Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
“Mühasibat uçotu və audit” Kafedrası

“Mühasibat uçotu və audit” Kafedrası

                                                            

 

Şəhla Əli qızı Cəfərova - Azərbaycan Kooperasiya Universitetinin "Mühasibat uçotu və audit" kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent.

Həyatı

Cəfərova Şəhla Əli qızı 31 dekabr 1963-cü ildə İmişli rayonun Semyonovka kəndində anadan olmuşdur. 1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir.

Elmi Fəaliyyəti

1981- 2007 –ci ilə kimi müxtəlif idarə və təşkilatlarda mühasib və mühasib köməkçisi vəzifələrində çalışmışdır.1999-2007- ci illərdə Bakı Dövlət Sosial-İqtisadi kollecində müəllim kimi fəaliyyət göstərmişdir. 2000- 2007- ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı olmuşdur. 2007-ci ildə isə “Bazar iqtisadiyyatı şəraitində auditin analitik təminatı və onun təkmilləşdirilməsi problemləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Elmlər namizədi alimlik dərəcəsi üzrə müdafiə etdiyi ixtisasın şifri 08.00.12 “ Mühasibat uçotu, statistika” dır. Ş.Ə.Cəfərova 2007-ci ildən Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” kafedrasında baş müəllim kimi fəaliyyətə başlamışdır. 13 may 2008-ci il (protokol №27-K) tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Universitetin Elmi Şurasının 29 aprel 2013-cü il tarixində “Mühasibat uçotu və audit” kafedrası üzrə dosent elmi adı almaq üçün sənədləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir. 27 dekabr 2013-cü il (protokol №33-k) tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən mühasibat uçotu və audit kafedrası üzrə dosent elmi adı verilmişdir. Ş.Ə. Cəfərova Universitetin Elmi Şurasıtərəfindən müsabiqə yolu ilə 07 fevral 07.02.2012-ci il tarixdən(rektorun 07.02.2012-ci il tarixli14-K saylı əmri ilə) hal-hazıradək “Mühasibat uçotu və audit” kafedrasının müdiri və dosent vəzifəsində çalışır. 2 dərsliyin, 1 dərs vəsaitinin, 1 monoqrafiyanın, tədris proqramlarının, elmi-metodik vəsaitlərin və elmi məqalələrin müəllifidir.

Kafedra Haqqında

“Mühasibat uçotu və audit” kafedrası 1964-cü ildən “İqtisadi fənlər” kafedrasının tərkibində fəaliyyət göstərmişdir. Bu illər ərzində kafedraya Respublikanın i.e.n., dosent Hacımurad Bəylər oğlu Tabasaranski, i.e.d., professor Veysəl İlyas oğlu İsayev, i.e.n. dosent Xanoğlan Əndəlif oğlu Hüseynov kimi məşhur iqtisadçılar rəhbərlik etmişlər. 1998-2012-ci ilə kimi kafedraya i.e.n., dosent Ənvər Sadıq oğlu Salahov rəhbərlik etmişdir. 07 fevral 2012-ci ildən hal-hazıradək iqtisad elmləri namizədi, dosent Şəhla Əli qızı Cəfərovanın rəhbərliyi ilə fəaliyyət göstərir. Kafedranın əməkdaşları tərəfindən aparılmış elmi-tədqiqat işlərinin nəticələri kimi çoxsaylı tədris proqramları, monoqrafiya və məqalələr də nəşr olunmuşdur. “Mühasibat uçotu və audit” kafedrasında bazar iqtisadiyyatına keçidlə əlaqədar problemlər, beynəlxalq standartlar əsasında müasir maliyyə-mühasibat uçotu öyrənilir və 2017/2020 – ci illər üzrə “Mühasibat uçotu və audit” kafedrasında “Azərbaycanda uçot və hesabatların milli iqtisadiyyatın perspektiv inkişaf hədəflərinə uyğun təkmilləşdirilməsi problemləri” mövzusunda elmi- tədqiqat işi aparılır. Elmi-tədqiqat işləri 8 istiqamətə ayrılmışdır : 1. Dos.Ş.Ə.Cəfərova, Dos.Ş.M.İbrahimov : Milli iqtisadiyyatın perspektiv inkişaf hədəflərinə uyğun xidmət sferasında idarəetmə uçotunun təkmilləşdirilməsi xüsusiyyətləri; 2. Dos.Ə.S.Salahov: Mühasibat uçotunun müasir standartlarının tələblərinə uyğun təkmilləşdirilməsi və kompüterləşdirilməsi prinsipləri; 3. Dos.A.F.Məmmədova: İqtisadiyyatın dövlət sektorunda səmərəliliyin artırılması problemləri; 4. Dos.V.M.Mehdiyev: Kommersiya müəssisələrində kapitalın uçotunun Milli Mühasibat Uçotunun Standartları və iqtisadiyyatın strateji inkişaf hədəflərinə uyğun təkmilləşdirilməsi prinsipləri; 5. Dos. M.K.Tağıyeva : Azərbaycan Respublikasının ıqtisadi inkişafını təmin edən statistik göstəricilər və onun hesablanmasının mütərəqqi metodları; 6. B/m T.Q.Baqişeva, b/m A.Ə.Adıgözəlova: Azərbaycan Respublikasında auditin təşkilinin müasir problemləri və onun milli iqtisadiyyatın strateji yol xəritəsinə uyğun təkmilləşdirilməsi istiqamətləri; 7. B/m E.Q.Qarayev: Müstəqil Azərbaycanın yüksələn inkişaf strategiyasının reallaşdırılması istiqamətində Maliyyə nəzarəti və auditin təkmilləşdirilməsi istiqamətləri; 8. B/m K.B.Tağıyev: Azərbaycan Respublikasının iqtisadi inkişafı ilə bağlı göstəricilərin hesablanmasının təkmilləşdirilməsi istiqamətləri.

