Bizim himnimiz
Universitetin himniMusiqisi: Sədaqət Arifqızının Sözləri: Lətif Kərimlinindir Gənc korporantlarıq «Birliy»imiz var, Ölkəyə əyandır bizdəki vüqar, Xislətimiz aydın-zəhmət, düz ilqar. Dünyaya hay salıb coşqun səsimiz, Torpağa bağlıdır hər bir kəsimiz! Tələbə adıyla sevinc duyuruq, Xalqın ümid verən sönməz nuruyuq, İmzalar içinə imza qoyuruq, Hamıya bəllidir xoş səylərimiz. Barışa yönəlib hər əməlimiz! Beynəlmiləlçilik amalımızdır, İrəli aparan kamalımızdır. Bütöv Azərbaycan məramımızdır! Möhkəm qurulubdur təməllərimiz, Düşmənə zərbədir türk millətimiz! |