illərdə Əfqanıstan Respublikasında Əfqanıstan Müdafiə Nazirliyinin 4-cü və 15-ci tank briqadalarında döyüşçü-tərcüməçi olmuşdur. 1982-ci ildən 1984-cü ilədək AMEA-nın Əlyazmalar İnstitutunda baş laborant, 1984-1988-ci ilədək Əfqanıstanın KEK-da tərcüməçi işləmişdir. 1988-ci ildən 2002-ci ilədək Əlyazmalar İnstitutunda elmi işçi kimi çalışmışdır. 2002-ci ilin sentyabrından 2004-cü ilin sentyabrınadək BSPT-da müəllimlik etmişdir. 2004-cü ilin sentyabr ayından Azərbaycan Kooperasiya Universitetinin Tarix kafedrasında baş müəllim, 2014-cü ildən 2016-cı ilədək isə həmin kafedranın müdiri işləmişdir. 2016-cı ildən Humanitar fənlər kafedrasının müdiridir. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Daxili və xarici mətbuatda 20-dən çox elmi, bədii və publisistik yazıları dərc olunmuşdur (Azərbaycan və fars dillərində). O, Şərəfəddin Rami Təbrizi və onun Həqayiq-ül-Hədayiq əsəri adlı monoqrafiyasının müəllifi, Mir Möhsün Nəvvabın Təzkireyi Nəvvab əsərinin tərcüməçilərindən və Politologiya: ensiklopedik lüğət əsərinin həmmüəlliflərindəndir. Müharibə veteranıdır, ehtiyatda olan kapitandır. Hərbi əməliyyatlarda iştirakına görə SSRİ-nin və Əfqanıstan Respublikasının 1 (bir) ordeni və 5 (beş) medalı ilə təltif edilmişdir. 1995-ci ildə İranda keçirilmiş Dünya Şərqşünaslarının simpoziumunda elmi məruzə ilə çıxış etmişdir. Dos. N.Məhərrəmov ali məktəb tələbələri üçün Multikulturalizmə giriş (bakalavr pilləsi), Azərbaycan multikulturalizmi (magistr pilləsi) tədris proqramlarının və Multikulturalizm və tolerantlıq dərs vəsaitinin müəllifidir. Həmmüəllifi olduğu “Elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin keçirilməsinə dair metodik göstəriş” və “Magistr dissertasiyası işinin məzmunu, quruluşu və müdafiəsinə dair metodik göstərişlər” 2019-cu ildə, “Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi metodları” (metodik göstəriş) isə 2022-ci ildə çap edilmişdir.
Kafedra Haqqında
1970-1992-ci illərdə “İctimai fənlər” adı altında fəaliyyət göstərmiş kafedraya professor S.İ.Səfərov rəhbərlik etmişdir. 1992-1994-cü illərdə kafedraya dosent B.Ç.Çərkəzov rəhbərlik etmişdir. 1994-2000-ci illərdə kafedranın adı “Humanitar fənlər” adlanmış və kafedraya dosent Z.M.Əliyev rəhbərlik etmişdir. 2001-2007-ci illərdə kafedra “İqtisadi tarix” adlanmış və kafedraya dosent A.Ə.Dilbazova rəhbərlik etmişdir. 2007-ci ildə kafedra “Tarix” kafedrası adlanır və kafedraya 2014-cü ilin sentyabr ayınadək dosent Z.M.Əliyev rəhbərlik etmişdir. 2014-cü ilin sentyabr ayından hazırda kafedraya f.e.d., dos. Nizami Cəlal oğlu Məhərrəmov rəhbərlik edir. 2016-ci ildən kafedra yenidən “Humanitar fənlər” adlandırılmışdır. Kafedrada bütün ixtisaslara əsasən bakalavr pilləsi üzrə “Azərbaycan tarixi”, “Multikulturalizmə giriş”, “Kooperativ hərəkatının tarixi və nəzəriyyəsi”, “Azərbaycanınnın şəhərsalma tarixi”, “ARK və hüququn əsasları”, “Biznes hüququ”, “İqtisadi hüquq”, “Ekalogiya hüququ”, “İnzibati hüquq”, “İqtisadi hüquq”, “Turizm