loading
HUMANİTAR FƏNLƏR Kafedrası

HUMANİTAR FƏNLƏR Kafedrası

Məhərrəmov Nizami Cəlal oğlu 1951-ci ilin 12 avqustunda Naxçıvan MR-nın Babək rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbə daxil olub, 1968-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi bitirib, BDU-nin “Şərqşünaslıq” fakültəsinin “Fars filologiyası” şöbəsinə daxil olmuşdur. 1973-cü ildə təhsilini başa vurub, təyinatla Naxçıvan şəhər 1 saylı orta məktəbdə fars dili müəllimi, 1976-1978-ci illərdə isə həmin məktəbdə direktor müavini vəzifəsində çalışmışdır. 1978-1981-ci illərdə Əfqanıstan Respublikasında Əfqanıstan Müdafiə Nazirliyinin  4-cü və 15-ci tank briqadalarında döyüşçü-tərcüməçi olmuşdur. 1982-ci ildən 1984-cü ilədək AMEA-nın Əlyazmalar İnstitutunda baş laborant, 1984-1988-ci ilədək  Əfqanıstanın KEK-da tərcüməçi işləmişdir. 1988-ci ildən 2002-ci ilədək Əlyazmalar İnstitutunda elmi işçi kimi çalışmışdır. 2002-ci ilin sentyabrından 2004-cü ilin sentyabrınadək BSPT-da müəllimlik etmişdir.

2004-cü ilin sentyabr ayından Azərbaycan Kooperasiya Universitetinin “Tarix” kafedrasında baş müəllim, 2014-cü ildən 2016-cı ilədək isə həmin kafedranın müdiri işləmişdir. 2016-cı ildən “Humanitar fənlər” kafedrasının müdiridir.

Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Daxili və xarici mətbuatda 20-dən çox elmi, bədii və publisistik yazıları dərc olunmuşdur (Azərbaycan və fars dillərində).

O, “Şərəfəddin Rami Təbrizi və onun “Həqayiq-ül-Hədayiq” əsəri” adlı monoqrafiyasının müəllifi, Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” əsərinin tərcüməçilərindən və “Politologiya: ensiklopedik lüğət” əsərinin həmmüəlliflərindəndir.

Müharibə veteranıdır, ehtiyatda olan kapitandır. Hərbi əməliyyatlarda iştirakına görə SSRİ-nin və Əfqanıstan Respublikasının 1 (bir) ordeni və 5 (beş) medalı ilə təltif edilmişdir. 1995-ci ildə İranda keçirilmiş Dünya Şərqşünaslarının simpoziumunda elmi məruzə ilə çıxış etmişdir.

Dos. N.Məhərrəmov ali məktəb tələbələri üçün “Multikulturalizmə giriş (bakalavr pilləsi), “Azərbaycan multikulturalizmi” (magistr pilləsi) tədris proqramlarının və “Multikulturalizm və tolerantlıq” dərs vəsaitinin müəllifidir.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz