İnsan resurlarının idarə edilməsi və daxili nəzarət şöbəsi



Zakir Cəlal oğlu Nazıyev – Azərbaycan Kooperasiya Universitetinin İnsan resursları departamentinin rəhbəri

 26 oktyabr 1949-cu ildə Gürcüstan Respublikası Marneuli rayonunun Böyük Bəylər kəndində anadan olmuşdur. 1966-cı ildə 1№-li Marneuli Azərbaycan orta məktəbin qızıl medalla, 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Ticarət Nazirliyinin Azərbkurortticarət idarəsinin Xaçmaz şöbəsinə göndərilərək 1970-1973-cü illərdə bu təşkilatda ixtisası üzrə çalışmış, 1973-cü ildə keçmiş Xaçmaz Rayon Partiya Komitəsinin təqdimatı əsasında Azərittifaqın sərəncamı ilə kooperasiya sisteminə keçirilərək Xaçmaz Rayon istehlak cəmiyyəti İdarə Heyəti sədrinin müavini – ticarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra qısa müddət əvvəlki təşkilatda çalışmış, 1976-cı ildə Bakı şəhərinə köçərək Azərittifaqın Mərkəzi aparatında işə qəbul olunmuşdur. 1976-2013-cü illərdə bu təşkilatda böyük əmtəəşünas, şöbə rəisi, Baş idarə rəisinin müavini, Kadrlar və təşkilat işi idarəsinin rəisi, İdarə Heyəti Aparatının rəhbəri vəzifələrində çalışmışdır. Azərittifaqın Şurasının üzvüdür. 2000-2013-cü illərdə Azərittifaqın İdarə Heyətinin üzvü olmuşdur. Kooperasiyanın inkişafında xidmətlərinə görə Azərittifaqın İdarə Heyəti tərəfindən Kooperasiya əlaçısı və Fəxri kooperator döş nişanları ilə təltif olunmuşdur. Azərittifaqın İdarə Heyətinin 2013-cü il 12 noyabr tarixli qərarı ilə Azərbaycan Kooperasiya Universitetinin strukturunda Daxili Nəzarət Xidməti yaradılmış və Azərittifaqın sədrinin sərəncamı ilə Zakir Nazıyev 2014-cü il 7 yanvar tarixdən bu xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur.


