loading
İNGİLİS DİLİ Kafedrası

İNGİLİS DİLİ Kafedrası

Hüseynova Aytən Abas qızı 1982-ci ilin fevral ayının 19-da Bakı şəhərində  anadan olub. 1988-ci idlə Bakı şəhərində M. Rahim adına 7saylı orta məktəbə gedərək, 1998-ci ildə oranı bitirib. Elə həmin ildə də Qərb Universitetinin “Xarici dil (ingilis) və ədəbiyyat” fakültəsinə daxil olub. 2002-ci ildə həmin fakültəni bitirib. 2004-cü ildə Qərb Universitetinin “Xarici dil və ədəbiyyat” fakültəsinin magistratura şöbəsinə daxil olaraq, 2006-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Qərb Universitetinin “İngilis filologiyası” kafedrasında müəllim kimi çalışmağa başlayıb. 2011-ci ildə isə Azərbaycan Kooperasiya Universitetinin “Tərcümə” kafedrasında baş müəllim kimi işə qəbul olunub. 2014-cü il fevral ayından isə rektor Eldar Quliyevin əmri ilə “Xarici dillər” kafedrasına müdir vəzifəsinə təyin edilmişdir. Magistr pilləsində təhsil aldığı zaman “LiderTV”nin “Dublyaj” redaksiyasında tərcüməçi kimi çalışmışdır (2003-2006). “Ceyms Coysun dünya ədəbiyyatında mövqeyi və rolu” (2009, Nurlan, Bakı) adlı tələbələr üçün metodik tövsiyənin, bir çox məqalələrin və fənn proqramlarının müəllifidir. 1: ”Ardıcıl tərcümə və qeydgötürmə texnikası” (2012).”Bədii tərcümə” (2012). “İngilis dili”(Qeyri ixtisas fakültələr üçün).

Hal hazırda Bakı Slavyan Universitetində “Dünya ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi” kafedrasında dissertantıdır. Dissertasiya mövzusu ilə bağlı bir neçə məqalələrin müəllifidir. Dissertasiyanın mövzusu: L. Ulitskaya və R.Pilçerin yaradıcılığında həqiqi və xəyali dəyərlərin təcəssümü. “Aytən Abbas” təxəllüsü ilə 3 bədii əsərin müəllifidir  (“Əsrin hökmü” (“Nurlan”, 2010), “Ehtirasın səhvi” (“Elm və Təhsil”, 2011), “Səni düşünərkən” (“Elm və Təhsil”, 2012).

Ailəlidir, bir övladı var. 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz