Zakir Murtuz oğlu Əliyev – Azərbaycan Kooperasiya Universitetinin Pedaqoji fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent.

Əliyev Zakir Murtuz oğlu 05 fevral 1957-ci ildə Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olmuşdur. 1974 – ci ildə orta məktəbi bitirmiş , 1974 -1975 – ci ildə istehsalatda çalışmış, 1975 – 1979 – cu ildə Azərbaycan Pedaqoji İnistitutunun  Tarix və İctimayyət  fakültəsində təhsil alaraq İnistitutu fərqlənmə diplomu ilə bitirmişdir.

1979 – 1985 – ci illərdə Cəlilabad rayonunda orta məktəbdə müəllim, tədris işləri üzrə direktor müavini və məktəd direktoru işləmişdir.1982 – 1986 – cı illərdə A.M.E.A – nın Arxeologiya və Etnoqrafiya İnistitutunun aspirantı olmuş və oranı bitirmişdir. 1985 – ci ildən hazırki dövrə qədər AKU – da müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1989 – cu ildə  VII – IX – əsrlərdə Azərbaycanda pul tədavülü  mövzusunda disertasiya işini müdafiə edərək  Tarix elmlər namizədi  adını almışdır. 1993 – cü ildə humanitar fənlər üzrə dosent elmi adını almışdır. 5 elmi əsərin, 1 monoqrafiyanın, 82 – elmi məqalənin müəllifidir. 1999 – cu ildə A.M.E.A – nın Arxeologiya və Etnoqrafiya İnistitutunun elmi şurasında  Azərbaycanda VI – X – əsrlərdə Pul tədavülü  mövzusunda doktorluq disertasiya işinin mövzusu və planı təsdiq olunmuşdur. 1993-cü ildən 2003-cü ilə qədər Humanitar fənlər kafedrasının müdiri, 2007-ci ildən 2012-ci ilə qədər Tarix kafedrasının müdiri, 2012-ci ilin fevral ayından, 2014-cü il sentyabr ayına qədər Magistratura şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda Pedaqoji fakültənin dekanı vəzifəsində çalışır. Ailəlidir 3 övladı 4 nəvəsi var.

Fakültədə Tələbə Həmkarlar Təşkilatı,Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Bununla yanaşı fakültədə kafedralar üzrə fənn kabinentləri təşkil olunmuş və ixtisaslar üzrə kurslar yaradılmışdır. Kafedralar və fənn kabinetləri ən müasir komputer avadanlığı ilə təchiz olunaraq internet şəbəkəsinə qoşulub. Müasir tələblərə uyğun audio ,video avadanlıqları ilə təchiz olunmuş Tərcümə mərkəzi tələbələrimizin istifadəsindədir. Fakültədə çoxlu sayda elmə, təhsilə marağı olan vətənpərvər, ictimaiyyətçi tələbələrimiz təhsil alırlar. Onlar Universitet daxili və Respublika səviyyəli tədbirlərin ən fəal iştirakçılarıdır. Tərcümə ixtisaslı tələbələr Qafqaz və Slavyan Universitetlərində keçirilən Beynəlxalq Tələbə Elmi konfranslarında mütəmadı iştirak etmiş, müxtəlif dərəcəli yerlər tutmuşlar. Riyaziyyat ixtisası üzrə tələbələr isə Bakıda dünya alimlərinin iştirakı ilə keçirilən Beynəlxalq konfransda iştirak etmiş, görkəmli alimlərlə görüşdə olmuşlar. Fakültədə təhsil alan tələbələr tədris planlarına uyğun olaraq AMEA-da, müxtəlif xarici firmalarda istehsalat təcrübəsi, məktəblərdə isə pedaqoji təcrübə keçirlər. Təcrübənin təşkili, aparılması və proqramla təmin olunması AKU-nun tədris və təcrübə şöbəsi və ixtisas kafedraları tərəfindən keçirilir. Fakültənin tələbələri müxtəlif bayram tədbirlərinin təşkilində, universitetin mədəni-ictimai işlərində fəal iştirak etmiş və fəxri fərmanlarla təltif olunmuşlar. Tərcümə ixtisası üzrə II kurs tələbəsi Ağayeva Gülüstan İlham qızı 2011-ci ildə Bakıda Respublika üzrə keçirilən Bayraq sərgisində I yerə layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur. Fakültədə əlaçı tələbələrin şəkilləri şərəf lövhəsindən asılır. 2012-ci ildə Universitet daxili tələbəlararası I Bilik olimiadasında Riyaziyyat ixtisası üzrə 752 ci qrup tələbəsi Dəmirova Həmidə, Tərcümə ixtisası üzrə Əliyeva Elnarə Olimpiadanın qalibləri olmuşdur.Hər iki qalib Universitetin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. Fakültənin Tələbələrimiz tez-tez Respublika və Beynəlxalq səviyyəli o cümlədən, Rusiya, Poltava , Moldava Kooperasiya Universitetlərinin Elmi konfranslarında iştirak edirlər.

Fakültədə təhsil alan tələbələrin sayı: 296

Fakültədə dərs tədris edən müəllimlərin sayı: 34(15müəllim elmlər namizədi, dossent; 3 müəllim professor)

Fakültə üzrə illik dərs yükü: 12147 saat.

050203 – Tərcümə

050501 – Riyaziyyat

“Pedaqogika və Psixologiya”

“Fəlsəfə”

“Tətbiqi riyaziyyat”

“Tərcümə”

V mərtəbə, otaq 513.

Close Menu