Elşən Əli oğlu İbrahimov – Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent.

İbrahimov Elşən Əli oğlu 1976-ci ildə Tovuz rayonunun Ağacqala kəndində anadan olub. 1993-cü ildə orta məktəbi bitirərək Azərbaycan Kooperasiya İnstitutuna daxil olmuş, 1997-ci ildə təhsilin bakalavr pilləsini, 1999 cu ildə magistratura pilləsini  Maliyyə və kredit  ixtisası üzrə bitirərək elə həmin ali məktəbdə elmi-pedaqoji fəaliyyətə başlamışdır.

2007-ci AMEA- nın İqtisadiyyat İnstitutunda  İstehsalın inkişafında dövlət büdcəsinin tənzimləyici və stimullaşdırıcı rolunun artırılması yolları mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almış, 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb. E. Ə. İbrahimov 1999- cu ildən Azərbaycan Kooperasiya Universitetinin Maliyyə kafedrasında laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 2010-cu ildən  Qiyabi  şöbəsinin müdir müavini, vəzifəsində işləmiş 2013-cü ildən isə  İqtisadiyyat  fakultəsinin dekanı vəzifəsinə seçilmişdir. O, 4 dərslik və dərs vəsaitinin, 80 dən çox elmi məqalə, tezis və tədris proqramının müəllifidir. Ailəlidir, 3 övladı var .

Fakültəyə ümumi rəhbərlik dekanın rəhbərlik etdiyi fakultə Elmi Şurası tərəfindən həyata keçirilir.Fakultə Elmi Şurası fakultədə mütəxəssis hazırlığına, fakultənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların maddi-texniki təminatı məsələlərinə baxır, tədris planlarının və proqramların, tədris metodiki və elmi tədqiqat işləri haqqında hesabatların, kafedraların iş planlarının, tədris və istehsalat təcrübəsinin yekunlarını müzakirə edir, kafedralarda çalışan professor-müəllim heyətinə Elmi adların verilməsi üçün Universitetin Elmi Şurası qarşısında məsələ qaldırır, tələbələrin elmi-tədqiqat işlərinin vəziyyətini müzakirə edir, dekanın hesabatını dinləyir və s. vəzifələri həyata keçirir.

İqtisadiyyat fakultəsinin dekanlığında dekan, dekan müavini , metodist və operator çalışır.Dekan fakultə Elmi Şurasına rəhbərlik edir, tədris-tərbiyə işlərinə və elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir, tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir, onların elmi fəaliyyəti üçün şərait yaradır, imtahan prosesinin obyektiv, şəffaf və mövcud tələbələrə uyğun keçirilməsinə məsuliyyət daşıyır.Fakültədə çalışan professor  müəllim heyətinin ixtisasının artırılması, yenidən hazırlanması işinə, elmi konfransların və seminarların keçirilməsinə, fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir.

Fakültədə Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların nüfuzu fakültədə çox böyükdür. Fakültənin tələbələrinin uğurlarıda sevindiricidir. Belə ki, onlar Universitetdaxili və Respublika səviyyəli tədbirlərin fəal iştirakçılarıdır. Həmçinin əla və yaxşı oxuyan tələbələrin bir hissəsi müxtəlif illərdə təhsillərinin bir hissəsini Moskva, Moldava, Poltava Kooperasiya Universitetlərində davam etdirmişlər.

Fakültədə təhsil alan tələbələrin sayı: 232

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 25(25müəllim elmlər namizədi, dossent)

Fakültə üzrə illik dərs yükü: 6732 saat.

050404 – İqtisadiyyat

“İqtisadi nəzəriyyəvə iqtisadiyyat kafedrası”

“Gömrük işinin təşkili kafedrası”

“Mülkü müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası”

V mərtəbə, otaq 516.

Close Menu