İqtisadiyyat və Vergi işi kafedrası

Elnarə Nəbi qızı Əhmədova- Azərbaycan Kooperasiya Universitetinin “İqtisadiyyat və vergi işi” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə elmlər doktoru

 Əhmədova Elnarə Nəbi qızı 08 iyun 1983-cü ildə  Qərbi Azərbaycanın Quqark rayonunun Hallavar kəndində  anadan olmuşdur. 1990-cı ildə Bakı şəhərində Nərimanov rayonu üzrə  57-saylı məktəbdə birinci sinfə getmişdir. 2000-ci ildə orta məktəbi bitirmiş, 2001-2005-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və Mühasibat uçotu” fakultəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil almışdır. Təhsil aldığı dövrdə bir sıra elmi konfranslarda iştirak etmiş, universitetdə keçirilən tədbirlərdə fəallığı ilə seçilmişdir.  2005-2007-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Magistratura şöbəsində  “Mühasibat uçotu və audit” ixtisası üzrə magistr təhsili almış və təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, 2 övladı var.

2007-ci ildə Azərbaycan Kooperasiya Universitetinin dissertantı olmuşdur. 2007-ci ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi fəaliyyətə başlamışdır.2012-ci ildə “İqtisadiyyat və vergi işi” kafedrasında baş müəllim vəzifəsinə keçirilmişdir.  2016-cı ildə  BDU-nin, Azərbaycan Dövlər Aqrar Universitetinin. Azərbaycan kooperasiya Universitetinin nəzdində yaradılmış ixtisaslaşdırılmış Elmı Şurada “ASK-nın Emaledici sahələrində idarəetmə uçotu və təhlilinin təkmilləşdirilməsinin əsas istiqamətləri” mövzusunda dıssertasiya işini müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya Komissiyasının 10 mart 2017-ci il 05K qərarı ilə “İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcə adını almışdır.2018-ci ildə”İqtisadiyyat və vergi işi” kafedrasının müdiri vəzifəsinə seçilmişdır. İ.ü.f.d. Elnarə Əhmədova ali məktəb tələbələri üçün “Vergilər və vergitutma” üzrə tədris proqramının, “Fiziki şəxslərdən tutulan gəlir vergisi” metodik vəsaitin, 10-dan artıq elmi-məqalənin və tezislərin müəllifidir.

2002-ci ildən «İqtisadi təhlil və Qiymət» adı ilə yaradılan kafedraya 2002-2007-ci illərdə baş müəllim A. A. Məmmədov rəhbərlik etmişdir. 2007/2010 illərdə kafedra “Vergi və statistika” adı altında fəaliyyət göstərmişdir. 2007/2008 illərdə kafedraya dos. X.Ə.Hüseynov rəhbərlik etmişdir. 2008/2018-ci illərdə kafedraya i.e.n.,dos. V.B.Mirzəyev rəhbərlik etmişdir. 2018-ci ildən “İqtisadiyyat və vergi işi” kafedrasına i.ü.f.d E.N.Əhmədova rəhbərlik edir.  2010/2011 illərdə “İqtisadiyyat və təhlil”, 2011/2016 cı illərdə “İqtisadiyyat və vergi işi” adı altında fəaliyyət göstərmişdir. 2016 cı ildən “İqtisadi nəzəriyyə” kafedrasının birləşməsi ilə əlaqədar olaraq kafedra “İqtisadi nəzəriyyə və İqtisadiyyat” adlandırılmışdır. 2018-ci ilin aprel ayından kaedra “İqtisadiyyat və vergi işi” adı altında fəaliyyət göstərir. Kafedrada “İqtisadiyyat” ixtisasına xidmət göstərilir. Hal-hazırda kafedrada tədris olunan bütün fənnlərin proqramları kafedranın müəllimləri tərəfindən tərtib olunmuş təhsil Nazirliyinin müvafiq əmri ilə qrif verilərək nəşr olunmuşdur. Müəllimlər respublikanın müxtəlif Universitetlərində keçirilən elmi-konfranslarda iştirak edir, müxtəlif jurnallarda konfrans materiallarında məqalə və tezislərini dərc etdirirlər. Kafedranın müəllimləri təsdiq olunan tədris-təqvim planının əsasında mühazirə və seminar məşğələləri aparırlar, magistr disertasiyası işlərinə, istehsalat təcrübələrinə və kurs işlərinə rəhbərlik edirlər. Hazırda kafedranın professor müəllim heyəti 9 nəfərdən ibarətdir. Onlardan 8 nəfər iqtisad elmlər namizədi, 8 dossent,  2 nəfər baş müəllim vəzifəsində çalışır. 2017-2020-ci illər üçün “İqtisadiyyat və Vergi işi” kafedrasında “Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın sürətləndirilməsi şəraitində kooperasiya sistemində idarəetmə mexanizminin təkmilləşdirilməsinin nəzəri-metodoloji problemləri” elmi-tədqiqat işi yerinə yetirilir.

