Mühasibat uçotu və audit kafedrası
Kafedra müdiri

Şəhla Əli qızı Cəfərova – Azərbaycan Kooperasiya Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent.
Cəfərova Şəhla Əli qızı 31 dekabr 1963-cü ildə İmişli rayonun Semyonovka kəndində anadan olmuşdur. 1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir. 1981- 2007 ci ilə kimi müxtəlif idarə və təşkilatlarda mühasib və mühasib köməkçisi vəzifələrində çalışmışdır.1999-2007- ci illərdə Bakı Dövlət Sosial-İqtisadi kollecində müəllim kimi fəaliyyət göstərmişdir. 2000- 2007- ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı olmuşdur. 2007-ci ildə isə Bazar iqtisadiyyatı şəraitində auditin analitik təminatı və onun təkmilləşdirilməsi problemləri mövzusunda dissertasiya işini müdafiə etmişdir. Elmlər namizədi alimlik dərəcəsi üzrə müdafiə etdiyi ixtisasın şifri 08.00.12. Mühasibat uçotu, statistika dır. Ş.Ə.Cəfərova 2007-ci ildən Azərbaycan Kooperasiya Universitetinin Mühasibat uçotu və audit kafedrasında baş müəllim kimi fəaliyyətə başlamışdır. 13 may 2008-ci il (protokol №27-K) tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Universitetin Elmi Şurasının 29 aprel 2013-cü il tarixində Mühasibat uçotu və audit kafedrası üzrə dosent elmi adı almaq üçün sənədləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir. 27 dekabr 2013-cü il (protokol №33-k) tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən mühasibat uçotu və audit kafedrası üzrə dosent elmi adı verilmişdir. Ş.Ə. Cəfərova Universitetin Elmi Şurası tərəfindən müsabiqə yolu ilə 07.02.2012-ci il tarixdən (rektorun 07.02.2012-ci il tarixli14-K saylı və 19.04.2018-ci il tarixli 56-K saylı əmrləri ilə) hal-hazıradək Mühasibat uçotu və audit kafedrasının müdiri və dosent vəzifəsində çalışır. 2 dərsliyin, 1 dərs vəsaitinin, 1 monoqrafiyanın, tədris proqramlarının, elmi-metodik vəsaitlərin və elmi məqalələrin müəllifidir.
Kafedra Haqqında
“Mühasibat uçotu və audit” kafedrası 1964-cü ildən “İqtisadi fənlər” kafedrasının tərkibində fəaliyyət göstərmişdir. Bu illər ərzində kafedraya Respublikanın i.e.n., dosent Hacımurad Bəylər oğlu Tabasaranski, i.e.d., professor Veysəl İlyas oğlu İsayev, i.e.n. dosent Xanoğlan Əndəlif oğlu Hüseynov kimi məşhur iqtisadçılar rəhbərlik etmişlər. 1998-2012-ci ilə kimi kafedraya i.e.n., dosent Ənvər Sadıq oğlu Salahov rəhbərlik etmişdir. 07 fevral 2012-ci ildən hal-hazıradək iqtisad elmləri namizədi, dosent Şəhla Əli qızı Cəfərovanın rəhbərliyi ilə fəaliyyət göstərir.
Professor-müəllim heyəti
İ.e.n., dosent Cəfərova Şəhla Əli qızı, (kafedra müdiri)
İ.e.n., dosent Əliyeva Aygün
İ.ü.f.d., dosent Məmmədova Adilə Firdovsi qızı
İ.ü.f.d., dosent Mehdiyev Vüqar Muxtar oğlu
Baş müəllim Baqişeva Tubu Qafar qızı
Baş müəllim Qarayev Eyyub Qafar oğlu
Baş müəllim Adıgözəlova Aynur Əskər qızı
Tədris olunan əsas fənlər (Bakalavr)
Audit
Mühasibat uçotu
Maliyyə uçotu
Maliyyə nəzarəti və audit
Mühasibat uçotu və audit
Mühasibat uçotunun kompüter texnologiyası
Büdcə və xəzinə uçotu
Banklarda mühasibat uçotu və audit
İdarəetmə uçotu
Maliyyə hesabatının beynəlxalq standartları İdarəetmə uçotu və korperativ qərarların verilməsi
Tədris olunan əsas fənlər (Magistratura)
Uçot və auditin kompüter texnologiyaları
Müəssisələrin büdcəsinin hazırlanması
Mühasibat uçotu və auditin müasir problemləri
Beynəlxalq maliyyə hesabatının standartları
Uçot və auditin kompüter texnologiyaları
İdarəetmə uçotunun təkmilləşdirilməsi problemləri
Daxili audit və risklərin idarə olunması
Xidmət sferasında mühasibat uçotu və auditin aktual problemləri
Audit (qlobal audit metodologiyası(F8)
Sığorta şirkətlərində mühasibat uçotu və audit
Maliyyə hesabatının təhlili
Maliyyə auditi
Aktivlərin qiymətləndirilməsi
İdarəetmə mühasibatlığı
Maliyyə və vergi uçotu
MBA üzrə “Maliyyə uçotu (F3)
İdarəetmə uçotu (F2)
Maliyyə hesabat(F7)
