Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
“Əmtəəşünaslıq və Ekspertiza” Kafedrası

“Əmtəəşünaslıq və Ekspertiza” Kafedrası

                                                       

 

Vilayət Abbas oğlu Əliyev - Azərbaycan Kooperasiya Universitetinin "Əmtəəşünaslıq və Ekspertiza" kafedrasının müdiri, texniki elmləri namizədi, professor.

Həyatı

V.A.Əliyev 1965-ci ildə C.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Ərzaq malları əmtəəşünaslığı və ticarətinin təşkili” ixtisasını bitirib, ali əmtəəşünas ixtisasını almışdır.

Elmi Fəaliyyəti

1965-1969-cu illərdə mağaza müdiri, təsərrüfat hesablı mağazanın direktoru, qarışıq mal ticarət idarəsinin baş əmtəəşünası işləmişdir. 1969-cu ildən 1980-ci ilə qədər Bakı Sovet Ticarət Texnikumunda müəllim işləmişdir. 1980 ci ildə Moskva Kooperativ İnstitutunda “Balıq və onun emalı məhsullarının tədqiqatı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1980-ci ildən Moskva Kooperativ İnstitutunun Bakı filialına köçürülmüşdür. Bu filialda assisent, baş müəllim, dosent və 1995-ci ildən professor vəzifəsində çalışır. Professorun işlədiyi müddətdə yalnız öz ixtisasına aid 204 elmi məqaləsi, 37 proqramı, 4 braşurası, 1 monoqrafiyası, 2 patenti, 4 dərsliyi, dərsliyin biri Türkiyədə çap edilmişdir. Professor Türkiyənin 5 universitetində Malatyanın İnönü, İzmirin Ege, Qaziantep, Elazığ və Konya Universitetlərində bir müddət mühazirələr oxumuş, Türkiyənin Qaziantep Universitetində, ABŞ-ın Hyuston Universitetində, İranın Rəşt şəhərində Beynəlxalq Balıq Texnologiyaları İnstitutunda beynəlxalq konqresdə, beynəlxalaq universitetlərində çıxış etmişdir. V.A.Əliyev geniş içtimai işlərlə uzun müddət MM-də Aqrar Sahənin işçi qrupun, Təhsil sahəsində işçi qrupun, Azərbaycan Respublikası Təhsil Nazirliyində metod şuranın üzvü, 1997-ci ildən Nəcəf Nərimanov ərazi YAP təşkilatının sədri, Kooperastiv Universitetində Heydər Əliyev məktəbinin rəhbəridir. Professor müntəzəm “Respublika”, “Azərbaycan” qəzetlərində çıxış edir. Vilayət müəllimin çox sayda “fəxri fərmanla”, 2000-ci ildə Azərittifaqın “Fəxri kooperator” döş nişanı, 2014 - cü ildə içtimai fəaliyyətinə və tədrisdə fərqləndiyi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri fərmanı” v ə 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilmişdir.

Kafedra Haqqında

“Əmtəəşünaslıq və ekspertiza” kafedrası 1984-cü ildə təşkil edilmişdir. Kafedranın 2017-2020-ci illər üçün elmi tədqiqat planı - “Respublikaya daxil olan istehlak mallarının keyfiyyətinin yüksəldilməsi, ekoloji çirklənməsinin qarşısının alınması istiqaməti” 2017-ci ildə “Respublikaya gətirilən balıq və balıq məhsullarının keyfiyyətinin tədqiqatı və ekspertizası”. Eyni zamanda 2017-ci il üçün “Geyim məmulatlarının keyfiyyətinə nəzarət bazarın qorunmasının əsas amilidir”. Elmi tədqiqat işinin yerinə yetirilməsində kafedranın bütün əməkdaşları iştirak edir.

Professor-müəllim heyəti:

✶ T.e.n., prof. Vilayət Abbas oğlu Əliyev (kafedra müdiri)

✶ B.e.n., dos. Kamil Arif oğlu İsmayılov

✶ İ.e.n., dos. Adil Həsi oğlu Güləliyev

✶ İ.e.f.d., b/m. Şövkət Abuzər qızı Yusifova

✶ müəl. Kəmalə Əziz qızı Haqverdiyeva

✶ müəl. Samirə Şəmsəddin qızı Quliyeva

✶ müəl. Solmaz Rza qızı Qasımova

✶ müəl. Aytəkin Ağaxəlil qızı Hüseynova

Tədris olunan fənlər (Bakalavr)

✶ Qida kimyası.