2017-2020-ci illər üçün təsdiq edilmiş elmi-tədqiqat işinin planına əsasən “İqtisadiyyat və İqtisadiyyat” kafedrasının əməkdaşları aşağıdakı mövzularda elmi-tədqiqat işlərini yerinə yetirəcəkdirlər:

Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın sürətləndirilməsi şəraitində kooperasiya sistemində idarəetmə mexanizminin təkmilləşdirilməsinin nəzəri-metodoloji problemləri. 2017-2020, Rəhbər: dos. V.B. Mirzəyev

Azərbaycanın milli iqtisadiyyatının dövlət tənzimlənməsinin təkmilləşdirilməsi problemləri. 2017-2020, dos. V.B. Mirzəyev, i.ü.f.d. E.N.Əhmədova

Firmanın (müəssisənin) respublika iqtisadiyyatının inkişafında rolunun qiymətləndirilməsi. 2017-2020 dos. A.Z. Mirzəməmmədov

Strateji planlaşdırmanın təşkili və metodologiyası. 2017-2020, dos. V.B. Həziyev

Milli iqtisadiyyatın inkişaf etdirilməsində maliyyə bazarının rolu və əhəmiyyəti. 2017-2020, i.ü.f.d. F.Q.Əmrahov

Müəssisənin maliyyə sabitliyinin təhlili. 2017-2020, i.ü.f.d. E.A. Məmmədov

Перспективы развития аудита в сфере туризма. 2017-2020, b/m Ş.R. Dadaşova

✶ i.e.n., b/m. Əhmədova Elnarə Nəbi qızı(kafedra müdiri)

✶ i.e.n., dos. Mirzəyev Vilayət Bədir oğlu

✶ i.e.n., dos. Həziyev Vasif Balaxan oğlu

✶ i.e.n., dos. Mirzəməmmədov Aydın Zabit oğlu

✶ i.e.n., dos. Kazımov Rahib Nadir oğlu

✶ i.e.n., dos. Hacıyev Emil Əhmədoviç oğlu

✶ i.e.n., dos. Əmrahov Fariz Qasım oğlu

✶ i.e.n., dos. Məmmədov Elnur Abil oğlu

✶ i.e.n., b/m. Əhmədova Elnarə Nəbi qızı

✶ b/m. Dadaşova Şahirəxanım Rasim qızı

✶Azərbaycan iqtisadiyyatı

✶Firma iqtisadiyyatı

✶Vergilər və vergitutma.

✶Vergi inzibatçılığı.

✶ İdarəetmə təhlili.

✶İqtisadi təhlil.

✶ Maliyyə təhlili.

✶ Maliyyə hesabatının təhlili.

✶ Auditin nəzəri və praktiki problemləri.

✶ Maliyyə iqtisadi təhlili.

✶ Sənaye müəssisənin köməkçi istehsal və xidmət sahələri.

✶ Müəssisənin anbar və tara təsərrüfatının təşkili.

✶ İstehsal və material resurslarının idarəedilməsi.

✶ İstehsal və xidmətin iqtisadiyyatı və idarəedilməsi.

✶ İstehsal və xidmətin iqtisadiyyatı və idarəedilməsi.

✶ İqtisad elminin tarixi və metodologiyası.

✶ Vergi və vergiqoyma.

✶ Müştərək firmanın iqtisadiyyatı və idarəedilməsi.

✶ Sənayenin iqtisadi modernləşdirilməsi problemləri.

✶ Audit xidmətində iqtisadi təhlil.

✶ Müəssisənin iqtisadiyyatının səmərəliliyinin problemləri.

✶ Müəssisənin iqtisadiyyatının dövlət tənzimlənməsi problemləri.

✶ Müəssisənin təsərrüfat fəaliyyətinin idarə edilməsi.

Close Menu