Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
"Biznesin təşkili, Dövlət və Bələdiyyə idarəetməsi"

"Biznesin təşkili, Dövlət və Bələdiyyə idarəetməsi"

                                                        

 

Fazil Həşim oğlu Abbasov - Azərbaycan Kooperasiya Universitetinin "Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi" kafedrasının müdiri, iqtisad elmləri namizədi professor.

Həyatı

Abbasov Fazil Həşim oğlu 1944-ci ilin 07 noyabr Fizuli rayonu Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. 1962-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnistutunun “Fizika - Riyaziyyat” fakültəsinin “Riyaziyyat fizika şöbəsinə daxil olub. 1963-1966 cı illərdə Sovet ordusu sıralarında qulluq edib, 1970-ci ildə V.İ.Lelin adına APİ-ni bitirib. 1985-ci ildə Gəncə Kənd Təsərrufatı Akademiyasının “İqtisadiyyat” fakültəsinin ikinci kursuna daxil olmuş, 1989-cu ilsə həmin akademiyanın “Kənd təsərrüfatı iqtisadiyyatı və təşkili” ixtisasını bitirmişdir.

Elmi Fəaliyyəti

1970-1971-ci tədris ilində Fizuli rayonun Aşağı Kürdmahmudlu kənd, səkkizillik məktəbində 1971-1976-cı tədris illərində Füzuli rayonun Yuxarı Seyidəhmədli kənd orta məktəbində, 1976-1979-cu illərdə isə Aşağı Seyidəhmədli kənd orta məktəbində müəllim işləmişdir. 1979-cu ilin avqust ayından, 1981-ci ilin iyun ayına kimi Respublika “Bilik” cəmiyyəti Fizuli rayon təşkilatının məsul katibi vəsifəsində, 1981-ci ilin iyun ayından 1991-ci ilin oktyabr ayınadək, Fizuli rayonunun Engels adına sovxozda azad partiya komitəsinin katibi, 1991-ci ilin oktyabr ayından 1992-ci ilin aprel ayına kimi “18-oktyabr” sovxozunda iqtisadçı, 1992-ci ilin aprel ayından,1992-ci ilin noyabr ayına kimi Fizuli Rayon Sovetində Plan-büdcə daimi komissiyasının sədri, təşkilatçı vəzifələrində, 1992-ci ilin noyabr ayından, 1993-cü ilin fevral ayına kimi Fizuli Rayon İcra Hakimiyyəti Aparatında kənd təsərrüfatı şöbəsinin müdiri , 1993-cü ilin fevral ayından, 1993-cü ilin may ayına kimi Rayon İcra Hakimiyyəti Aparatında sosial-iqtisadi inkişaf şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir. 1993-cü ilin may ayından, 1995-ci ilin oktyabr ayına kimi 18 “oktyabr” sovxozunda direktor, 1995-ci ilin oktyabr ayından 2001-ci ilin sentyabr ayına kimi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildə Gəncə Kənd Təsərufatı Akademiyasının “iqtisadiyyat” fakültəsini bitirmişdir. 2000-ci ilin noyabr ayının 24-də “Bazar münasibətləri şəraitində kənd təərüfatı məhsullarının satışının təşkilinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə etmiş, 2001-ci ilinin 4 may tarixində Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri namizadi alimlik dərəcəsi almişdir. 2001-2002-ci tədris ilində Rusiya Federasiyası Moskva şəhərindəki “Əmək və Sosial Münasibətlər Akademiyası”nın Bakı filialında kafedra müdiri, eyni zamanda, Kooperasiya Universitetində 0,5 ştat vahidi baş müəllim vəzifəsində, 2002-ci ilin sentyabr ayından Azərbaycan Kooperasiya Universitetində “Biznesin təşkili”, “Dövlət və Bələdiyyə idarəetməsi” kafedrasının müdiri vəzifəsində işləyir, iqtisad elmləri namizədi, professordır. Doqquz çap vərəqi həcmində 1 monoqrafiyanın 55 elmi məqalənin və 28 tədris proqramının, metodik göstərişin müəllifidir. 5 namizədlik işində rəsmi opponent olmuş 25 namizədlik işinə 28 fənn proqramına rəy vermişdir. “2013-2014-cü dərs ilinin qış imtahan sesiyasının yekunları” ilə əlaqədar 05 mart 2014-ci il tarixli Azərbaycan Kooperasiya Universitetinin Elmi Şurasının 6 saylı iclas protokolunun qərarı ilə ən yaxşı kafedra müdiri seçilmişdir. 2015-2016-cı dərs ilinin yekunlarına görə 18 iyul 2016-cı il tarixli Azərbvaycan Kooperasiya Universitetinin Elmi Şurasının 8-saylı iclas protokolunun qərarı ilə ilin ən yaxsı kafedra müdiri seçilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12-noyabr 2014-cü il tarixli 2523 nomrəli əmri ilə Yüksək İxtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedoqoji fəaliyyətinə görə və Universitetin 50 illiyi münasibəti ilə Fəxri fərmanla təltif olunmuşdur.

