Nizami Cəlal oğlu Qafarov – Azərbaycan Kooperasiya Universitetinin Mühasibat uçotu və audit fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent.

Nizami Cəlal oğlu Qafarov 1958 –ci ildə Dərələyəz mahalında anadan olub. 1981 –ci ildə Bakı – Plan Uçot Texnikumunu, 1986 – ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutunu, 1997 –ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot – İqtisad” fakültəsini, 2002- ci ildə Dağıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1980 -1988 –ci illərdə  mühasib, baş mühasib, 1988 – 1994 – cü illərdə Şuşa kənd təsərrüfatı texnikumunda iqtisadi fənlər kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb.

1997- 2002 – ci illərdə Az. ETKTİ və Tİ – nun dissertantı olub. “Aqrar sahədə kiçik və orta biznesin iqtisadi səmərəliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda yazdığı dissertasiya işini 2006 –cı ildə müdafiə edib və iqtisad elmləri namizədi elmi adına layiq görülüb.

1997 – 2007 –ci illərdə Az. ETKTİ və Tİ-nda    aparıcı elmi işçi kimi işləyib.

2008 -ci ildə Azərbaycan Kooperasiya Universitetinin “Marketinq və turizm xidməti” kafedrasının müdiri vəzifəsinə seçilib.  2013- 2014 cü illər “Pedoqoji” 2014-cü ildən hazitkı vaxta kimi “Mühasibat uçotu və sənayenin təşkili” fakültəsinin dekanıdır.

2010 –cu ildə AR Prezidenti yanında AAK-sı tərəfindən ona dosent elmi adı verilib.

2015-ci ildən “Aqrar sahənin və sənayenin iqtisadiyyatı” kafedrasının dosentidir hazırda da o, kafedrada çalışır. 90 – dan çox elmi əsərin o, cümlədən 2 monoqrafiyanın, 3 dərsliyin, 21 fənn proqramı və metodiki göstərişlərin müəllifidir.       

Hazırda  “Aqrar sahədə istehlak bazarının iqtisadi mexanizminin təkmilləşdirilməsi problemləri” mövzusunda doktorski  disetasiyasının üzərində işləyir.

1997-ci ildən YAP –ın  fəal üzvüdür.

Təhsilin Avropa standartlarına inteqrasiyasında müstəsna əhəmiyyəti olan kredit sisteminin tətbiqi fakültədə müsbət dərəcədə dəyişiklik yaradıb. Kafedralar və fənn kabinetləri ən müasir komputer avadanlığı ilə təchiz olunaraq internet şəbəkəsinə qoşulub. Müasir tələblərə uyğun audio, video avadanlıqları ilə təchiz olunmuş maddi-texniki baza tələbələrimizin istifadəsindədir. Fakültədə Tələbə Həmkarlar Təşkilatı,Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Fakültədə çoxlu sayda elmə, təhsilə marağı olan vətənpərvər,ictimaiyyətçi tələbələrimiz təhsil alırlar. Onlar Universitet daxili və Respublika səviyyəli tədbirlərin ən fəal iştirakçılarıdır. Fakültədə təhsil alan tələbələr ixtisaslarına uyğun olaraq Respublikamızın müxtəlif fəaliyyət sahələrində və müxtəlif xarici firmalarda istehsalat təcrübəsi keçirlər. Təcrübənin təşkili, aparılması və proqramla təmin olunması AKU-nun təcrübə şöbəsi və ixtisas kafedraları tərəfindən həyata keçirilir. Fakültənin tələbələri müxtəlif bayram tədbirlərinin təşkilində, yeni il şənliklərinin keçirilməsində, universitetin mədəni-ictimai işlərində fəal iştirak etmiş və fəxri fərmanlarla təltif olunmuşlar. Fakültədə əlaçı tələbələrin şəkilləri şərəf lövhəsindən asılır. Fakültənin professo-müəllim heyyəti və tələbələri mütəmadi olaraq Respublika və Beynəlxalq səviyyəli o cümlədən, Rusiya, Poltava, Moldava Kooperasiya Universitetlərinin Elmi Konfranslarında iştirak edirlər.

Fakültədə təhsil alan tələbələrin sayı: 250

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 60 (36 müəllim elmlər namizədi, dossent; 8 müəllim professor)

Fakültə üzrə illik dərs yükü: 7500 saat.

050402 – Mühasibat uçotu və audit

050405 – Sənayenin təşkili və idarə edilməsi

050643 – Çoxişlənən malların texnologiyası mühəndisliyi

“Mühasibat uçotu və audit” kafedrası

“Sənayenin təşkili və aqrar sahənin iqtisadiyyatı” kafedrası

“Statistika” kafedrası

VII mərtəbə, otaq 704.

Menyunu Bağla