Mülki Müdafiə və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası
Kafedra müdiri
Rauf Qəzənfər oğlu Məmmədov – Azərbaycan Kooperasiya Universitetinin Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent.
Məmmədov Rauf Qəzənfər oğlu 29 oktyabr 1952-ci ildə, Qasım-İsmayılov rayonunun Qızılhacılı kəndində (Goranboy) anadan olmuşdur. 1969-ci ildə orta məktəbi, 1969 –1974 cü illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və oranı bitirmişdir.
1974 1975 — ci illərdə təyinat üzrə işləmiş.1975-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. 1977 1981 ci illərdə AR Daxili İşlər Orqanlarında çalışmışdır. 1981 1991 — ci illərdə AR Elmlər Akademiyasının Kibernetika İnstitunun əyani aspirantı olmuş,1987-ci ildən İqtisad elmləri namizədi elmi işçi kimi fəaliyyət göstərmişdir. 1991 2012 – ci illərdə AR Daxili İşlər Orqanlarında işləmiş, 1995 ci ildə AR DİN-nin Polis Akedemiyasını bitirmişdir. 2012 — 2015-ci illərdə AR Vergilər Nazirliyi sistemində çalışmışdır. 2016cı il fevral ayından Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. 6 məqalənin,3 fənn proqramının müəllifidir. Ailəlidir, 1 övladı var.
Kafedra Haqqında
2002-ci ildən Bədən tərbiyəsi və Mülki Müdafiə adı ilə yaradılan kafedra hazırda Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi adı altında fəaliyyət göstərir. 2002-2011 ci ilədək kafedraya b/m M.H.Hüseynov rəhbərlik etmişdir. 2011-2013 cü illərdə b/m C.M.Qədirli yeni kafedra müdiri təyin olunmuşdur. 2013-2016 cı illərdə yeni yaradılmış Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasına p.ü.f.d., dos.M.H.Hüseynov rəhbərlik etmişdir. 2016-cı il fevral ayından AKU da sturuktur dəyişikliyi ilə əlaqədar olaraq kafedra müdiri i.e.n.Məmmədov Rauf Qəzənfər oğlu təyin olunmuşdur.Kafedranın müəllimləri təsdiq olunan təqvim mövzu planı əsasında mühazirə və seminar məşğələləri aparırlar. Hazırda kafedranın heyəti 5 nəfərdən ibarətdir.
Professor-müəllim heyəti
✶ İ.e.n., dos. Məmmədov Rauf Qəzənfər oğlu (kafedra müdiri)
✶ P.ü.f.d., dos. b/m Hüseynov Mərdan Həsən oğlu
✶ b/m. Qafarov Rəfael Məmmədhəsən oğlu
✶ b/m. Qədirli Ceyhun Mübariz oğlu
Tədris olunan əsas fənlər (Bakalavr)
✶ Mülki Müdafiə.
✶ Həyat Fəaliyyətinin Təhlükəsizliyi.
✶ Əməyin mühafizəsi.