✶ Qida fiziologiyası.

✶ Biotexnologiya.

✶ Xammal və qida məhsullarının təhlükəsizliyi.

✶ ƏMƏ və ekspertizanın nəzəri əsasları.

✶ İstehlak mallarının ekspertizasının nəzəri əsasları.

✶ İstehlak mallarının təhlükəsizliyi.

✶ Əmtəəşünaslıq və ekspertizanın nəzəri əsasları.

✶ ƏMƏ və ekspertiza.

✶ Balıq və balıq məhsullarının texnologiyası.

✶ Xammal və hazır məhsulun keyfiyyətinə texniki-kimyəvi nəzarət.

✶ Ət və ət məhsullarının texnologiyası.

✶ QƏMƏ və ekspertiza.

✶ Tikiş məmulatlarının istehsal texnologiyası.

✶ Toxuculuq texnologiyası.

✶ Yeyinti xammalının əmtəəşünaslığı və anatomiyası.

✶ Materialların əmtəəşünaslığı.

✶ Toxuculuq, geyim və ayaqqabı mallarının ekspertizası.

✶ Malların eyniləşdirilməsi və saxtalaşdırılması.

✶ Süd və süd məhsullarının texnologiyası.

✶ Çörək və makaron məmulatlarının texnologiyası.

✶ Xammal və məhsulun keyfiyyətinə nəzarət.

✶ Gön və dəri məmulatlarının texnologiyası.

✶ Trikotaj istehsalının texnologiyası.

✶ Yunun ilkin emalı texnologiyası.

✶ İstehlak mallarının ekspert qiymətləndirilməsi.

✶ Heyvan mənşəli ərzaq məhsullarının ekspertizası.

✶ Bitki mənşəli ərzaq məhsullarının ekspertizası.

✶ Plastik kütlə və kimyəvi rəngsazlıq mallarının ekspertizası.

✶ İstehlak mallarının estetikası.

✶ Mikrobiologiya, sanitariya və gigiyena.

Tədris olunan fənlər (Magistratura)

✶ İstehlak mallarının ekspertizası və marketinqinin müasir problemləri.

✶ İstehlak mallarının ekspertizasının və marktinqinin tarixi və metodologiyası.

✶ Bitki mənşəli ərzaq məhsullarının əmtəəşünaslığı, ekspertizası və marketinqin müasir problemləri.

✶ Ərzaq məhsullarının saxlanmasının fiziki-kimyəvi əsasları.

✶ Ərzaq məhsullarının soyuduculuq texnologiyası.

✶ Çoxişlənən malların texnologiyası mühəndisliyinin müasir problemləri.

✶ Çoxişlənən malların texnologiyası mühəndisliyinin tarixi və metodologiyası.

✶ Azərbaycanda tikiş sənayesinin inkişafı.

✶ Tikiş məmulatlarının istehsal texnologiyası.

✶ Tikiş məmulatlarının texnoloji maşın və avadanlıqları.

✶ Tikiş məlulatlarının istehsalının elmi-texniki problemləri.

✶ Texnoloji proseslərin idarə edilməsi.

✶ Yeyinti xammalının əmtəəşünaslığı.

✶ Qida məhsullarının konservləşdirilməsinin əsasları.

✶ Malların əmtəəşünaslığı və ekspertizası.

✶ Qida məhsulları mühəndisliyinin müasir problemləri.

✶ Qida məhsulları mühəndisliyinin tarixi və metodologiyası.

✶ Bitki mənşəli qida məhsullarının emalı texnologiyası.

✶ Taxıl-un, qənnadı mallarının emalı texnologiyası.

✶ Çoxişlənən malların əmtəəşünaslığı və ekspertizası.

✶ Malların təhlükəsizliyi və rəqabət qabiliyyəti problemləri.

✶ Heyvan mənşəli ərzaq məhsullarının əmtəəşünaslığı, ekspertizası və marketinqi.

✶ Yeyinti xammalının əmtəəşünaslığı və anatomiyası.

✶ Ərzaq məhsullarının konservləşdirilməsi.

✶ Tikiş məmulatlarının keyfiyyətinin qiymətləndirilməsi

✶ Təbii liflərin, toxuculuq və trikotaj məmulatlarının istehsal texnologiyası