İdarəetmə fakültəsi



Fakültə dekanı
Nadir Tofiq oğlu Kərimov – Azərbaycan Kooperasiya Universitetinin İdarəetmə fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent.
Kərimov Nadir Tofiq oğlu 1953-cü ildə Gəncə şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olub, 1975-ci ildə həmin institutu bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.
1989-cu ildə Odessa Yeyinti sənaye Texnologiyası institunda 05.18.13 – Yeyinti məhsullarının texnologiyası ixtisası üzrə Dondurulmuş meyvələrin keyfiyyətinin yüksəldilməsi mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi dərəcəsi almışdır. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb. 25 məqalənin, 6 tədris proqramının, 1 metodik göstərişin və 1 kitabın (dərs vəsaitinin) müəllifidir. 24 illik elmi-pedoqoji fəaliyyəti var. N.T. Kərimov 2002-ci ilin oktyabr ayından 2010-cu ilin sentyabr ayına qədər AKU-da Standartlaşma və texnologiya kafedrasının müdiri, 2010-cu ilin sentyabr ayından Qiyabi şöbənin müdiri, 2015-ci ilin sentyabrından isə İdarəetmə fakültəsinin dekanı olmuşdur.
Fakültə Haqqında
İdarəetmə fakültəsinin dekanlığında dekan, dekan müavini, tyutor, baş metodist çalışırlar. Dekan fakültə elmi şurasına rəhbərlik edir, tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir, onların elmi fəaliyyəti üçün şərait yaradır, imtahan prosesinin obyektiv, şəffaf və mövcud tələbələrə uyğun keçirilməsinə məsuliyyət daşıyır. Fakültədə çalışan professor – müəllim heyətinin ixtisasının artırılması, yenidən hazırlanması işinə, elmi konfransların və seminarların keçirilməsinə, fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir. Fakültədə Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir. Bu təşkilatların nüfuzu fakültədə çox böyükdür. Onlar Universitetdaxili və Respublika səviyyəli tədbirlərin fəal iştirakçılarıdır.
Fakültədə təhsil alan tələbələrin sayı: 255
Fakültədə dərs tədris edən müəllimlərin sayı: 30 (30 müəllim elmlər namizədi, dossent)
Fakültə üzrə illik dərs yükü: 5280 saat.
Ixtisas kodu
050409 – Biznesin idarə edilməsi
050410 – Dövlət və bələdiyyə idarəetməsi
Fakültənin tərkibində olan Kafedralar
“Biznesin təşkili və dövlət və bələdiyyə idarəetməsi” kafedrası
“İqtisadi nəzəriyyə” kafedrası
“Xarici dil” kafedrası
Ünvan
IV mərtəbə, otaq 402
Telefon : 012-561-99-
Daxili telefon : 213, 116
