• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
"Tərcümə" Kafedrası

"Tərcümə" Kafedrası

                                                        

Hafizə Mobil qızı Abdinova - Azərbaycan Kooperasiya Universitetinin "Tərcümə" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent.

Həyatı

Hafizə Mobil qızı Abdinova 27.09.1974-cü ildə Bakı şəhərində anadan olub. 1980-1990-ci il də Nizami rayonu 62 saylı orta məktəbdə oxuyub.1990-1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetiniin ingilis –ingilis fransız ixtisası üzrə bitirib.

Elmi Fəaliyyəti

2005-2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası “Nəsimi” adına Dilçilik institutunda “N.Nərimanovun dram əsərlərinin dili və üslubu” mövzusunda disertasiya işini yazıb. 2010-cu ildən filologiya üzrə fəlsəfə doktorudur. Müasir dil, ingilis dili, üslubiyyat dilçilik, mətn üslubiyyatı, mətn sintaksisi və diskursologiya məsələləri ilə baglı bir sıra məqalələrin müəllifidir. 1 monoqrafiya və 4 tədris proqramı dərc etmişdir.

Kafedra Haqqında

Tərcümə” kafedrası 2004-cü ildən fəaliyyət göstərir. «Tərcümə» kafedrası digər kafedralar kimi Azərbaycan Kooperasiya Universitetində elmi-tədqiqat bazası olmaqla, həmçinin tədris fəaliyyəti ilə məşğul olan təşkilatı struktur vahididir. «Tərcümə» kafedrası buraxılış kafedrası olmagla «Tərcümə» ixtisası üzrə mütəxəsis hazırlayır. Kafedra 24 nəfərdən ibarətdir. Bunlardan 2 nəfəri dosent, 1 nəfəri filologiya üzrə fəlsəfə doktoru, 9 baş müəllim, 10 baş müəllim, 3 nəfər isə baş laborantdır. Fənnlər Kafedra ali təhsilin bakalavr və maqistratura pillələri üzrə müvafiq tədris edilir. Kafedrada 18 fənn üzrə dərs aparılır. Kafedramızın müəllimləri mütəmadi olaraq elmi konfranslarda iştirak edir, müxtəlif elmi məqalələr, metodik vəsaitlər, tezislər dərc etdirirlər. Plana uyğun olaraq kafedrada tədris olunan fənnlər üzrə proqramlar hər il yenidən işlənərək çap edilir. Kafedra tədris olunan bütün fənlərin qrifli proqramları mövcuddur. Tədris olunan bütün fənlər üzrə təqvim-tematik planlar və müəllimlərin fərdi iş planları tədris standartlarına, tədris proqramlarına uyğun şəkildə tərtib olunmuşdur. Kafedrada tədris olunan fənnlərin seminar məşğələ kafedranın əyani vəsaitlərlə və müasir texniki vasitələrlə təchiz edilmiş xüsusi laboratoriyasında keçirilir. “Tərcümə”kafedrasında tədris olunan bütün fənnlər üzrə dərslik, dərs vəsaiti, metodik vəsaitlər Universitetinin geniş kitabxana bazasında toplanmış və tələbələrin istifadəsinə verilmişdir. “Tərcümə” kafedrasının ölkə daxilində fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin uygun kafedraları ilə tədris və elmi-tədqiqat sahəsində yaratdığı sıx qarşılığlı əlaqələr sayəsində elmi araşdırma mübadilələri həyata kecirilmiş, əldə olunan nəticələrin tədrisə tədbiqi mühüm əhəmiyyət kəsb etmişdir. Kafedranın müəllim heyəti tərəfindən təlimdə ən müasir metodların tədbiqi qavrama səviyyəsini artırmış, tələbə elmi-dunya görüşünün daha da artmasına səbəb olmuşdur. Kafedraya fil.ü.f.d. dosent H.M.Abdinova rəhbərlik edir.

Professor-müəllim heyəti:

✶ Fil.ü.f.d.,dos. H.M.Abdinova

✶ F.e.n.,dos.Y.Ə.Mustafayeva

✶ Fil.ü.f.d.E.M.Abbasova

✶ b/m C.C.Bəhlulova

✶ b/m R.M.Manafova

✶ b/m N.İ.Kərimova

✶ b/m R.S.Mustafayeva

✶ b/m S.Ə.Məhərrəmova

✶ b/m N.F.Teymurova

✶ b/m S.Q.Şahlarova

✶ b/m A.H.Qasımova

✶ b/m A.A.Hüseynova

✶ P.A.Qədirli

✶ Ş.Ə.Abdullayeva

✶ S.S.Tağızadə

✶ V.M.Bayramova

✶ A.A.Əliyeva

✶ S.Z.Hacıyeva

✶ R.Ş.Nurullayeva

✶ İ.Ə.İsmayılova

✶ S.X.Adıyeva

Tədris olunan fənlər (Bakalavr)

✶ Yazılı tərcümə.

✶ Beynalxalq qurumlar və mətbuat materiallarının tərcüməsi.

✶ Tibbi mətnlərinin tərcüməsi.

✶ Bədii tərcümə.

✶ Yazılı anlama və yazılı ifadə.

✶ Ölkəşunaslıq və mədəniyyətlərarası ünsiyyət.

✶ Peşakar tərcümənin əsasları.

✶ İngilis dili.

✶ Şifahi anlama və şifahi ifadə.

✶ Komyuter tərcümə proqramları.

✶ Şifahi tərcümə.

✶ Ardıcıl tərcümə və qeydgötürmə texnikası.

✶ Oxuyub anlama və yazı.

✶ Hüquq və məhkəmə sənədlərinin tərcüməsi.

✶ Eşidib anlama və nitq.

✶ Yazılı mətnin şifahi tərcüməsi.

✶ İctimai-siyahi mətnlərin tərcüməsi.

✶ Tərcümə nəzəriyəsi.

Tədris olunan fənlər (Magistratura)

✶ Yazılı tərcümə.

✶ Beynalxalq qurumlar və mətbuat materiallarının tərcüməsi.

✶ Tibbi mətnlərinin tərcüməsi.

✶ Bədii tərcümə.

✶ Yazılı anlama və yazılı ifadə.

✶ Ölkəşunaslıq və mədəniyyətlərarası ünsiyyət.

✶ Peşakar tərcümənin əsasları.

✶ İngilis dili.

✶ Şifahi anlama və şifahi ifadə.

✶ Komyuter tərcümə proqramları.

✶ Şifahi tərcümə.

✶ Ardıcıl tərcümə və qeydgötürmə texnikası.

✶ Oxuyub anlama və yazı.

✶ Hüquq və məhkəmə sənədlərinin tərcüməsi.

✶ Eşidib anlama və nitq.

✶ Yazılı mətnin şifahi tərcüməsi.

✶ İctimai-siyahi mətnlərin tərcüməsi.

✶ Tərcümə nəzəriyəsi.