Kafedra Haqqında

2000-2001 - ci tədris ilində “Menecment” kafedrası olaraq fəaliyyət görsətmiş, kafedraya i.e.d. Anar Fazil oğlu Abassov rəhbərlik etmişdir, 2002-ci ilin sentyabr ayından hal - hazıradək i.e.n. prof. Fazil Həşim oğlu Abassov rəhbərlik edir və kafedranın adı “Biznesin təşkili, dövlət və bələdiyyə idaerəetməsi”dir. Kafedra da fəaliyyət göstərən əməkdaşlardan 1 nəfər dekan, 2 nəfər kafedra müdiri vəzifələrinə irəli çəkilmişdir.

Professor-müəllim heyəti:

✶ İ.e.n. Prof. F.H. Abbasov (kafedra müdiri)

✶ İ.e.d., prof. Ə. Əlirzayev

✶ İ.e.n., dos. V.Y. Nağıyeva

✶ i.e.n. dos. G.Y. Məmmədova

✶ İ.e.n., dos. S.Y. Abdulov

✶ i.e.n., b/m. R.A. Həsənov

✶ i.e.n., b/m. E.N. Məhərrəmov

✶ i.e.n., b/m. F.N. Əliyeva

✶ b/m. A.A. Mustafayev

✶ Müəl. Y.B. Kərimova

✶ Müəl. A.C. Nəsibov

Tədris olunan fənlər (Bakalavr)

✶ İqtisadiyyatın tənzimlənməsi.

✶ Dövlət idarəetmə nəzəriyyəsi.

✶ Biznesin əsasları.

✶ Dövlət qulluğu etikası.

✶ Biznesin etikası və sosial məsuliyyət.

✶ Biznesin təhlükəsizliyi.

✶ Biznesin idarə edilməsi.

✶ Beynəlxalq biznes.

✶ Layihə menecmenti.

✶ Kiçik biznesin iqtisadiyyatı.

✶ Layihələrin idarə edilməsi.

✶ Dövlət və bələdiyyə idarə etməsi.

✶ Bələdiyyə idarəçiliyi.

Tədris olunan fənlər (Magistratura)

✶ Biznesin idarə edilməsinin müasir problemləri.

✶ Biznesin idarə edilməsinin tarixi və metodologiyası.

✶ Biznesin təşkili və idarə edilməsinin aktual problemləri.

✶ Biznesin idarəetmə strategiyası.

✶ Biznesin hüquqi tənzimlənməsi problemləri.

✶ Dövlət və bələdiyyə idarəetməsi problemləri.

✶ Milli iqtisadiyyatın dövlət tənzimlənməsi problemləri.

✶ Regional iqtisadiyyatın inkişaf problemləri.

✶ İnvestisiya proseslərinin dövlət tənzimlənməsi.

✶ Dövlət sahibkarlığının hüquqi tənzimlənməsi problemləri.

✶ Biznesin səmərəliliyinin idarə edilməsi.