hüququ”, “Beynəlxalq gömrük hüququ, “Dövlət qulluğu”, “Biznes hüququ”, “Arxiv işinin əsasları”, “Muzey işinin əsasları”, “Dünya muzeyləri – 1”, “Dünya muzeyləri – 2”, “Etnoqrafiya”, “Regionun tarixi”, “İxtisasa giriş”, “Azərbaycan muzeyləri”, “Azərbaycan mədəniyyəti tarixi – 1”, “Azərbaycan mədəniyyəti tarixi – 2”, “Məişət və geyim tarixi”, “Təsviri incəsənət tarixi”, “Arxeologiya”, “Tarix və mədəniyyət abidələrinin mühafizəsi”, “Muzey və arxiv mənbəşünaslığı”, “Arxiv sənədlərinin mühafizəsi”, magist pilləsi üzrə “Azərbaycan multikulturalizmi”, “Beynəlxalq gömrük hüququ”, “Beynəlxalq ticarət hüququ”, “Biznes sferasında maliyyə və iqtisadi hüquq”, “Biznes hüququ”, “Biznesin hüquqi tənzimlənməsi”, “Dövlət idarəetməsində hüquq”, “Turizm hüququ” fənləri tədris olunur. Kafedramızın müəllimləri mütəmadi olaraq elmi konfranslarda iştirak edir, müxtəlif qəzet və jurnallarda tezis və elmi məqalələr dərc etdirirlər. Kafedra əməkdaşlarının iştirakı ilə ölkəmizdə gedən ictimai – iqtisadi və siyasi inkişafla əlaqədar olaraq tədris proqramında ardıcıl olaraq müvafiq dəyişikliklər aparılmışdır. Kafedranın müəllimləri təsdiq olunan tədris-təqvim planının əsasında mühazirə və seminar məşğələləri aparırlar. Hazırda kafedranın professor – müəllim heyəti 14 nəfərdən ibarətdir. Onlardan 1 nəfəri professor, 2 nəfəri dosent, 4 nəfəri tarix üzrə fəlsəfə doktoru, 1 nəfəri hüquq üzrə fəlsəfə doktoru, 4 nəfəri baş müəllim, 2 nəfəri isə müəllim vəzifəsində çalışır.
Professor-müəllim heyəti
F.e.d., dos. Məhərrəmov Nizami Cəlal oğlu (Kafedra müdiri)
Professor Məmmədov Xəqani Məmməd oğlu
T.e.d., dos. Qasımov Ədalət Qasım oğlu
T.f.d. Əliyeva Aynur Ramiz qızı
T.f.d. Əliyeva Vüsalə Zakir qızı
T.f.d. Aslanlı Günel Mobil qızı
T.f.d. Nəsirova Sevinc Akif qızı
H.f.d. Hətəmov Bəxtiyar Hüsən oğlu
B/m. Vəliyev Akif Nüsrət oğlu
B/m. Məmmədov Nizami Əjdər oğlu
B/m. Şelemanov Emil Astan oğlu
B/m. Məlikov Balabəy Ağamməd oğlu
Müəllim Hətəmova Jalə Nizami qızı
Müəllim Kərimova Sevinc Qəhrəman qızı
Tədris olunan əsas fənlər (Bakalavr)
Arxeologiya
Arxiv işinin əsasları
Arxiv sənədlərinin mühafizəsi
ARK və hüququn əsasları
Azərbaycan mədəniyyəti tarixi – 1
Azərbaycan mədəniyyəti tarixi – 2
Azərbaycan muzeyləri
Azərbaycan tarixi
Azərbaycanınnın şəhərsalma tarixi
Beynəlxalq ticarət hüququ
Beynəlxalq iqtisadi hüquq
Biznes hüququ
Dövlət qulluğu
Dünya muzeyləri – 1
Dünya muzeyləri – 2
Ekalogiya hüququ
Etnoqrafiya
İnzibati hüquq
İxtisasa giriş
İqtisadi hüquq
Kooperativ hərəkatının tarixi və nəzəriyyəsi
Məişət və geyim tarixi
Multikulturalizmə giriş
Muzey işinin əsasları
Muzey və arxiv mənbəşünaslıq
Regionun tarixi
Tarix və mədəniyyət abidələrinin mühafizəsi
Təsviri incəsənət tarixi
Turizm hüququ
Tədris olunan əsas fənlər (Magistratura)
Azərbaycan multikulturalizmi
Beynəlxalq gömrük hüququ
Beynəlxalq ticarət hüququ
Biznes sferasında maliyyə və iqtisadi hüquq
Biznes hüququ
Biznesin hüquqi tənzimlənməsi
Dövlət idarəetməsində hüquq
Turizm hüququ