İnsan resurslarının idarə edilməsi və daxili nəzarət şöbəsi (bundan sonra mətndə “Şöbə” adlandırılacaqdır) Universitetin rektorunun 2018-ci il 26 dekabr tarixli 241 №-li əmri ilə yaradılmışdır, universitetin struktur bölməsidir və bilavasitə universitetin rektoruna tabedir. Şöbə “Daxili nəzarət xidməti” və “Kadrlar şöbəsi”nin bazasında yaradılılmışdır. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Əmək Məcəlləsini, digər qanunları və normativ-hüquqi aktları, Universitetin nizamnaməsini, Elmi Şuranın qərarlarını, rektorun əmr və göstərişlərini və hazırkı Əsasnaməni rəhbər tutur. Şöbə bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində universitetin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Şöbənin əsas vəzifələri aşağıdakılardır: universitetin insan resurslarının planlaşdırılması prosesinə dair zəruri daxili normativ-metodoloji sənədlərin işlənib hazırlanması, Beynəlxalq təcrübəyə müvafiq olaraq onların təkmilləşdirilməsi; universitetdə işə qəbul prosesinin müvafiq qaydalara və standartlara uyğun həyata keçirilməsi, mövcud vakant ştatların komplektləşdirilməsi, universitetin zəruri sayda və keyfiyyətdə insan resursları ilə təmin edilməsi istiqamətində davamlı və operativ fəaliyyət; müəyyənləşdirilmiş işçi ehtiyaclarına uyğun olaraq əmək resursları bazarının araşdırılması və müvafiq kadrların cəlb edilməsi üzrə fəaliyyət; işə qəbul üzrə müsabiqələrin təşkili, ilkin seçim və müsahibələrin keçirilməsi, yeni işçilər üçün istiqamətləndirmə proqramlarının hazırlanması; insan resurslarının planlaşdırılması və işə qəbul üzrə proqram və layihələrin həyata keçirilməsi; şöbənin fəaliyyətinə və taktiki planının icrasına dair müxtəlif hesabatların hazırlanması, digər cari işlərin yerinə yetirilməsi; təhsilin təşkili məqsədi ilə yerli və beynəlxalq treninq proqramlarının araşdırılması və seçilməsi; beynəlxalq təhsil təchizatçıları, inkişaf etmiş ölkələrin universitetləri və müxtəlif təhsil mənbələri ilə qarşılıqlı işgüzar əlaqələrin yaradılması və resursların cəlb edilməsi; əməkdaşların universitet daxili və uniuversitetdən kənar formalarda təhsili və inkişafi prosesinin təşkili, bu məqsədlə təşkilatı tədbirlərin və müvafiq sənədləşmələrin aparılması; əməkdaşların karyera planlaşması prosesinin təşkili; universitetdə vəzifələrin müvafiq meyarlar əsasında qiymətləndirilməsi və kateqoriyalar üzrə təsnifləşdirilməsi; universitet əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi formalarini və meyarlarını təsbit edən normativ sənədin hazırlanması; universitetin bütün isçi heyəti üçün qiymətləndirmənin müəyyən olunmuş müddət ərzində aparilmasının təşkili və ona nəzarət edilməsi, qiymətləndirmə prosesinin nəticələrinin təhlili və müvafiq hesabatların hazirlanmasi; universitet əməkdaşlarının fəaliyyət səmərəliliyinə təsir edəcək amillərin müəyyənləşdirilməsi məqsədilə struktur bölmə rəhbərləri ilə mütəmadi maarifləndirmə işləri, məlumat mübadiləsi anket sorğuları aparılması; universitet əməkdaşlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş maddi və qeyri-maddi motivasiya mexanizmlərini özündə əks etdirən normativ sənədlərin hazırlanması; universitet əməkdaşlarının sosial təminatının gücləndirilməsi istiqamətində təkliflərin hazırlanması; universitetdə əmək haqqı, fəaliyyətin qiymətləndirilməsi və motivasiya prosedurlarının daha da təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması; işə qəbul olunma başqa işə keçirilmə və işdən azad edilmələr haqda əmrlərin rəsmiləşdirilməsi, əmək müqavilələrinin tərtibi, onlara əlavə və dəyişikliklər edilməsi, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə sənədləşmələrin aparılması; universitet əməkdaşlarının şəxsi işlərinin və kadr-uçot formalarının aparılması, əmək fəaliyyətləri ilə bağlı dəyişikliklər edilməsi; əmək kitabçalarının qəbulu, doldurulması, saxlanması və yeni əmək kitabçalarının açılması; universitet rəhbərliyi ilə əlaqəli şəkildə bütün strukturların ştat vahidləri üçün həmin strukturların rəhbərləri tərəfindən vəzifə təlimatlarının hazırlanmasını təmin etmək, onların məzmun və formaca İSO keyfiyyət standartlarına uyğun olmasına nəzarət etmək; struktur bölmələrində işçilərin universitetin məqsədləri uğrunda səmərəli istifadəsinə və inkişaf etdirilməsinə, işçilərin hüquqlarının və imtiyazlarının qorunmasına nəzarət etmək; insan resursları üzrə informasiya bazasının formalaşdırılması, idarəedilməsi və avtomatlaşdırılmasına dair təkliflərin hazırlanması; insan resurslari üzrə avtomatlaşdırılmış informasiya sisteminin yaradılmasına dair proqram və layihələrin həyata keçirilməsi; insan resurslari üzrə statistik hesabatların tərtib edilməsi və vaxtında müvafiq yerlərə təqdim edilməsi; şöbənin fəaliyyətinə dair hesabat və məlumatların hazırlanması, digər cari işlərin yerinə yetirilməsi; universitet əməkdaslarının əmək haqqı, əmək qabiliyyətlərinin itirilməsi, məzuniyyətləri və ezamiyyətləri üzrə məlumatların sistemə daxil edilməsi; universitetin ştat cədvəlinə uyğun struktur vahidləri üzrə kadr ehtiyacının müəyyən edilməsi və bu ehtiyaca əsaslanaraq tələb olunan peşə və ixtisasa malik işçi heyət ilə təmin edilməsi; işçinin öz struktur bölmə rəhbəri və digər əməkdaşlarla yarana biləcək konfliktlərin qarşısının alınması və həll olunması, habelə işçi məmnuniyyətlərinin artırılması məqsədi ilə profilaktik işlərin aparılmasi və preventiv tədbirlər hazırlanaraq icra edilməsi; qanunvericiliyə və əmək müqaviləsinə uyğun olaraq aşkar edilmiş nöqsanların aradan qaldırılması; kadrların universitetin resursları əsasında davamlı inkişaf strategiyasının hazırlanması, təlimi və inkişaf etdirilməsi qaydalarının təsbit edilməsi, o cümlədən ixtisasartırma üzrə tələbatın qiymətləndirilməsi və aidiyyatı üzrə təşkil edilən kursların keçirilməsinə nəzarət edilməsi; rəhbərlik tərəfindən aparılan rəsmi işçi performansının qiymətləndirilməsi əsasında işçilərin peşəkar və ixtisas dərəcələrinin uyğunluğunu rəsmiləşdirmək, zəruri hallarda işçilərin attestasiyasının keçirilməsini təşkil etmək və bu sahədə universitetdə yaradılacaq komissiyyaların işində iştirak etmək; kadrların say və keyfiyyət tərkibinin, habelə illik hərəkətinin təhlili və bu sahədə rəhbərlik qarşısında təkliflərin hazırlanması; işçilərin mükafatlandırılması, maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlanması; pensiyaya dair müvafiq sənədlərin hazırlanması və onların sosial təminat orqanlarına təqdim olunması; tabel uçotu və əmək məzuniyyətinə çıxma qrafikinin hazirlanması, təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti və əlavə məzuniyyətlərin, eləcə də sosial məzuniyyətlərin rəsmiləşdirilməsi; seçkili vəzifələri tutmaq üçün seçki qrafikinin hazırlanması; əmək stajının hesablanması və kadrlar üçün müəyyən edilmiş sənədlərin aparılması, işçilərin əmək fəaliyyətlərinə dair arayışların verilməsi; struktur bölmələri üzrə əmək intizamının vəziyyətinə və işcilər tərəfindən daxili nizam qaydalarına riayət olunmasına nəzarət edilməsi; şöbəyə daxil olan işə qəbul, başqa vəzifəyə keçirilmə, azad olunma və əmək qanun vericiliyinin pozulması ilə əlaqədar olan ərizə və şikayətlərə baxılması və qoyulan məsələlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi; şöbənin fəaliyyətinə aid sənədlərin arxivləşdirilməsinin təşkil edilməsi.