Azərbaycan Kooperasiya Universiteti
  • +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
“Standartlaşdırma və texnologiya” Kafedrası

“Standartlaşdırma və texnologiya” Kafedrası

                                                       

 

Kamil Arif oğlu İsmayılov - Azərbaycan Kooperasiya Universitetinin “Standartlaşma və texnologiya” kafedrasının müdiri, biologiya elmlər namizədi, dosent

Həyatı

İsmayılov Kamil Arif oğlu, 20 fevral 1961-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərində 52 saylı məktəbə daxil olub, 1978-ci ildə qızıl medalla qurtarmışdır. Həmin ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsinə daxil olub, 1983-ci ildə fərqlənmə diplomu ilə qurtarmışdır.

Elmi Fəaliyyəti

1983-ci il AMEA-nın Botanika institutunda baş laborant vəsifəsində əmək fəaliyyətinə başlamış. Sonra 1988-ci ildə laboratoriyanı AMEA-nın Genetika və Seleksiya institutuna köcürmüşlər. 1991-ci ildə AMEA-nın Genetika və Seleksiya institutunun müdafiə şurasında “Bitkilərin dözümlülüyünün genetik qiymətləndirilməsi və onların ekstremal şəraitdə antimutagen müdafiəsi” mövzusunda müfəvvəqiyyətlə müdafiə edib, biologiya elmlər namizədi olmuşdur. 2003-ci ildə Genetika və Seleksiya institutunun bazasında Genetik Ehtiyatlar institutu yaradıldı və 2009-cu ilə qədər orada elmi fəaliyyətlə məşğul olmuşdur. 2005-2009-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Gənclər, elm və təhsil departamentində redaktor vəzifəsində çalışmış. 2009-2015-ci illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışmışdır. 2015-ci ilin sentyabrında Azərbaycan Kooperasiya Universitetinin Əmtəəşünaslıq və Ekspertiza kafedrasında dosent vəzifəsində çalışır. 19 aprel 2018-ci ildən beş il müddətinə “Standartlaşma və texnologiya” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 40-dan yuxarı elmi məqalələri daxili və xarici elmi jurnallarda çap olunmuşdur. Üç müəlliflik şəhadətnaməsi vardir və bir neçə fənn proqramının müəllifidir.

