• +994125616430
  • aku1964@mail.ru
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
“MM və Həyat fəaliyyətinin təhlükəsizliyi” Kafedrası

“MM və Həyat fəaliyyətinin təhlükəsizliyi” Kafedrası

                                                     

 

Rauf Qəzənfər oğlu Məmmədov - Azərbaycan Kooperasiya Universitetinin "Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi" kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent.

Həyatı

Məmmədov Rauf Qəzənfər oğlu 29 oktyabr 1952-ci ildə, Qasım-İsmayılov rayonunun Qızılhacılı kəndində (Goranboy) anadan olmuşdur. 1969-ci ildə orta məktəbi, 1969 --1974 –cü illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və oranı bitirmişdir.

 

Elmi Fəaliyyəti

1974 – 1975 -- ci illərdə təyinat üzrə işləmiş.1975-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. 1977 – 1981 – ci illərdə AR Daxili İşlər Orqanlarında çalışmışdır. 1981 – 1991 -- ci illərdə AR Elmlər Akademiyasının Kibernetika İnstitunun əyani aspirantı olmuş,1987-ci ildən İqtisad elmləri namizədi elmi işçi kimi fəaliyyət göstərmişdir. 1991 – 2012 - ci illərdə AR Daxili İşlər Orqanlarında işləmiş, 1995 – ci ildə AR DİN-nin Polis Akedemiyasını bitirmişdir. 2012 -- 2015-ci illərdə AR Vergilər Nazirliyi sistemində çalışmışdır. 2016–cı il fevral ayından “Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi” kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. 6 məqalənin,3 fənn proqramının müəllifidir. Ailəlidir, 1 övladı var.

Kafedra Haqqında

2002-ci ildən “Bədən tərbiyəsi və Mülki Müdafiə” adı ilə yaradılan kafedra hazırda “Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi” adı altında fəaliyyət göstərir. 2002-2011 – ci ilədək kafedraya b/m M.H.Hüseynov rəhbərlik etmişdir. 2011-2013 – cü illərdə b/m C.M.Qədirli yeni kafedra müdiri təyin olunmuşdur. 2013-2016 –cı illərdə yeni yaradılmış “Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi” kafedrasına p.ü.f.d., dos.M.H.Hüseynov rəhbərlik etmişdir. 2016-cı il fevral ayından AKU – da sturuktur dəyişikliyi ilə əlaqədar olaraq kafedra müdiri i.e.n.Məmmədov Rauf Qəzənfər oğlu təyin olunmuşdur.Kafedranın müəllimləri təsdiq olunan təqvim mövzu planı əsasında mühazirə və seminar məşğələləri aparırlar. Hazırda kafedranın heyəti 5 nəfərdən ibarətdir.

Professor-müəllim heyəti:

✶ İ.e.n., dos. Məmmədov Rauf Qəzənfər oğlu (kafedra müdiri)

✶ P.ü.f.d., dos. b/m Hüseynov Mərdan Həsən oğlu

✶ b/m. Qafarov Rəfael Məmmədhəsən oğlu

✶ b/m. Qədirli Ceyhun Mübariz oglu

Tədris olunan fənlər (Bakalavr)

✶ Mülki Müdafiə.

✶ Həyat Fəaliyyətinin Təhlükəsizliyi.

✶ Əməyin mühafizəsi.