• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
"Marketinq və Turizm xidməti" Kafedrası

"Marketinq və Turizm xidməti" Kafedrası

                                                        

 

Gülnisə Əlisəfa qızı Mustafayeva - Azərbaycan Kooperasiya Universitetinin “Marketinq və Turizm xidməti” kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent əvəzi.

Həyatı

Mustafayeva Gulnisə Əlisəfa qızı 1959-cu ilin 14 iyununda Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuşdur. 1966-ci ildə orta məktəbə daxil olub, 1976-ci ildə Bakı Şəhəri 225 saylı orta məktəbi bitirib. Xalq Təsərrüfatı İnstitununun “Əmtəəşünaslıq” fakultəsinin qeyri ərzaq əmtəəşünaslıq şöbəsinə daxil olmuşdur. 1982-ci ildə BDU-nun “Jurnalistika” fakultəsinə ikinci təhsil almaq üçün daxil olmuşdur.

Elmi Fəaliyyəti

1980-ci ildə təhsilini başa vurub, təyinatla Azərittifaqın elmi metodik kabinetində metodist vəzifəsində çalışmışdır. 1988-90-cı illərdə Bakı Ticarət texnikumunda müəllim vəzifəsində işləmişdir. 1994-ci ildə Azərbaycan Kooperasiya İnstitutunda rektorun köməkçisi vəzifəsində çalışmışdır. 1995-ci ildə “Əmtəəşünaslıq” kafedrasında müəllim sonra baş müəllim vəzifəsində çalışmışdır.2005-ci ildə “İqtisadiyyatın hüquqi tənzimlənməsi” kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən hal –hazıra qədər “Marketinq və turizm xidməti” kafedrasının müdiri vəzifəsində çalışır. Iqtisad üzrə fəlsəfə doktorudur. Daxili və xarici mətbuatda 25-dən çox elmi yazıları dərc olunmuşdur (azərbaycan rus dillərində). O, “Aqrar sahə modernləşmə dönəmində: (problemlər və onun həlli yolları)” adlı monoqrafiyanın müəllifidir. Dos. G.Mustafayeva “Sosial sahələrin iqtisadiyyatı”, “Aqromarketinq”, “Bazar infrastrukturu”, “Logistika”, “Marketinqin kommunikasiya sistemi” (bakalavr pilləsi üçün), “İstehlak mallarının marketinqi” (Magistr pilləsi üçün)tədris proqramlarının və “Bazar infrastrukturu” dərs vəsatinin müəllifidir.

Kafedra Haqqında

2008-2012-ci illərdə “Marketinq və turizm xidməti” adı altında fəaliyyət göstərmiş kafedraya dosent Qafarov Nizami Cəlal oglu rəhbərlik etmişdir. 2012--ci ildən hal hazırki dövrə qədər kafedraya dosent G.Ə.Mustafeyeva rəhbərlik edir. Kafedramızın müəllimləri mütəmadi olaraq elmi konfranslarda iştirak edir, müxtəlif qazet və jurnallarda tezis və elmi məqalələr dərc etdirirlər. Kafedra əməkdaşlarının iştirakı ilə ölkəmizdə gedən ictimai - iqtisadi və siyasi inkişafla əlaqədar olaraq tədris proqramında ardıcıl olaraq müvafiq dəyişikliklər aparılmışdır. Kafedranın müəllimləri təsdiq olunan tədris-təqvim planının əsasında mühazirə və seminar məşğələləri aparırlar.

Professor-müəllim heyəti:

✶ dos. Mustafeyeva Gulnisə Əlisəfa qızı (kafedra müdiri)

✶ dos. Şükürov Tahir Şükür oğlu

✶ dos. Quliyev Fikrət Vəli oğlu

✶ dos. Səfərov şakir Oruc oğlu

✶ dos. Allahverdiyeva Müslümat Allahverdi qızı

✶ dos. Abbasova Firuze Qaraxan qızı

✶ b/m. Cahangirova Bəsti İsgəndər qızı

✶ müəl. Rzayeva Ayan Əhməd qızı

Tədris olunan fənlər (Bakalavr)

✶ Marketinq.

✶ Marketinq tədqiqatları.

✶ Beynəlxalq marketinq.

✶ Bazar infrastrukturu.

✶ Aqro marketinq.

✶ Marketinq idarə edilməsi.

✶ Marketinqin kommunikasiya sistemi.

✶ İstehsal sahələrinin marketinqi.

✶ İstehlak mallarının marketinqi

✶ Sosial sahələrin marketinqi.

✶ Strateji marketinq.

Tədris olunan fənlər (Magistratura)

✶ Marketinqin müasir problemləri.

✶ İstehlak malları marketinqinin aktual problemləri.

✶ Kənd təsərrüfatı xammalı və qida məhsullarının marketinqi.

✶ Marketinqin idarə edilməsi problemləri.

✶ İstehlakçıların davranışı.

✶ Strateji marketinq.

✶ İnternet - marketinq.