Kafedra Haqqında

Kafedrada iki professor, beş dosent, bir baş müəllim, bir müəllim və laboratoriya müdiri çalışır. Kafedranın tərkibində sınaq laboratoriyası fəaliyyət göstərir. Məmulatın rəqabət qabiliyyətini qiymətləndirmək, keyfiyyət göstəricilərini təyin etmək, təcrübədə qida məhsullarının təhlükəli xassələrini müəyyənləşdirmək, ölçmə, sınaq və nəzarət işlərini intensivləşdirmək məqsədi ilə Azərbaycan Kooperasiya Universitetinin «Standartlaşdırma və texnologiya» kafedrasının “Raund - testləşdirmə” sınaq laboratoriyası yenidən əsaslı qurulmuşdur. Burada «Palintestlə» suda 35 parametrin, «Laktosanla» süddə 7 parametrin, «JenWay» tipli alovfotometrlə maddələrdə K, Na, Li, Ca, Ba və s. elementlərin təyin edilməsi ictimaiyyət üçün maraq doğuran məsələlərdəndir. Bu üsullar istehlakçıların maraqlarının müdafiəsi naminə təhlükəli qida məhsulların bazarda hərəkətinə sipər qoyur. Burada ABŞ təcrübəsinə istinadən sınaqların tam və dolğun aparılmasının keyfiyyətini təmin etmək üçün laboratoriyalar arası müqayisəli sınaq “Raund testləşdirmə” metodundan istifadə edilməsidir. Bu halda standart məmulat, yaxud məlum xarakteristikalara malik maddə nümunəsi eyni vaxtda paralel sınaqlar üçün bir neçə nəzarət laboratoriyalarına göndərilir. Laboratoriyanın sınaq nəticələrindən əmələ gələn fərq əsasında standart obyektin xarakteristikasının nəticələrinin dəqiqliyi məmulatın eyni çeşidli məhsula nisbətən qiymət və keyfiyyət göstəricilərinə görə rəqabət qabiliyyəti müəyyənləşdirilir. Laboratoriya akkreditasiyadan keçdikdən sonra konkret məhsulun yaxud konkret sınaq növlərini həyata keçirəcəkdir. Bu halda keçirilmiş sertifikatlaşdırma sınaqlarının normativ sənədlərin tələblərinə uyğunluğu, həmçinin nəticələrin həqiqiliyi və obyektivliyi üzərimizə cavabdehlik qoyur. Akkreditləşdirmə isə sınaq laboratoriyasını sertifikatlaşdırma mərkəzinə çevrilməsi üçün zəmin yaradır. Güman ki, «Rostest-Moskva» Rusiya sınaqlar və sertifikatlaşdırma mərkəzinin fəaliyyəti geniş tanındığı kimi, yaradılacaq «Azkoop» sınaqlar və sertifikatlaşdırma mərkəzi Azərbaycanda geniş tanınacaq, məhsul qrupunun sertifikatlaşdırma sistemlərində mərkəzi orqanın yaradılması mexanizminin açarı olacaqdır. Bu istehsalçılara risk səviyyəsini azaltmağa, dövləti və istehlakçıları öz məhsulunun təhlükəsizliyinə və rəqabət qabiliyyətinə inam yaratmağa kömək edəcəkdir. Bu halda istehlakçıların etibarı əhəmiyyətli dərəcədə sertifikatlaşdırma orqanın nüfuzundan asılı olacaqdır. İşin bu tərəfini möhkəmləndirmək məqsədi ilə Qərbin bir çox ölkələrinin təcrübəsinə əsaslanıb güman etmək olar ki, ölkəmizin özəl bölməsində çalışan istehsalçılar bu prosesə qoşulub konkret qrup məhsullar üçün keyfiyyətə və sertifikatlaşdırma proqramlarına əlavə şəxsi təkliflərini verəcəklər. Kafedra son on ildə təsdiq edilmiş plan üzrə üç istiqamətdə elmi tədqiqat işi yerinə yetirmişdir. Birinci istiqamətdə “Azərittifaq sistemində tədarük edilən texniki və dərman bitkilərinin, yabanı meyvə və giləmeyvələrin keyfiyyətinin yüksəldilməsi üçün texnoloji proseslərin öyrənilməsi” və “Yabanı meyvə və giləmeyvələrin emalı texnologiyası hesabına yeyinti məhsullarının çeşidlərinin genişləndirilməsi və bioloji dəyərliliyinin öyrənilməsi ” mövzusunda aparılan elmi tədqiqat işləri yekunlaşmışdır. Tədqiqat obyekti kimi respublikanın Quba, Qusar və Xaçmaz zonasında yetişən və üstünlük təşkil edən yabanı meyvə və giləmeyvələrdən istifadə edilmişdir. Göstərilən zonanın yabanı meyvə və giləmeyvə ehtiyatları öyrənilmiş, yeyinti sənayesinin onlara olan ehtiyacları araşdırılmış, texniki dərman məhsulları istehsalında xammalın əhəmiyyəti aydınlaşdırılmış, səmərəli tədarükü və istifadəsi yolları müəyyənləşdirilmişdir. İkinci istiqamətdə tədqiqatlar “Kooperasiya sistemində bitki mənşəli xammallardan yeni məhsul çeşidlərinin hazırlanması texnologiyası və standartlaşdırılması” mövzusuna aid edilmişdir. Yeni çeşidli içkilərin hazırlanması texnologiyası istiqamətində tədqiqat üçün obyekt olaraq müxtəlif tut sortları, itburnu və nar meyvəsi götürülmüşdür. Istifadə edilən xammalın xüsusiyyətləri (yetişkənlik dərəcəsi, rəngi, şəkərlərin miqdarı və s.) öyrənilmiş, onlardan müxtəlif içkilərin hazırlanması məqsədi ilə xüsusi metodika işlənmişdir. Şirələr laboratoriya şəraitində hidravliki presləmə tətbiq etməklə əldə edilmişdir. Presləmədə şirə çıxımını artırmaq üçün ani qızdırma və soyutma tətbiq edilmişdır. Yeni çeşidlər kimi müxtəlif assorti kompotların hazırlanması məqsədilə yüksək nəmliyə qədər qurudulmuş meyvələrin hazırlanması texnologiyası müəyyən-ləşdirilmiş, meyvələrin saxlanması üsulları işlənmiş, meyvə və giləmeyvələrdən müxtəlif içkilərin hazırlanmasının texnoloji təlimatı tərtib edilmiş, meyvə və giləmeyvələrdən müxtəlif kompotlar hazırlanması texnologiyası öyrənilmişdir. Nəticədə “Yüksək nəmlikli meyvələr və müxtəlif çeşidli içkilər” üçün yeni standartların (texniki şərtlərin) layihələri tərtib edilmişdir. Bu standartlarda hazırlanmış məhsulların çeşidləri, texniki tələblər, qəbul qaydaları, yoxlama üsulları, qablaşdırma, markalanma, nəqletdirmə və saxlanma bölmələri öz əksini tapmışdır. “Azərbaycanda yetişdrılən bir sıra meyvə və giləmeyvələrin saxlanmasının standartlaşdırılması və uyğunluğunun qiymətləndirilməsinin təkmilləşdirilməsi problemləri”, “Keyfiyyətin idarə edilməsinin tədqiqat metodları və səmərəliliyinin təyin edilməsi prinsipləri” və “Keyfiyyətin idarə edilməsi standartlarının müasir inkişaf istiqamətləri” üzərində aparılan tədqiqat işləri tamamlanmışdır. Hazırda “Bitki xammalından alınmış ekstraktların, konsentratların və içki növlərinin texnologiyasının və standartlaşdırılmasının aktual problemləri” tədqiqat işi davam etdirilir. Görülmüş tədbirlər Azərbaycanda yüksək texnologiyaların texniki – iqtisadi problemlərinin həllinə yardımçı ola bilər. Kafedranın əməkdaşları tərəfindən ixtisas üzrə 8 dərslik və dərs vəsaiti, 49 tədris proqramı və metodik göstərişlər hazırlanaraq nəşr edilmişdir.

