• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
"Dünya İqtisadiyyatı" Kafedrası

"Dünya İqtisadiyyatı" Kafedrası

                                                       

Gəncəli Əziz oğlu Gənciyev - Azərbaycan Kooperasiya Universitetinin "Dünya İqtisadiyyatı" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor.

Həyatı

Gəncəli Əziz oğlu Gənciyev 1942-ci ildə anadan olub. 1965 – ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "İqtisadiyyat" fakültəsini bitirib.

Elmi Fəaliyyəti

1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olub. 1971-ci ildə akademik Əhməd Əkbər oğlu Mahmudovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə EA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi vəzifəsinə seçilib. 1978-1994-cü illərdə həmin institutda “Elmi-texniki potensialın səmərəliliyi” şöbəsinə müdir vəzifəsində işləmişdir. 1987-ci ildə Azərbaycan EA-nın Rəyasət heyətinin qərarə əsasında Moskva şəhərində keçmiş ittifaqın İqtisadiyyat İnstitutunda 2 il doktorant olmuşdur. 1998-ci il may ayında “Elmi –texniki potensialdan intensiv istifadə şəraitində kənd təsərrüfatı istehsalının səmərəliliyinin yüksəldilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə 08.00.05-Xalq təssərüfatı səviyyəsi üzrə professor elmi adı almışdır. 1994-1995-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin rektoru vəzifəsində işləmişdir. Hazırda həmin universitetin “Dünya iqtisadiyyatı” kafedrasının müdiri vəzifəsində çalışır. O, 169 elmi məqalə və tezisin müəllifidir. Kooperasiya Universitetində işləyən illərdə “Beynəlxalq iqtisadi münasibətlər” və “Transmillikorporasiyalar” adlı 2 monoqrafiya, “Dünya iqtisadiyyatı” (səh.450), “Beynəlxalq iqtisadi mühasibətlər” (səh.396), “Ölkəşünaslığın əsasları” (səh.350), dərsliklərin “İxrac ehtiyatlarından istifadənin yaxşılaşdırılması istiqamətləri” adlı dərs vəsaitinin müəllifidir. Bundan başqa Universitetdə işləyən zaman iri həcmli 4 kitabça və tədris vəsaiti hazırlamışdır. 18 ədəd tədris proqramının və metodiki göstərişin müəllifidir. Professor G.Ə.Gənciyevin rəhbərliyi altında 38 nəfər elmlər namizədi dissertasiya müdafiə etmişdir. Onlardan 8 nəfəri Kooperasiya Universitetində işlədiyi illərin payına düşür. Hazırda onun rəhbərliyi altında 6 nəfər aspirant və dissertant namizədlik dissertasiyası yerinə yetirirlər. O, BDU-da ixtisaslaşmış Elmi Şurasının üzvüdür. O, hər il 2-3 beynəlxalq və elmi konfranslarda iştirak edir.

Kafedra Haqqında

Kafedra 1996-cı ildə yaradılmışdır. Yaranan gündən kafedraya iqtisadi elmlər doktoru, professor Gəncəli Əziz oğlu Gənciyev rəhbərlik edir. Kafedranın profilinə uyğun olaraq professor G.Ə.Gənciyevin rəhbərliyi altında “Azərbaycanda beynəlxalq əmək bölgüsünün imkanlarından istifadə edilməsi problemləri” mövzusunda elmi tədqiqat işləri yerinə yetirilir. Tədqiqatlardan alınan əməli nəticələrin bir hissəsi İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuş, qəbul olunması və müxtəlif dövlət proqramlarında istifadə ediləcəyi haqqında Universitetə rəsmi sənəd göndərilmişdir. Kafedranın bütün müəllimləri qeyd edilən problem üzrə elmi tematikada iştirak edirlər. Son 5 ildə kafedranın müəllimləri 15 respublika əhəmiyyətli konfransda iştirak edirlər. Kafedranın Azərbaycan Dövlət İqtisad Universiteti, EA-nın İqtisadiyyat İnstitutu, İqtisadi İslahatlar Mərkəzi ilə sıx əlaqələri vardır. Kafedrada 5 nəfər müəllim işləyir. Bunlardan 1 nəfər elmlər doktoru, professor, 4 nəfər iqtisad elmləri namizədi, dosent, 1 nəfər baş laborant fəaliyyət göstərirlər.

Professor-müəllim heyəti:

✶ İ.e.d., prof. Gənciyev Gəncəli Əziz oğlu (Kafedra müdiri)

✶ F.ü.i.e.n., dos. Quliyeva Aygün Eldar qızı

✶ İ.e.n., dos. Ələkbərov Əşrəf Rəsul oğlu

✶ İ.e.n., dos. Əhmədova Sədaqət Elman qızı

✶ İ.e.n., Əzizov Anar Əli oğlu

✶ müəl. Cəlilova Cəmilə Əli qızı

Tədris olunan fənlər (Bakalavr)

✶ Transmillikorporasiyalar.

✶ Beynəlxalq kommersiya işi.

✶ Beynəlxalq iqtisadi təşkilatlar.

✶ Dünya iqtisadiyyatı.

✶ Beynəlxalq nəqliyyat əməliyyatları.

✶ Azərbaycanın xarici ticarət əlaqələri.

✶ Beynəlxalq iqtisadi münasibətlər.

✶ Beynəlxalq iqtisadiyyat.

✶ Xarici iqtisadi siyasət.

Tədris olunan fənlər (Magistratura)

✶ İqtisad elminin müasir problemləri