Professor-müəllim heyəti:

✶ İ.f.d., dos. Cəfərova Şəhla Əli qızı (kafedra müdiri)

✶ İ.f.d., dos. Salahov Ənvər Sadıq oğlu

✶ İ.f.d., dos. İbrahimov Şahraz Müzəffər oğlu

✶ İ.f.d., dos. əvəzi Məmmədova Adilə Firdovsi qızı

✶ İ.f.d., dos. Mehdiyev Vüqar Muxtar oğlu

✶ İ.f.d., dos. Tağıyeva Mehriban Kərəm qızı

✶ b/m. Baqişeva Tubu Qafar qızı

✶ b/m. Qarayev Eyyub Qafar oğlu

✶ b/m. Adıgözəlova Aynur Əskər qızı

✶ b/m. Hüseynova Kəmalə Əkbər qızı

Tədris olunan fənlər (Bakalavr)

✶ Mühasibat uçotu (ixtisas)

✶ Maliyyə uçotu.

✶ Auditin əsasları.

✶ Praktiki audit.

✶ İdarəetmə uçotu.

✶ Maliyyə hesabatı.

✶ Maliyyə hesabatının beynəlxalq standartları.

✶ Mühasibat uçotunun kompüter texnologiyası.

✶ Beynəlxalq uçot və audit.

✶ Audit (ixtisas)

✶ Statistika.

✶ Gəlir və əmək haqqı siyasəti.

✶ Mühasibat uçotu (qeyri-ixtisas)

✶ Audit (qeyri-ixtisas)

✶ Büdcə və xəzinə uçotu.

✶ Maliyyə nəzarəti və audit.

✶ Büdcə təşkilatlarında mühasibat uçotu və hesabat

✶ Mühasibat uçotu və audit.

Tədris olunan fənlər (Magistratura)

✶ Uçot və hesabatın kompüter texnologiyaları.

✶ Vergitutuma və gömrük əməliyyatlarının uçotu problemləri.

✶ Mühasibat uçotu və auditin müasir problemləri.

✶ Maliyyə və hesabatın beynəlxalq standartlara uyğunlaşdırılması problemləri.

✶ Uçot və hesabatın beynəlxalq və milli standartları.

✶ Uçot və auditin kompüter texnologiyaları.

✶ İdarəetmə uçotunun təkmilləşdirilməsi problemləri.

✶ Müəsissənin xarici-iqtisadi fəaliyyətinin uçotu və auditi.

✶ Auditin nəzəri praktiki problemləri.

✶ Banklarda uçot və auditin problemləri.

✶ Büdcə təşkilatlarında uçot və hesabat.

✶ Xidmət sferasında mühasibat uçotu və auditin aktual problemləri.