Professor-müəllim heyəti:

✶ B.e.n., dos. Kamil Arif oğlu İsmayılov (Kafedra müdiri)

✶ B.e.n., prof. Elmidar Bəbir oğlu Ələkbərov

✶ T.e.d., prof. Vüqar Şahbaba oğlu Mikayılov

✶ T.e.n., dos. Rahib Ağagül oğlu Sailov

✶ T.e.n., dos. İqbal Əli oğlu Abbasov

✶ T.e.n., dos. Nadir Tofiq oğlu Kərimov

✶ T.e.n., dos. İlham Məhəmməd oğlu Seydəliyev

✶ T.e.n., dos. Elsevər Baba oğlu Fərzəliyev

✶ İ.e.f.d., İlqar Saleh oğlu Rəcəbov

✶ b/m. Əli Həmid oğlu Həmidov

✶ müəl. Bahəddin Məhyəddin oğlu Yusifov

Tədris olunan fənlər (Bakalavr)

✶ Standartlaşdırmanın əsasları.

✶ Sertifikatlaşdırmanın əsasları.

✶ Metrologiyanın əsasları.

✶ İstehlak mallarının standartlaşdırılması və sertifikasiyası.

✶ Texnoloji ölçmələr.

✶ Qarşılıqlı əvəzolunma.

✶ Sınaq və sınaq avadanlıqları.

✶ Sənaye mallarının layihələndirilməsi və istehsal texnologiyası.

✶ Konstruksiya materiallarının texnologiyası.

✶ Texnoloji avadanlıqlar.

✶ İstilik və soyuduculuq texnikası.

✶ Qida məhsullarının soyudulma texnologiyası.

✶ Qida məhsullarının istehsal texnologiyası.

✶ Yeyinti məhsullarının soyudulma texnologiyası.

✶ Qida məhsulları istehsalının texnoloji avadanlıqları.

✶ Patentşünaslıq.

✶ Kvalimetriya və keyfiyyətin idarə edilməsi.

✶ Sahə müəssisələri avadanlıqları.

✶ Qida məhsulları texnologiyalarının nəzəri əsasları.

✶ Qida məhsullarının ümumi texnologiyası.

✶ Texnolji proseslərin idarə edilməsi.

✶ İstehlak mallarının kodlaşdırılması.

✶ Standartlaşdırma və sertifikatlaşdırma.

✶ Tətbiqi metrologiya.

✶ Qida məhsullarının standartlaşdırılması.

✶ Qida məhsullarının və keyfiyyət sistemlərinin sertifikatlaşdırılması.

✶ İstehlak mallarının istehsalının ümumi texnologiyası.

✶ İaşə məhsullarının istehsal texnologiyası.

✶ Qida məhsulları texnologiyasının proses və aparatları.

Tədris olunan fənlər (Magistratura)

✶ Qarşılıqlı əvəzolunmanın problemləri.

✶ Keyfiyyətin və sertifikatlaşdırmanın hüquqi təminatı.

✶ Malların eyniləşdirilməsi və saxtalaşdırılması problemləri.

✶ Ərzaq mallarının standartlaşdırılması və sertifikasiyası.

✶ Yeyinti sənayesində standartlaşdırmanınvə sertifikatlaşdırılmanın əsas istiqamətləri.

✶ Beynəlxalq və regional standartlaşdırma sistemləri.

✶ Yeyinti məhsullarının sertifikatlaşdırılmanın təşkli və texnologiya formaları.

✶ Yeyinti məhsullarının standartlaşdırılmasının təşkli və texnologiya formaları.

✶ Uyğunluğun təsdiqlənməsinin yeni formaları.

✶ Eksperimentin nəticələrinin riyazi işlənməsi.

✶ Keyfiyyətin idarə edilməsi sistemləri.

✶ Tikiş məmulatlarının standartlaşdırılması və sertifikatlaşdırılmasının problemləri.

✶ MMS mühəndisliyinin müasir problemləri.

✶ MMS mühəndisliyinin tarixi və metodolşogiyası.

✶ Metroloji fəaliyyətin inkişaf perspektivləri.

✶ Beynəlxalq və regional sertifikatlaşdırma sistemləri.

✶ Ərzaq məhsullarının ümumi texnologiyası.

✶ Bitki mənşəli qida məhsullarının standartlaşdırılması və sertifikasiyasının problemləri.

✶ Qida məhsullarının emalı texnologiyasının proses və aparatları.

✶ Ərzaq məhsullarının kodlaşdırılması.